Sörfinq
Sörfinq (ing. surfing) — bir insanın adətən sahilə doğru hərəkət edən dalğanın ön və ya aşağı hissəsinə mindiyi su idman növüdür. Sörfinq üçün uyğun dalğalar daha çox okean və dənizdə olur, lakin göllərdə və ya çaylarda "daimi dalğa" və ya axın dalğası şəklində tapıla bilər. Bununla belə, sörfçülər qayıq (ing. wakesurfing) tərəfindən yaradılan süni dalğalardan, həmçinin xüsusi süni hovuzlarında sörf üçün yaradılmış dalğalardan da istifadə edə bilərlər.
Sörfinq | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Sörfinq termini dalğanın lövhəli və ya lövhəsiz “sürülməsi”ndən asılı olmayaraq və o an bədənin vəziyyətindən asılı olmayaraq dalğa üzərində sürüşmə hərəkətinə aiddir. Sakit Okeanın yerli xalqları, məsələn Alaia, Paipo və buna bənzər taxta lövhələrdən istifadə edərək dalğalara minir və adətən bunu qarın üstə uzanaraq və diz üstə edirdilər. Sörfinqin müasir tərifi, ən çox sörf taxtasında ayaq üstə dalğa sürən sörfçüyə aiddir.
Sörfinq 2021-ci ildən olimpiya idman növüdür.
Tarixi
Sörfinq qədim zamanlarda Polineziyada yaranıb. İlk dəfə sörfinqlə Havaylılar məşğul olublar. Onlar üçün bu, ritualların bir hissəsi olmuş və hələ də qalmaqdadır. Onlar bu günə qədər də lövhələri öz əlləri ilə düzəldirlər. İlk sörf lövhələri çox iri olmuş və təxminən 70 kq ağırlığında idi.
Avropalılar onu ilk dəfə 1767-ci ildə Taitidə görmüşdülər. Bu, Samuel Uollisin (ing. Samuel Wallis komandanlığı altında "Delfin" freqatının Yeri dövrə vurması zamanı baş verib. Başqa bir versiyaya görə, ilk görən 1796-cı il aprelin 10-da (Taitidə) botanik Cozef Benks olmuşdur.
Corc Fit (ing. George Freeth) tez-tez "Müasir sörfinqin atası" adlandırılır. Onun özü də bu fikrlə razı idi.