Rza Sadıqov
Rza Nəcəfqulu oğlu Sadıqov — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini (1960–1962) və müavini (1947–1949, 1958–1960, 1962–1970), Azərbaycan SSR maliyyə naziri (1949–1958).
Rza Sadıqov | |
---|---|
4 fevral 1960 – 6 aprel 1962 | |
Sədr | Məmməd İsgəndərov Ənvər Əlixanov |
Əvvəlki | Mahmud Məmmədov |
Sonrakı | Əsgər Orucov |
6 aprel 1962 – 23 noyabr 1970 | |
Sədr | Ənvər Əlixanov Əli İbrahimov |
28 yanvar 1958 – 4 fevral 1960 | |
Sədr | Məmməd İsgəndərov |
24 mart 1947 – 7 may 1949 | |
Sədr | Teymur Quliyev |
Azərbaycan SSR maliyyə naziri | |
26 sentyabr 1949 – 3 noyabr 1958 | |
Əvvəlki | Mirabutalıb Səmədov |
Sonrakı | Qurban Xəlilov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1914 |
Doğum yeri | |
Partiya | |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | texnika elmləri namizədi |
|
|
Təltifləri |
Həyatı
Rza Sadıqov 1914-cü ildə Bakıda fəhlə ailəsində anadan olmuşdur. 1928-ci ildə yeddiillik məktəbi bitirdikdən sonra inşaat texnikumuna daxil olmuş, burada 4 il oxuduqdan sonra xüsusi orta təhsil almışdır.[1]
Rza Sadıqov bir il Masallı MTS-də inşaatçı-texnik işlədikdən sonra, 1933-cü ildə Azərbaycan Sənaye İnstitutunun arxitektura fakültəsinə daxil olmuşdur. O, təhsil aldığı illərdə "Azqaz" trestinin mərkəzi kontorunda işləmiş, inşaatçı texnik, növbətçi mühəndis, texniki bölmənin rəhbəri, texniki şöbənin müdiri, təmir-tikinti şöbəsinin müdiri, direktoru müavini və direktor vəzifələrində çalışmışdır. 1939-cu ildə ali məktəbi bitirdikdən sonra "Azqaz" tresti müdirinin müavini vəzifəsinə irəli çəkilmişdir.[2] 1941–1942-ci illərdə Azərbaycan Dövlət Tikinti Tresti müdirinin müavini, tikinti-quraşdırma sahəsinin baş mühəndisi, zavod tikintisi rəisi vəzifələrində çalışmışdır.[3]
Sonralar rəhbər vəzifələrdə çalışan Rza Sadıqov 1945-ci ilədək Azərbaycan SSR Xalq Dövlət Nəzarəti Komissarlığının baş nəzarətçisi, 1945-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Plan Komissiyası sədrinin müavini işləmişdir. O, 1947–1949-cu illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, 1949–1958-ci illərdə isə Azərbaycan SSR maliyyə naziri olmuşdur.[3] 1958–1960-cı illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, 1960–1962-ci illərdə birinci müavini, 1962-ci ildən isə yenidən müavini vəzifələrində çalışmışdır.[4]
Rza Sadıqov 1934-cü ildən Lenin komsomolu, 1941-ci ildən isə Sov.İKP partiyasının üzvü olmuşdur.[1] SSRİ Ali Sovetinə (6-cı çağırış), Azərbaycan SSR Ali Sovetinə (2-ci[1], 4–5 və 7-ci çağırış)[3] və Bakı Sovetinə deputat seçilmişdir.[2] O, 1956-cı ildən Azərbaycan KP MK-nın üzvü olmuş (1960–1962-ci illərdə büro üzvü), "Lenin" ordeni (1959) və medallarla təltif edilmişdir.[4]
İstinadlar
- Рза Нәҹәфгулу оғлу Садыгов // Альбом биографий депутатов Верховного Совета Азербайджанской ССР. 1955. Бакы. 1956. С. 272.
- Рза Нәҹәфгулу оғлу Садыгов // Азәрбајҹан ССР Али Совети депутатларынын тәрҹүмеји-һаллары. Бешинҹи чағырыш: 15 март 1959-ҹу ил. Бакы. 1960. С. 389.
- Садыгов Рза Нәҹәфгулу оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Једдинҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Советинин нәшри. 1968. С. 304.
- Sadykhov, Rza Nadzhaf Kuliogly // Prominent personalities in the USSR (ingilis). Metuchen, New Jersey: Scarecrow Press. 1968. səh. 534.