Süleyman Mikayılov

Süleyman Mikayılov (tam adı: Süleyman Surxay oğlu Mikayılov; 27 aprel 1962) — Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı (2010).

Süleyman Mikayılov
bayraq
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
Vəzifədədir
4 mart 2010-cuildən
ƏvvəlkiHüseyn İsrafilov
bayraq
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı
bayraq2
21 dekabr 2005 4 mart 2010
ƏvvəlkiZeynal Nağdəliyev
SonrakıTofiq İbrahimov
bayraq
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
13 may 2005 21 dekabr 2005
ƏvvəlkiYaşar Abdulov
SonrakıQəzənfər Ağayev
Şəxsi məlumatlar
Doğum tarixi 27 aprel 1962(1962-04-27) (61 yaş)

Həyatı

Süleyman Mikayılov 1962-ci ildə aprelin 27-də anadan olub. 1979-cu ildə Naxçıvan şəhər 2 saylı orta məktəbini, 1984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 2004-cü ildə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir.

1979-cu ildə Naxçıvan şəhər Uşaq idman məktəbində məşqçi kimi əmək fəaliyyətinə başlayıb. 1984–1994-cü illərdə Naxçıvan şəhər orta ixtisas musiqi məktəbində bədən tərbiyəsi rəhbəri, 1994–1995-ci illərdə "Səma" kiçik müəssisəsinin direktoru işləyib.

1995–1999-cu illərdə Bakı Baş Gömrük İdarəsinin Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulmasına Qarşı Mübarizə şöbəsinin rəisi, idarə rəisinin birinci müavini, idərənin rəisi vəzifələrində çalışıb.

1999–2001-ci ildə Dövlət Gömrük Komitəsinin İşlər İdarəsi rəisinin müavini, bir müddət Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin rəisi işləyib.

Ailəlidir, iki övladı var.

Siyasi fəaliyyəti

2005-ci ildə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı, 2005–2010-cu illərdə isə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalşıb.

Azərbaycan Respublikası Prezidentinin 4 mart 2010-cu il tarixli Sərəncamı ilə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

2003-cü ildən Azərbaycan Respublikası Boks Federasiyasının vitse prezidentidir.

İstinadlar

    Xarici keçidlər

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.