Süleyman İsmayılbəyli

Süleyman İsmayılbəyli (azərb. İsmayılbəyli Süleyman Nəbi oğlu;6 noyabr 1977, Yevlax) — Azərbaycan Respublikasının əməkdar jurnalisti

Süleyman İsmayılbəyli
Süleyman Nəbi oğlu İsmayılbəyli
Doğum tarixi
Doğum yeri Azərbaycan, Yevlax
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
İxtisası Jurnalistika
Təhsili Bakı Avrasiya Universitetinin jurnalistika fakültəsi
Fəaliyyəti “Neytral”, “Teleskop”, “Hürriyyət”, “Şans", “Yeni Azərbaycan”, “İki sahil”, "Olaylar" qəzetləri
Fəaliyyət illəri 1997 - bu günədək
Mükafatları "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı  — 2020

Həyatı

İsmayılbəyli Süleyman Nəbi oğlu 1977-ci il, noyabr ayının 6-da Yevlax şəhərində anadan olub. 1985-ci ildə Yevlax şəhəri, 5 saylı orta məktəbin 1-ci sinfinə daxil olub.1995-cı ildə Yevlax şəhərindəki Nizami adına 7 saylı orta məktəbi bitirib. Bakı Avrasiya Universitetinin jurnalistika fakultəsini bitirib. Ali təhsil aldığı ilk illərdən jurnalistika fəaliyyətinə marağı olub və 1997-ci ildən başlayaraq ölkədə işıq üzü görən bir sıra kütləvi informasiya vasitələri, “Neytral”, “Teleskop”, “Hürriyyət”, “Şans” qəzetləri ilə əməkdaşlıq edib.

Ailəsi

Ailədir.İki övladı var.Nadir İsmayılovun qardaşıdır.

Fəaliyyəti

Mətbuat fəaliyyəti

1998-ci ilin yanvar ayından 2001-ci ilin dekabr ayına qədər “Gün” qəzetində müxbir vəzifəsində çalışıb. 2001-ci ilin yanvar ayının 6-dan dekabr ayının 26-dək “Diaspor” jurnalında müxbir vəzifəsində çalışıb. Bu illər ərzində həmçinin “Yeni Azərbaycan” qəzeti və “İki sahil” qəzetləri ilə əməkdaşlıq edib. 02.01.2003-cü il tarixindən bu günə qədər “OLAYLAR” qəzetində müxbir olaraq çalışır. Qəzetin Prezident Administrasiyasına akkreditə olunmuş jurnalisti kimi Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevlə mətbuat nümayəndəsi kimi bir sıra ölkədaxili səfərlərdə iştirak edib. Jurnalist kimi fəaliyyət göstərdiyi illər ərzində bir sıra müsabiqələrin qalibi olub, müxtəlif dövlət qurumları, nazirlik və komitələr tərəfindən ayrı-ayrı vaxtlarda təltif edilib. Azərbaycan diasporu, onun keçdiyi yol, ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının Azərbaycan adına gördükləri işlərin ictimaiyyətə doğru və düzgün çatdırılmasından dolayı bir sıra diaspor təşkilatları tərəfindən diplom və fəxri fərmanlarla təltif edilib.[1] Ermənistanın Azərbaycana qarşı təcavüzü, xalqımıza qarşı törədilən soyqırımlarla Yunanıstan, Misir, İordaniya, Əlcəzairin KİV-lərində müxtəlif vaxtlarda məqalələri dərc edilib.

Təltifləri

  • Milli Mətbuatın 145 illiyi ərəfəsində, 2020-ci il, iyul ayının 22-də Prezident İlham Əliyevin imzaladığı sərəncam əsasında “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.[2]

Həmçinin bax

Səadət Məmmədova (jurnalist)

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.