Süleyman Məmmədli

Süleyman Məmmədli (28 avqust 1948, Tovuz rayonu22 sentyabr 2021, Bakı) — Azərbaycanda Taekvondo Federasiyasının ilk prezidenti (1992–1999), Azərbaycan Hapkido Federasiyasının prezidenti (-2021), beynəlxalq dərəcəli təlimatçı və hakim. Turan Do döyüş sənətinin banisi, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi. Dünya Turan-do Assosiasiyasının, Yaşlıların Dünya Döyüş Sənətləri Asosiasiyasının prezidenti və Dünya Universal Kombat Döyüş Assosiasiyasının yaradıcısı, Beynəlxalq Döyüş Növləri Assosiasiyasının fəxri sədri olub.[1]

Süleyman Məmmədli
Şəxsi məlumatlar
Tam adı Məmmədli Süleyman Bağır oğlu
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi 28 avqust 1948(1948-08-28)
Doğum yeri
Vəfat tarixi 22 sentyabr 2021(2021-09-22) (73 yaşında)
Vəfat yeri
İdman növü Taekvondo
Hapkido
Turan-Do
Karyera illəri 1969–2021
Məşqçisi Çxve Xon Xi
Bok Mann Kim

Həyatı

Süleyman Məmmədli 1948-ci ildə Tovuz rayonunda anadan olub.[2] Orta təhsilini Tovuzda alıb.[3] 1969–1971-ci illərdə hərbi xidmətdə olub.[4] Rusiyada Sankt-Peterburq Dağ-Mədən Universitetində ali təhsil alıb.[5][6] Daha sonra isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib.[2] 22 sentyabr 2021-ci il tarixində koronavirus səbəbindən vəfat edib.[7][8][9]

Fəaliyyəti

  • İlk dəfə 1969-cu ildə karate ilə məşğul olmağa başlayıb. Daha sonra isə bir neçə şərq döyüş növləri ilə məşğul olub. 1980–1983-cü illərdə "Dinamo" İdman Cəmiyyətində hüquq-mühafizə orqanlarının işçilərinə karate dərsi keçib.[4]
  • 1981-ci ildə Qorxma, mən səninləyəm filmində kaskadyor kimi çəkilib.[10]
  • Taekvondo, hapkido, uşu, kikboksinq kimi bir neçə döyüş növlərini ilk dəfə Azərbaycana o gətirib. 1990-cı ildən taekvondo ilə məşğul olmağa başlayıb. 1992-ci ildə Azərbaycanda yaradılmış Taekvondo Federasiyasının[11] ilk prezidenti olub.[3][12] Bu vəzifəni 1999-cu ilə qədər icra edib.[4]
  • 2004-cü ildə Turan Do döyüş sənətini yaradıb. 2004-cü ildən Çun Kuhn Do ilə məşğul olub.[13] İlk dəfə Çun Kuhn Do döyüş növü üzrə qrand-master dərəcəsi alıb.[14]
  • Chun Kuhn Do, Turan Do, Combat Mixed MA, Combat Chinese, Musul Taekwon Do, Combat Korea MA, Jeet Kune Do döyüş sənətləri üzrə qrand-master olub. Tae Kuk Mu Sul, Universal Combat MA və Turan Do üzrə 10-cu dan qara kəmər ustası olub.
  • Dünya Turan-do Assosiasiyasının, Yaşlıların Dünya Döyüş Sənətləri Asosiasiyasının və Dünya Universal Kombat Döyüşləri Assosiasiyasının yaradıcısı[15] və Beynəlxalq Döyüş Növləri Assosiasiyasının fəxri sədri olub.[16]
    4 növ üzrə 10-cu dan qara kəmər, 10 növdən isə Qrand masterdir. Beynəlxalq dərəcəli hakim.
  • Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında "İdmanın təkmübarizlik növləri" kafedrasında dosenti vəzifəsində çalışıb.[2][7]

Yaradıcılığı

"Taekvondo", "Tanq Su Do Su Bak Do və Hap Ki Do", "Müxtəlif xalqların döyüş sənətləri", "Kikboksinq Muay Tay", "Əlbəyaxa döyüş", "Karate Do" dərsliklərin, "Həsrət", "Qisas", "Könül söhbəti", "Söndürülmüş ocaqlar yandırılmalı!", "Atəşlərə yanan könül" şeir kitablarının müəllifidir. Bundan başqa, 50-yə yaxın elmi məqaləsi dərc edilib.[2][17]

Nəticələri

  • Ümumilikdə Süleyman Məmmədli kombat hapkido üzrə dünya çempionu (2004).
  • Taekvondo üzrə Dünya Kubokunun sahibi (2005).
  • Döyüş sənətləri üzrə Avropa çempionu (2006).
  • Dünya çempionu (2007, 2010).
  • Tam kontakt üzrə dünya çempionu (2007).
  • Döyüş və kompleks üzrə dünya qızıl kubokunun ikiqat qalibi (2007).
  • Mudo Dünya kubokunun ikiqat qalibi — Kompleks və döyüş (2008).
  • Döyüş sənətləri üzrə Avropa kubokunun qalibi (2009).
  • BUDO Döyüş sənətləri üzrə Dünya çempionu (2011).
  • Çin Döyüş sənətləri üzrə dünya çempionu (2011).
  • Qarışıq Döyüş sənətləri "Fight Cup" çempionu (2011). 2010-cu ildə ABŞ-nın Miçiqan ştatında keçirilmiş hapkido üzrə VIII üç illik dünya çempionatında müxtəlif növlər üzrə 1 qızıl və 2 gümüş medal qazanıb.[18] 2015-ci il dekabrın 6-da Polşanın Tarçin şəhərində döyüş sənəti üzrə Avropa kuboku yarışları keçirilib. Turnirdə Azərbaycanı təmsil edən Süleyman Məmmədli veteranlar arasında Avropa kuboku qazanıb.[19]
    Qarışıq döyüşlər üzrə Avropa çempionudur (2011). 2017-ci ildə ABŞ-ın Orlando ştatında keçirilmiş 17-ci Beynəlxalq Çin döyüş növləri çempionatında qızıl medal qazanıb.[20]

Mükafatları

  • 2012-ci il noyabrın 7-də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi münasibətilə, bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi" adını alıb.[21]

İstinadlar

  1. "Beynəlxalq Döyüş Döyüş Sənəti Qrossmeysterlər İttifaqı ICMAUA Ömürlük Üzvü və Beynəlxalq Döyüş Döyüş Sənəti Təsisçiləri İttifaqının ICMAI Ömürlük Üzvü (Sertifikatlı)". www.icmaua.com (Eng). 2024-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-12.
  2. "Süleyman Bağır oğlu Məmmədli". ADBTİA (az.). 2024-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-12.
  3. Məmmədov, Bayram. "Vətəni sevdin, Süleyman oldun – Bayram Məmmədov yazır". 525-ci qəzet. 2021-10-21. 2024-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-12.
  4. "Süleyman Məmmədli: "1999-cu ildə belə məsləhət oldu ki, Kəmaləddin Heydərov prezident olsun" - MÜSAHİBƏ". modern.az (az.). 2012-05-30. İstifadə tarixi: 2024-01-12.
  5. Fərəcov, Əli. "Şərq döyüş növlərinin Süleyman Məmmədli fenomeni". azsport.az. 2015-02-03. 2024-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-12.
  6. "Idman qezeti / Azerbaijan sport Newspaper". azsport.az. İstifadə tarixi: 2024-01-05.
  7. "Azərbaycan Taekvondo Federasiyasının ilk prezidenti vəfat etdi – FOTO". Oxu.Az (az.). 2021-09-22. 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-04.
  8. "Ölən federasiya prezidentinin yerinə tanınmış müharibə veteranı gəldi – ÖZƏL + FOTO". Oxu.Az (az.). 2021-09-29. 2021-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-04.
  9. "Şərq əlbəyaxa döyüş növləri üzrə tanınmış mütəxəssis, beynəlxalq dərəcəli hakim, Turan Do döyüş sənətinin banisi Süleyman Məmmədlinin vəfat etdi". musavat.com. 2024-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-12.
  10. modern.az. "Süleyman Məmmədli: "1999-cu ildə belə məsləhət oldu ki, Kəmaləddin Heydərov prezident olsun" - MÜSAHİBƏ". modern.az (az.). İstifadə tarixi: 2024-01-04.
  11. "Azərbaycan Taekvondo Federasiyası – Azərbaycanda". taekwondo.az. 2024-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-12.
  12. Musayev, Səbuhi. "Azərbaycan Taekvondo Federasiyasının ilk prezidenti vəfat etdi – FOTO". Oxu.Az (az.). 2021-09-22. 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-12.
  13. "Əlbəyaxa döyüş növləri üzrə məşhur idmançı Süleyman Məmmədli vəfat etd". Milli.Az (az.). 2021-09-22. 2024-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-12.
  14. "Əlbəyaxa döyüş növləri üzrə məşhur idmançı Süleyman Məmmədli vəfat etdi". musavat.com. 2021-09-22. 2024-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-12.
  15. "International Combat Martial Arts Unions Association -Memorial". icmaua.com. 2024-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-12.
  16. "Board of Directors". Global Martial Arts (ingilis). 2024-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-12.
  17. "Dünya Döyüş sənətləri Assosiasiyası Qlobal Konfederasiyasının Prezidenti və yaradıcısı Məmmədli Süleyman Bağır oğlu vəfat etmişdir". Jiu-jitsu.az. 2024-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-13.
  18. Azernews.Az. "Azerbaijan shines at world hapkido champ". Azernews.Az (ingilis). 2010-08-16. 2024-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-12.
  19. "Vüqar Əzimov və Süleyman Məmmədli Avropa kuboku qazanıblar". azerbaijan-news.az (az.). 1970-01-01. 2024-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-12.
  20. "Azerbaijani fighters claim medals at Chinese Martial Arts Championship". Azerbaijan State News Agency. 2016-07-19. 2016-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-12.
  21. "Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az. İstifadə tarixi: 2024-01-12.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.