Sükut dərəsi

Sükut dərəsi (ing. Valley of Silence və ya Western Cwm)- Everest zirvəsi, Lhotze yamacının ətəyində yerləşən geniş, düz, bir qədər dalğalı buzlaq vadisidir. Gələcək zirvə cəhdləri üçün marşrutlar axtaran, Everestin yuxarı hissələrini tədqiq edən İngilis İstiqlal Ekspedisiyasının tərkibində olan Corc Mallori vadini 1921-ci ildə gördüyü zaman onu "Cwm" adlandırdı.[1] Cwm uels dilində "vadi" deməkdir.

Sükut dərəsi

Müasir alpinistlər, Sükut dərəsi vasitəsilə həmçinin Everest zirvəsinə çıxırlar; bura Xumbu buz divarından sonra cənub-şərq yolunda yerləşir. Vadinin mərkəzi hissəsi bu buzlağın ən yuxarısına qədər uzanan böyük eninə yarıqlarla parçalanmışdır. Yuxarı dırmaşan alpinistlər bu yarıqları keçmək məcburiyyətindədirlər. Burada Nuptsenin ətəyi boyunca "Nuptse Blade" adı verilən dar bir keçid yolu var (ing. Nuptse corner). Lakin bura Everestin 2400 metr yüksəkliyindəki heyrətamiz mənzərələri təqdim edir (dağın zirvəsi Baza düşərgəsindən görünmür; alpinistlər buranı ilk dəfə burada görürlər).

Sükut dərəsi ətrafındakı qarla örtülmüş yamaclar 6,000 metr (20,000 ft) yüksəklikdə olmasına baxmayaraq, günəş radiasiyasını əks etdirərək və gücləndirərək vadi hövzəsində temperaturu artırır.[2] Burada günəşli və küləksiz gündə temperatur 35 °C (95 °F) ə çata bilər.

İstinadlar

  1. Krakauer, Jon. Into Thin Air: A Personal Account of the Mt. Everest Disaster. New York: Villard. 1997. ISBN 0-385-49478-5. p. 7
  2. Krakauer 186–187
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.