Süleyman Soylu
Süleyman Soylu (21 noyabr 1969, İstanbul) — Türkiyəli siyasətçi, Türkiyə Respublikasının Daxili İşlər naziri (2016-2023).[1]
Süleyman Soylu | |
---|---|
türk. Süleyman Soylu | |
31 avqust 2016 – 4 iyun 2023 | |
Prezident | Rəcəb Tayyib Ərdoğan |
Əvvəlki | Əfqan Ala |
Sonrakı | Əli Yerliqaya |
Türkiyə Cümhuriyyətinin Əmək və Sosial Müdafiə Naziri | |
24 noyabr 2015 – 31 avqust 2016 | |
Prezident | Rəcəb Tayyib Ərdoğan |
Əvvəlki | Əhməd Ərdəm |
Sonrakı | Mehmed Müəzzinoğlu |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 21 noyabr 1969 (54 yaş) |
Doğum yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
tccb.gov.tr/kabine/icisl… | |
Vikianbarda əlaqəli mediafayllar |
Soylu 2015-ci ildə baş tutan ümumxalq səsverməsində Trabzon millət vəkili olaraq Türkiyə Böyük Millət Məclisinə seçilmiş və 2015–2016-cı illər arasında Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə naziri olmuşdur. Ədalət və İnkişaf Partiyasına qatılmazdan öncə, 2008–2009-cu illərdə Demokrat Partiyasının sədri kimi fəaliyyət göstərmişdir.
Həyatı
Süleyman Soylu əslən Trabzonludur. Orta təhsilini İstanbulda Plevne liseyində almışdır. Ardınca isə İstanbul Universitetinin İdarəetmə fakültəsini bitirmişdir. İlk dəfə 1989-cu ildə dostları ilə birlikdə şirkət təsis edərək ticarətlə məşğul olmuşdur.[2]
Siyasi fəaliyyəti
Erkən illəri
Siyasi karyerasına 1987-ci ildə başlamışdır. 1987–1990-cı illər arasında Doğru Yol Partiyasının İstanbul üzrə gənclər təşkilatının idarə heyəti üzvü və təşkilat rəhbəri kimi fəaliyyət göstərmişdir. 1995-ci ildə isə Qaziosmanpaşa təşkilatının idarə heyətinə üzv seçilmiş, 4 il sonra 1999-cu ildə partiyanın İstanbul şəhər təşkilatının rəhbəri olmuşdur.
Demokrat Partiyası
Süleyman Soylu Doğru Yol Partiyasında önəmli vəzifələrə seçildikdə, həmin dövrdə partiya sədri və İstanbul millət vəkili olan Tansu Çillərin diqqət mərkəzində olmuşdur. Doğru Yol Partiyasının 2007 ümumxalq səsverməsindən əvvəl Anavətən Partiyası ilə birləşmə cəhdləri zamanı Mehmet Ağarın istefasından sonra keçirilən səsvermədə verilən 800 səsin 529-nu alaraq sədr seçilmişdir.15 oktyabr 2008-ci ildə keçirilən səsvermədə verilən 993 səsin 922-ni alaraq yenidən partiya sədri vəzifəsinə seçilmişdir.[3]
Ədalət və İnkişaf Partiyası
5 sentyabr, 2012-ci ildə baş nazir Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ədalət və İnkişaf Partiyasına qatılmışdır.[4] 30 sentyabr, 2012-ci ildə Ədalət və İnkişaf Partiyası İdarə heyətinin üzvü seçilmişdir. 2015-ci ildə baş tutan ümumxalq səsverməsində Trabzon millət vəkili olaraq Türkiyə Böyük Millət Məclisinə seçilmişdir. 24 oktyabr 2015-ci ildə Əmək və Sosial Müdafiə naziri vəzifəsinə təyin olunmuşdur.[5] 31 avqust 2016-cı ildən Türkiyə Respublikasının Daxili İşlər naziri kimi fəaliyyətini davam etdirir.[6]
İstinadlar
- "Süleyman Soylu Biografi internethaber.com". 2018-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-12.
- "Süleyman Soylu kimdir?". 2020-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-12.
- "DP-nin yeni genel müdiri Süleyman Soylu". 2016-08-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-24.
- "Süleyman Soylu, AK Parti'ye katıldı". 2014-10-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-24.
- "Süleyman Soylu ilk kez kabinede". 2017-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-24.
- "Süleyman Soylu İçişleri Bakanı oldu". 2017-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-24.