Reza Deqati

Reza Deqati (26 iyul 1952[1], Təbriz[1]) Rza Diqqəti (26 iyul 1952[1], Təbriz[1]) — Milli Coğrafiya Cəmiyyətinin Reza ləqəbi ilə tanınan Güney Azərbaycan əsilli fransız fotoqrafı, humanist[2].

Reza Deqati
fr. Reza Deghati
Doğum tarixi 26 iyul 1952(1952-07-26)[1] (71 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti fotojurnalist
Fəaliyyət illəri 1979-cu ildən
Mükafatları "Dostluq" ordeni Knight of the National Order of Merit
Asturiya şahzadəsinin mükafatı
İmza
rezaphotography.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Reza Deqati 1952-ci il 26 iyul tarixində Təbrizdə azərbaycanlı ailəsində dünyaya gəlib. İlk şəklini 14 yaşında çəkən Reza bu fotosunu məktəbdə fəaliyyət göstərən Pərvaz adlı jurnalda yayımlayıb. Daha sonra Tehran Dövlət Universitetində Memarlıq üzrə təhsilini davam etdirən Reza burada fotolar çəkib yaymağa davam edir. Öz fəaliyyətinə görə 22 yaşında şah rejimi tərəfindən 3 il müddətində həbs olunaraq 5 ay işgəncələrə məruz qalır. Həbsdən çıxdıqdan sonra memarlıq təhsilini yarımçıq qoyaraq fotoqraflığa başlayır. Fəaliyyətə İran İnqilabını çəkməklə başlayır. Tezliklə çəkdikləri şəkillər dünyanın bir yerində yayımlanır. Tezliklə o Newsweek jurnalı ilə müqavilə imzalayır. 1979-cu il, 4 noyabr tarixində iranlı tələbələrin Tehranda ABŞ səfirliyində 66 amerikalı daxil olmaqla 99 nəfəri girov götürdükləri vaxt səfirlikdə olan tək jurnalist o olur. İnqilaba qədər olan hadisələri, eləcə də inqilab və inqilabdan sonra baş verən hadisələri qeyd alır, lakin sonradan 1981-ci ildə özünə qarşı artan təzyiqlərdən sonra ölkəni tərk edərək Fransaya gedib. 1991-ci ildən etibarən Milli Coğrafiya Cəmiyyəti il əməkdaşlığa başlayır və cəmiyyətin bir çox layihələrini həyata keçirib. Onun çəkdiyi şəkillər 25 jurnalın üz qabığı olub. 1992-ci ildə öz həyat yoldaşı yazıçı Reyçel Deqati ilə birlikdə Parisdə Webistan Foto Agentliyinin əsasını qoyurlar[3].

1990-cı ildə o fotojurnalist karyerasına ara verərək Əfqanıstanda Birləşmiş Millətlər Təşkilatının məsləhətçisi olaraq ölkənin şimal əyalətlərində yenidənqurma və yardım proqramında 9 ay fəaliyyət göstərir. 1996-cı ildə o, YUNİSEFBeynəlxalq Qırmızı Xaç Komitəsi ilə əməkdaşlıq edərək Ruandada qaçqın şəhərciklərində şəkillər çəkməyə başlayır. Və bu şəkillər sonradan qarışıqlıq zamanı valideynlərini itirmiş övladlara öz valideynlərini və ya övladlarını itirmiş valideynlərə öz övladlarını tapmağa kömək olmuşdur. Konqo Demokratik Respublikasıdan olan 12 min uşağın şəklini çəkərək onları qaçqın şəhərciklərində nümayiş etdirmişdir. 1998-ci ildə Azərbaycanda qaçqın uşaqlar üçün məktəbin tikintisində iştirak etmişdir. 2001-ci ildə Əfqanıstandakı uşaq və qadınların təhsili məsələləri ilə məşğul olan AINA xeyriyyəçilik assosiasiyasının əsasını qoymuşdur. Bu assosiasiyanın tələbələrindən biri Məsud Hüseyni 2012-ci ildə Pulitser mükafatına layiq görülmüşdür[4]. 2009-cu ildə assosiasiya tərəfindən təlimdə iştirak etmiş əfqanların sayı 1000 nəfəri keçdikdən sonra assosiasiya tamamilə azad olmuşdur. Hazırda bu məktəblərdə təlim görən əfqanlar Banqladeş, Çin, Fransa və digər ölkələrdə fotoqraf olaraq fəaliyyət göstərirlər.

Azərbaycanla bağlı fəaliyyəti

Tanınmış fotojurnalist Azərbaycan Respublikasına ilk dəfə 1987-ci ildə səfər edib. 1997-ci ildə isə bir neçə ay Azərbaycan Respublikasında yaşayıb, ölkəni gəzərək sadə insanların gündəlik həyatını, məişətini, adət-ənənələrini fotolarda əbədiləşdirib. Rza Diqqəti 20 yanvar hadisələrini, o cümlədən Xocalı soyqırımının şahidlərini çəkməyə müvəffəq olub. Bundan başqa, müharibə gedən Şuşa, Zəngilan, Cəbrayıl rayonlarında baş verən hadisələri fotoyaddaşa köçürüb.

Birinci Qarabağ müharibəsindən sonra Rza qaçqın və məcburi köçkünlərlə görüşərək, onların şəkillərini çəkib. O, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bir çox Avropa ölkələrində sərgilər təşkil edib, dəfələrlə ermənilərin hücumuna məruz qalıb. Qarabağda çəkdiyi fotoları Parisdə sərgiləyən Rza Diqqətiyə qarşı Fransa mətbuatında onlarla yazı dərc olunub, özü hədələnib, sərgisi isə erməni hücumuna məruz qalıb. Rza isə öz növbəsində cırılan şəkilləri yeniləri ilə əvəz etməyib, ermənilərin növbəti əməlini necə varsa elə də nümayiş etdirib.[5]

" Heç bir vəclə fotoları sərgidən yığışdıra bilməyən ermənilər bu dəfə sərgiyə gəlib həmin fotonu cırdılar. Təşkilatçılar isə mənə bildirdilər ki, şəkillər cırılıb, onları dəyişdirmək lazımdır. Mən söylədim ki, dəyişdirmək lazım deyil, necə var, eləcə də qalsın. Qoy onların hərəkətini hamı görsün, hamı bilsin.[5] "

Rza Diqqəti Qərbi Azərbaycan ostanında (bölgəsində) yerləşən Urmiya gölündə baş verən ekoloji fəlakətə qarşı daima narahatlığını bildirərək, buradakı vəziyyəti İran hökumətinin güney azərbaycanlılara qarşı yürütdüyü ayrı-seçkilik siyasətinin bir hissəsi olduğunu qeyd edib.

" İran hökuməti etnik azlıqlar, o cümlədən azərbaycanlıların inkişafına imkan vermək, onların irəliyə getməsini istəmir.[6] "

2014-cü ildə "Alovun zərifliyi" və "Qara Yanvar", "Dağlıq Qarabağ və Xocalı soyqırımı" hadisələrinə həsr edilmiş "Körpələrin döyülməsi" kitablarını yazmışdır. "Alovun zərifliyi" kitabında müəllifin Azərbaycan Respublikasına səfərləri zamanı çəkdiyi fotolar, Azərbaycanın rayonları, ucqar kəndləri, sadə insanların həyat tərzi, adət-ənənələri və digər məqamlar əksini tapıb.

Müəllif, eyni zamanda milli rəqslər, konsert, tamaşa, sərgi və digər müxtəlif tədbirlərdən çəkdiyi fotolarla Azərbaycan mədəniyyətinin mənzərəsini yaradıb. "Günahsızların qırğını" kitabında isə fotojurnalistin 1992-ci ildə Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı zamanı lentə aldığı görüntülər toplanıb. Sərgi zamanı qonaqlara təqdim olunan bu fotolarda qətlə yetirilən insanların, onların ailə üzvləri və qohumlarının acılarını, Xocalıdan didərgin düşən sakinləri, onların məskunlaşdığı yaşayış yerlərini, çətin və əziyyətli həyat tərzini əks etdirən fotolar oxuculara faciənin ağrısını çatdırır. Kitabda, həmçinin Xocalı soyqırımının dünyada tanınması məqsədilə müxtəlif ölkələrdə keçirilən tədbirlərdən, qaçqın və məcburi köçkünlər üçün şəhərcikdən fotolar da yer alıb[7].

Həmçinin Parisdə Petit Palais-də "Alovun zərifliyi" adlı sərgi keçirmişdir. 2013-cü ildə isə Parisdə[8] Rza Diqqəti "Azərbaycan. Tolerantlıq məkanı" sərgisi keçirilib. Həmin sərgi sonralar Moskvada[9], İsrailin müxtəlif şəhərlərində, eləcə də BMT-nin mənzil qərargahında, Avropa Parlamentində nümayiş olunub.

Xatirələri

Xatirələrində bəhs etdiyi müəllifə ən çox təsir edən foto. Faciədən 3 gün sonra oğlu və həyat yoldaşının cəsədini Ağdamda tapan qadın.
" Bu günə qədər dünyanın 115 ölkəsində şəkil çəkmişəm. 1 milyondan çox fotonun müəllifiyəm. Onların hamısı mənə əzizdir. Necə demək olar ki, üç uşağım var, ancaq birini çox istəyirəm. Hamısını istəyərək, sevərək çəkmişəm. Bu fotoların hansına baxsan onun ayrı bir hekayəsi, nağılı var. Amma bütün bunlara baxmayaraq, çox təsiredici bir anı Qarabağda, Xocalıdan qaçan yaşlı qadının timsalında yaşadım. Faciədən 3 gün sonra oğlu və həyat yoldaşının cəsədini tapan, əllərini yuxarı qaldırıb ah-nalə edən qadının fotosu... Bütün dünya da bu əsərə məyus olmuşdu. Qadın qaça-qaça əllərini açaraq gəlir, amma görür ki, əzizləri həlak olub. O rəsmi Fransa, Amerika daxil olmaqla dünyanın bir çox ölkələrində sərgilədim, kitablarıma daxil etdim. Hətta Avropada buna görə ermənilərlə münaqişələrim də olub.[10] "
" Xocalı soyqırımından sonra, 1992-ci il fevralın 28-də Bakıya gəldim. O zamankı “Azərbaycan” otelində dünyanın müxtəlif ölkələrindən nümayəndələr, jurnalistlər və Qarabağa yardım etmək üçün müxtəlif təşkilatların əməkdaşları toplanmışdılar. Hoteldə Fransadan gələn qonaqlara yaxınlaşdım. Onların “Sərhədsiz həkimlər” təşkilatının xətti ilə Qarabağa, amma azərbaycanlılara deyil, ermənilərə yardım aparacaqlarını öyrəndim. Mən özümü fransız kimi təqdim edərək, onlarla birgə getməyimi xahiş etdim.

Azərbaycanlı olduğumu onlara söyləmədim. Bu komanda ilə birlikdə Ağdama gəldim. Ora çatanda gördüm ki, Xocalıda törədilən erməni vəhşiliyindən canını qurtaranlar buraya axın ediblər. Həmin vaxt Beynəlxalq Qırmızı Xaç Komitəsi ermənilərlə danışıq aparırdı ki, azərbaycanlıların meyitlərini geri qaytarsınlar. Mən orada gətirilən meyitlərin, onların ailələrinin fotolarını çəkməyə başladım. Bu vaxt erməni əsgərlərindən biri cibindən çay qaşığını çıxararaq mənə göstərdi.

Soruşdum ki, bunu neynirsən? Cavab verdi ki, biz azərbaycanlıları əsir götürəndə bununla gözlərini çıxarırıq. Mən dünyanın heç bir yerində belə vəhşilik görməmişdim. Həqiqətən bizim meyitləri gətirəndə gördüm ki, gözü çıxarılıb. Mən həmin fotoları çəkib sərgilərimdə nümayiş etdirdim. Bu müharibə deyildi, əsl soyqırımı idi.

"

Kitabları

  • Paix en Galilée, fr:Les Éditions de Minuit, 1983
  • Bayan Ko, Jaca Book, 1986
  • Paris-Pékin-Paris, Editions d’Art Phoebus, 1987
  • Air Race Around the World, Imax, 1992
  • Kurdes. Les chants brûlés, Benteli, 1993
  • Massoud, des Russes aux talibans, 20 ans de résistance afghane, n°1, 2001
  • La France. Midi-Pyrénées et Languedoc Rousillon, Milli Coğrafiya Cəmiyyəti, 2001
  • Eternités Afghanes, Editions du Chêne et Unesco, 2002
  • Le pinceau de Bouddha, La Martinière, 2002
  • Plus loin sur la Terre, Hors Collection, 2002
  • Destins Croisés — Carnets d’un reporter photographe, Hors Collection, 2003
  • Insouciances, Castor & Pollux, 2004
  • Sur la Route de la Soie, Hoëbeke, 2007
  • Reza War + Peace, Focal Point, 2008
  • Reporters Sans Frontières — 100 photos pour la liberté de la presse, RSF, 2008
  • Vers l’Orient, Sindbad par Reza, fr:Glénat, 2009
  • Chemins Parallèles, Hoëbeke, 2009
  • Sindbad by Reza, Glénat, 2009
  • derrière l’Objectif, Hoëbeke, 2010
  • Les âmes rebelles (Rebellious souls), Democratic Books, 2010
  • L’Envol, La Conférence des Oiseaux (Soaring: The Conference Of The Birds), Democratic Books, 2010
  • Au pays des mille et une nuits, 2011
  • Ocho viajes con Simbad, La Fabrica, 2011
  • L’Envol, la Conférence des oiseaux, Democratic Books, 2011
  • Algérie, Michel Lafon, 2012
  • Learning a living, Bloomsbury Qata Foundation Publishing, 2012
  • The Elegance of Fire, 2014[11]
  • The Massacre of the Innocents, 2014[11][12]
  • Kurdistan Renaissance,[13] Webistan, Paris, 2017
  • "Iran, Rêves et Dérives" Hoebeke/Gallimard publisher, Paris, 2019;[14]

Mükafatları

  • 1983-cü il "World Press Photo" müsabiqəsində Xroniki Sujetlər kateqoriyasında 2-ci yerə layiq görülüb[15] .
  • 1986-cı ildə "World Press Photo" müsabiqəsində Xroniki Sujetlər kateqoriyasında 2-ci yerə layiq görülüb.
  • 1996-cı ildə Ruandadakı qaçqın düşərgələrində çəkdiyi fotolara görə UNİCEF-in "Ümid" mükafatı alıb[16].
  • 2003-cü ildə İspaniyada Prix Liber Press tərəfindən mükafatlandırılıb.
  • 2005-ci ildə Fransanın Xidmətlərə görə ordeni ilə təltif edilib[17].
  • 2006-cı ildə Milli Coğrafiya Cəmiyyətinin təmsilçisi kimi "Asturiya şahzadəsi" mükafatına layiq görülüb[18].
  • 2006-cı ildə Missuri Jurnalistika Məktəbinin ən yaxşı jurnalisti adını qazanaraq Missuri Şərəf Medalına layiq görülüb[19].
  • 2006-cı ildə Kolumbiya Jurnalistika Məktəbinin Fəxri Jurnalist medalına layiq görülüb.
  • 2008-ci ildə Ashoka fondunun aparıcı elmi işçisi adına layiq görülüb[20] .
  • 2009-cu ildə Parisdəki Amerikan universitetinin fəxri doktoru adını alıb[21].
  • 2009-cu ildə nailiyyətlərinə görə Lucie Award mükafatına layiq görülüb[22].
  • 2010-cu ildə fotojurnalistika sahəsi üzrə Infinity Award mükafatına layiq görülüb[23].
  • 2013-cü ildə Dubayda Photography Appreciation Award mükafatı ilə mükafatlandırılıb[24].
  • 2023-cü ildə "Laçın" döş nişanı ilə təltif olunub.

Çəkdiyi şəkillər

Xarici keçidlər

İstinadlar

  1. Who's Who in France (fr.). Paris: 1953. ISSN 0083-9531; 2275-0908
  2. "National Geographic biography". 2012-06-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-09-21.
  3. Rachel Deghati Linkedin
  4. "Məsud Hüseyni 2012-ci il Pulitser mükafatı qalibi". 2021-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-17.
  5. "Rza Diqqəti ilə müsahibə". 2015-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-14.
  6. "Rza Diqqəti: Azərbaycanlıların mütləq ana dilində məktəbi olacaq". 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-14.
  7. Rza Diqqətinin Azərbaycana həsr olunan fotosərgisinin və iki kitabının təqdimatı olub
  8. "Photo exhibition "Azerbaijan – land of tolerance" opens in Paris". 2019-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-14.
  9. Rusiyadakı sərgi
  10. Rza Diqqəti: “Yüz dəfə ölüb-dirilmişəm
  11. "The Elegance of Fire" (ingilis). Webistan Photo Agency. 13 ноября 2014. 2015-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-11.
  12. "Reza Deghati to show Azerbaijan to Parisians" (ingilis). azernews.az. 28 ноября 2014. 2015-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-11.
  13. "Kurdistan, Renaissance". 2018-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-27.
  14. "Hoëbeke/Gallimard Editions". 2019-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-06.
  15. "Reza World Press Photo Second Prize". 2021-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-17.
  16. "Reza UNICEF Hope Prize Winner". 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-17.
  17. "Reza receiving the National Order of merit in France". 2021-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-17.
  18. "Reza receiving the Prince of Asturias Price". 2021-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-17.
  19. "Reza Missouri Honor Medal of best journalist". 2021-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-17.
  20. "Reza Senior fellow of the Ashoka Foundation". 2021-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-17.
  21. "Doctor Honoris Causa from the American University of Paris". 2021-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-17.
  22. "Lucie Award for Achievement in Documentary". 2021-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-17.
  23. "ICP Infinity Award". 2021-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-17.
  24. "2013 Photography Appreciation Award". 2018-09-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-09-17.
  25. "Təbrizli fotoqrafın Xocalıda çəkdikləri". 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-14.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.