Rza Baxşəliyev
Baxşəliyev Rza İbrahim oğlu (22 mart 1899 – 30 yanvar 1992, Bakı) — yunan-roma və sərbəst güləş üzrə azərbaycanlı idmançı. SSRİ əməkdar idman ustası (1943), Azərbaycan SSR əməkdar məşqçisi (1962), ümumittifaq dərəcəli hakim (1961), əməkdar bədən tərbiyəsi və idman xadimi (1969)[1].
Rza Baxşəliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Baxşəliyev Rza İbrahim oğlu |
Vətəndaşlığı | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Rusiya İmperiyası |
Vəfat tarixi | (92 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Təhsili |
Azərbaycan Bədən Tərbiyəsi İnstitutu Azərbaycan Dövlət Universiteti |
İdman növü | güləş |
Komandası | Kusturud |
Həyatı
Azərbaycanda güləş idman növünün inkişafında mühim rol oynamış Rza Baxşəliyev 1925–1945-ci illəri əhatə edən karyerası ərzində klassik güləş üzrə 20, sərbəst güləş üzrə isə 7 dəfə ölkə çempionu olmuşdur. O həmçinin uzun müddət Azərbaycan Dövlət Universitetinin bədən tərbiyəsi kafedrasına rəhbərlik edib (1937–1965). 7 dil bilən Rza Baxşəliyev güləşlə yanaşı dama oyunu ilə maraqlanırdı və bu idman növü üzrə müxtəlif yarışlarda iştirak edirdi. Baxşəliyev həm də görkəmli idman müəllimi kimi tanınır. Onun tələbələri arasında SSRİ çempion və mükafatçıları İbrahimpaşa Dadaşov, Musa Babayev, Muxtar Dadaşov və ilk azərbaycanlı olimpiya mükafatçısı Rəşid Məmmədbəyov kimi güləşçilər olmuşdur.
İstinadlar
- "BAXŞƏLİYEV Rza İbrahim oğlu, Azərbaycan Milli Ensiklopediyası". 2022-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-05.