Süleyman Paşa Böyük (Məmlük sülaləsi)

Süleyman Paşa Böyük və ya Böyük Süleyman (ərəbcə. سليمان الكبير, Osmanlıca. سليمان پاشا الكبير, gürcücə. სულეიმან ბუიუქი) - Osmanlı Paşası, İraq Məmlük sülaləsi, Bağdad Paşalıq hökmdarı (1780-1802).

Süleyman Paşa Böyük
سليمان پاشاالكبير
1780 1802
ƏvvəlkiHəsən Paşa Kərküklü
SonrakıƏli Paşa
Şəxsi məlumatlar
Doğum tarixi XVIII əsr
Vəfat tarixi
Vəfat yeri
Atası Ömər Paşa (Məmlük sülaləsi)
Uşaqları
Dini islam

Həyatı

Süleyman Paşa tayfa olaraq bir MəmlüküydüBağdadın hökmdarı olmamışdan öncə Mosul valisiydi. 1776-cı ildə Türk Sultanı I Əbdülhəmid'in əmriylə Diyarbəkir valisi Abdullah PaşaƏl-Rəqqə valisi Mustafa Paşa ilə birlikdə Bağdad hökmdarı Ömər Paşanı devirdi. Fitnə səbəbindən o, Şiraza sürgünə göndərildi və 1779-cu ildə geri qaytarıldı[1]. II Həsən Paşa Bağdad sakinləri tərəfindən devrildikdən sonra Süleyman Paşa 1780-ci ildə Bağdadın hakimi oldu. Süleymanın hakimiyyəti Məmlüklər hakimiyyətinin möhkəmlənməsinə səbəb oldu. Ö cinahını gücləndirmək üçün çox sayda Məmlükü işə aldı. Demək olar İraqdakı, bütün əsas postlar Məmlüklərin əlindəydi və onlar da ölkənin ən böyük torpağına sahib oldular[1].

Süleyman Paşa 1782-ci ildə Baban sülaləsiBədəvilər tayfalarının üsyanlarını sıxışdırdı və dövlət işlərini nizama saldı. Onun dövründə müdafiə binaları tikildi, yeni bazarlar bərpa edildi, məscidlər və saraylar bərpa edildi. İraqdaki Süleymaniyyə şəhəri Süleyman Paşanın dövründə qurulmuş və onun şərəfinə adlandırılmışdır. Bəsrədəki Şərqi Hindistan şirkəti, Osmanlı İmperiyasının muxtar hissəsini təşkil edən Bağdad Paşalığına getdikcə təsirini artmışdır[2].

1786-cı ildə quraqlıq səbəbi ilə qıtlıq başladı, lakin buna görə başlayan üsyan Süleyman Paşa tərəfindən tez bir zamanda yatırıldı[3].

Süleyman Paşanın nisbətən sakit bir hökmranlığının sonunda İraq Nəcd şəhərindən olan vəhhabilər tərəfindən işğal edildi. Vəhhabilər İraqı fəth etmək istədilər, ancaq 1801-ci ildə müqəddəs şiə Kərbəla şəhərini ələ keçirmək və talan etməklə məhdudlaşdılar. 1802-ci ildə Böyük Süleyman vəfat etdikdən sonra İraqda feodal narazılığı çoxaldı və hakimiyyət uğrunda şiddətli mübarizə başladı[4].

İstinadlar

  1. "Iraq". (2007). In Encyclopædia Britannica. Retrieved October 15, 2007, from Encyclopædia Britannica Online
  2. "Глава 3. Османская империя. Турция. Великобритания. XVI-XX века - Шумов С.А, Андреев А.Р. Ирак: история, народ, культура". www.countries.ru. 2016-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-28.
  3. علي الوردي ص
  4. "Возвышение мамлюков". mybiblioteka.su. 2016-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-28.

Xarici keçidlər

Süleyman Paşa Böyük (Məmlük sülaləsi)
Doğum: bilinmir Vəfat: 1802
Hakimiyyət titulları
Sələfləri 
Həsən Paşa Kərküklü
Osmanlı İmperiyasında Paşalıq
1780-1802
Xələfləri 
Əli Paşa
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.