Süleyman Tatlıyev
Süleyman Bayram oğlu Tatlıyev (27 fevral 1925, Dağ Kəsəmən, Qazax qəzası – 9 mart 2014, Bakı) — Azərbaycan ictimai-siyasi və dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1985–1989), Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti (1994–2014).
Süleyman Tatlıyev | |
---|---|
Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının prezidenti | |
1994 – 9 mart 2014 | |
Əvvəlki | Kamran Hüseynov |
Sonrakı | Niyaz Əli-zadə |
30 dekabr 1985 – 22 iyun 1989 | |
Əvvəlki | Qurban Xəlilov |
Sonrakı | Elmira Qafarova |
30 iyul 1978 – 30 dekabr 1985 | |
Əvvəlki | İsmayıl İbrahimov |
Sonrakı | Artur Rasizadə |
1970 – 1978 | |
Sonrakı | Arif Axundov |
13 yanvar 1966 – 1970 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 fevral 1925 |
Doğum yeri | |
Vəfat tarixi | 9 mart 2014 (89 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
|
Həyatı
Süleyman Bayram oğlu Tatlıyev 27 fevral 1925-ci ildə Qazax rayonunun Dağ Kəsəmən kəndində anadan olmuşdur. Orta məktəbin yuxarı sinfində oxuyarkən 1943-cü ildə hərbi xidmətə çağırılıb. Cəbhədə ağır yaralandıqdan sonra vətənə qayıdaraq, Qazax şəhər orta məktəbini, 1951-ci ildə isə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsini bitirmişdir.
Əmək fəaliyyətinə 1951-ci ildə Qroznı Yeni Neftayırma Zavodunda mühəndis kimi başlamış və 1956-cı ilədək həmin vəzifədə işləmişdir.
1956–1961-ci illərdə Sumqayıt Sintetik Kauçuk Zavodunda sex rəisi, baş mühəndisin müavini, 1961–1963-cü illərdə Xalq Təsərrüfatı Şurası kimya idarəsinin şöbə müdiri, 1963-cü ildən Azərbaycan KP MK-nın Kimya və neft sənayesi şöbəsi müdirinin müavini, 1963–1964-cü illərdə Sov. İKP Zaqafqaziya Bürosu üzrə inspektor, 1964–1965-ci illərdə yenidən Azərbaycan KP MK-nın Kimya və neft sənayesi şöbəsi müdirinin müavini, 1965–1970-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin Kimya sənayesi idarəsinin rəisi, 1970–1978-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin İşlər idarəsinin müdiri, 1978–1985-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini, 1985–1989-cu illərdə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin sədri, 1991-ci ildən "Nur" Xarici İqtisadi Assosiasiyasının prezidenti, 1994-cü ildən ömrünün sonuna qədər Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının prezidenti vəzifələrində çalışmışdır.
Bir neçə çağırış Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı seçilib. Süleyman Tatlıyev bir sıra orden və medallarla təltif edilib, o cümlədən müstəqil Azərbaycan Respublikasının ali mükafatı olan "Şöhrət" ordeninə layiq görülüb.
Azərbaycanın ictimai-siyasi və dövlət xadimi Süleyman Bayram oğlu Tatlıyev 9 mart 2014-cü ildə vəfat etmişdir.
İstinadlar
Mənbə
- Ticarət və Sənaye Palatasının prezidenti vəfat etdi. Arxivləşdirilib 2014-03-11 at the Wayback Machine qafqazinfo.az (az.)