Rza Beyk İmanverdi
Rza Beyk İmanverdi (d. 15 iyun 1936; Tehran, İran - ö. 13 sentyabr 2003; Finiks, ABŞ) - İran azərbaycanlısı olan məşhur aktyor və rejissor.[1][2]
Rza Beyk İmanverdi | |
---|---|
Doğum tarixi | 15 iyun 1936 |
Doğum yeri | |
Vəfat tarixi | 13 sentyabr 2003 (67 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ağciyər xərçəngi |
Milliyyəti | Azərbaycanlı |
Vətəndaşlığı |
İran ABŞ |
Fəaliyyəti | Aktyorluq |
Fəaliyyət illəri | 1961-2003 |
Tanınma səbəbi | Aktyorluq |
IMDb | ID1028434 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
İmanverdi İranda Şimali Azərbaycandan olan ata və Cənubi Azərbaycandan olan ananın ailəsində dünyaya gəlmişdir. Tehrandakı ABŞ səfirliyində bir müddət çalışdığı üçün ingiliscəni yaxşı səviyyədə bilmişdir. Teatrı və kinonu çox sevirdi və buna görə də, 1958-ci ildə Oskar adlı teatr qrupuna qatılmışdır.[3]
İmanverdi bir maşın qəzasında Samvel Haçikyan ilə tanış oldu. Haçikyan İranın ən yenilikçi film rejisorrlar və ssenaristlərindən biri idi. İmanverdinin atletik bədən quruluşu və sinematik görüşünüşdən təsirlənən Haçikyan 1961-ci ildə ona "Gecəyarısı çığırtısı" adlı filmdə epizodik bir rol verdi. Bu roldan sonra o, uğurlu fəaliyyətə başladı və 1960-1970-ci illər boyunca 150-dən çox filmə çəkildi.
Mətbuat tərəfindən ona "Min üzün adamı" deyə ləqəb verilmişdi. Həm macəra filmlərindəki, həm də komediya filmlərindəki rolları ilə tanınmaqda idi.[3]
Bir müddət sonra italyan filmi olan "Elektrikli oturacaq" filmində ona baş rol təklif edildi. Bundan sonra İmanverdi İranı tərk etdi və İtaliyaya köçdü. Bununla da o, italyan filmində rol alan ilk iranlı və azərbaycanlı oldu. Daha sonra Rza Pəhləvinin istəyi əsasında aktyor dostları olan Cahangir Qaffari, Nasir Malik və İrəc Qadiri ilə birlikdə Türkiyənin Yeşilçam filmlərinə qatıldılar.
İmamverdi peşəkar güləş idmançısı və çempionu idi. Təhsilli olaraq Tehranın müxtəlif atletik klublarında məşqçilik etmişdir. İdmanı bildiyi üçün dublyor olaraq müxtəlif filmlərdə də çəkilmişdir. Öz idmançı bacarıqlarından film çəkilişlərində istifadə etmiş və onun təşviqləri sayəsində İran film sənayesində döyüş səhnələri çoxalmağa başlamışdır.[3] O, inqilabdan əvvəl aktyorluqdan başqa "Studio RB" adlı film studiosu açmış və öz filmlərini istehsal etməyə, çəkməyə başlamışdı.[4]
İslam inqilabından sonra (1979)
1979-cu il inqilabından sonra bir müddət film çəkilişləri qadağan edildi. Bundan sonra İmanverdi ilk öncə Almaniyaya, daha sonra isə ABŞ-yə köçdü. ABŞ-yə gəldikdən sonra burada 10 il boyunca tır sürücüsü olaraq çalışdı.[1][3]
Ölümü
2002-ci ildə ona ağciyər xərçəngi diaznozu qoyuldu. Xəstəlik ilə bir il mübarizə apardıqdan sonra 13 sentyabr 2003-cü ildə vəfat etdi. Vəsiyyətinə əsasən dəfn edilmək üçün İrana göndərilmədi. Los Gatos Memorial Parkda dəfn edilmişdir.[1][3][5]
Filmoqrafiyası
- Roozha-ye Bikhabari (1979)
- Babanın Evlatlari (1977)
- Fırtına (1977)
- Sobh-e Khakestar (1977)
- Vaseteha (1977)
- The Crookes (1974)
- Hostage (1974)
- Gol Pari Joon (1974)
- La legge della Camorra (1973)
- Ayyoob (1971)
- Fatehine Sahra (1971)
- Mardan-e Sahar (1971)
- Pahlevan Mofrad (1971)
- Sedia Elettrica (1969)
- Ruspi (1969)
- Nabarde ghoolha (1965)
- Donyaye Poul (1965)
- Jallad (1965)
- Zan va Arousakhayash (1965)
- Daghe Nang (1965)
- Sarsam (1965)
- Sarkesh (1965)
- Setarehe Sahra (1964)
- Babre Ring (1964)
- Sheitan dar Mizanad (1964)
- Golhaye Gilan (1964)
- Dozde Shahr (1964)
- Zarbat (1964)
- Mazare Talagh (1963)
- Zamine Talkh (1963)
- Delhoreh (1962)
- Yek Ghadam ta Marg (1961)
Həmçinin bax
İstinadlar
- "Reza Beyke Imanverdi in imdb - Biography". www.imdb.com. 4 Noyabr 2004. 21 aprel 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 mart 2023.
- "Reza Beyke Imanverdi in findagrave - Biography". www.findagrave.com. 24 sentyabr 2015. 9 Mart 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 mart 2023.
- Art Magazine: Seven look "Reza Beik Imanverdi Special". Number Thirty-Four. 2013.
- "Tribute to the Late Iranian Actor Reza Beyk Imanverdi رضا بیک ایمانوردی". www.kavehfarrokh.com. 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 mart 2023.
- "بیک ایمانوردی". www.youtube.com. 2023-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 mart 2023.
Xarici keçidlər
- Rza Beyk İmanverdi — IMDb səhifəsi
- Reza Beyk Imanverdi Facebookda