Sülemiş
Sülemiş ya da tam adıyla Məlikül-Adil Sultan Bədrəddin Sülemiş (d. 1272 - ö. 1291, Konstantinopolis) Misir və Suriyada 1279-cu ildə 7 yaşında ikən 100 gün hökm sürmüş altıncı Türk əsilli Bəhri xanədanından Məmluk sultanıdır.
Bədrəddin Sulamış | |
---|---|
Əl-Malik Əl-Adil | |
Avqust 1279 – Noyabr 1279 | |
Əvvəlki | Bərkə |
Sonrakı | Seyfəddin Kalavun |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qahirə |
Vəfat tarixi | |
Vəfat yeri | |
Fəaliyyəti | rəhbər[d] |
Atası | Rüknəddin Baybars |
Ailəsi | Bahri Məmlüklərinin siyahısı |
Dini | Sünni, İslam |
Həyatı
Bir Qıpçaq Türkü olan Məmlük sultanı I Baybarsın oğullarından biridir. Böyük qardaşı olan Bərkə xanın taxtdan endirilmesinden sonra 7 yaşında Kalavunun təklifinə görə sultan elan edildi. 27 noyabr 1279-cu ildə Kalavun 100 Məmlüklu əmirin qatıldığı bir toplantıya başçılıq etdi. Burada Sultanlıq vəzifəsini ancaq bir yetişkin, həddi-buluğa çatmış bir kişinin rdə biləcəyini iddia etdi. Bu toplantı sonucunda Sülemişin taxtdan imtina etməsi və yərinə Kalavunun Məmlük sultanı olması qəbul edildi. Beləcə 100 gün sürən sultanlığından sonra Sülemiş taxtdan endirildi.
Sülemiş öncə qardaşı Berkə xanin sürgündə olduğu qədim Xaçlı qalası "Kərək"ə göndərildi. Oradan da Konstantinopolisə gedib 1291-ci ildə bu şəhərdə öldü.[1]
İstinadlar
- R. L. Wolff ve H. W. Hazard (1969) The later Crusades, 1189-1311. XXII: The Mamluk Sultans to 1293, Madison:University of Wisconsin Press, say.750 (ing.)
Həmçinin bax
- Aybək
- Şəcərəddürr
- Seyfəddin Qotaz
- I Baybars
Xarici keçidlər
- Clot, André
- (çev. Turhan Ilgaz) (2005), Kölelerin İmparatorluğu Memlüklerin Mısır'ı, İstanbul:Epsilon Yayınları ISBN 9753317727.
- (2009) L'Égypte des Mamelouks 1250-1517. L'empire des esclaves, Paris:Perrin ISBN 978-2-262-03045-2 (fr.)
- Türk Ansiklopedisi, Memlukler (Mısır) maddesi.