Rzaqulu Həsənov

Rzaqulu İsmayıl oğlu Həsənov (8 mart 1895, Bakıbilinmir) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.

Rzaqulu Həsənov
Doğum tarixi 8 mart 1895(1895-03-08)
Doğum yeri
Vəfat tarixi bilinmir
Təhsili

Həyatı

8 mart 1895-ci ildə Bakıda anadan olmuşdur. Orta texniki məktəbin mexanika şöbəsini bitirmişdir (1917). Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini davam etdirmək üçün Frayberq Universitetinə (Almaniya) göndərilmişdi. 17 aprel 1920-ci ildə 533 nömrəli aktla Frayberq Dağ-Mədən ali məktəbinə qəbul edilmişdir. Təhsilini burada 19 dekabr 1924-cü ildə başa vuraraq Dağ mühəndisi diplomunu əldə etmişdir.

"Neftçala" trestində mədən rəisi işləyib. 23 avqust 1937-ci ildə 5 il iş alaraq həbs edilib.

Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.[1]

Mənbə

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.