Rza şah Pəhləvi
Rza şah Pəhləvi (fars. رضا پهلوی; 15 mart 1878, Alaşt, Mazandaran ostanı – 26 iyul 1944[1], Yohannesburq, Transvaal[d]) — İran şahı (1925–1941), Pəhləvilər sülaləsinin banisi. Əhməd şah Qacarı devirib Pəhləvi xanədanını qurmuşdur. Onun qurduğu Pəhləvi rejimi sekulyarist, milliyyətçi, militarist və anti-kommunist rejimdir.
Rza şah Pəhləvi | |
---|---|
fars. رضا پهلوی | |
İranın Şahənşahı | |
15 dekabr 1925 – 16 sentyabr 1941 | |
Əvvəlki | Sultan Əhməd şah Qacar |
Sonrakı | Məhəmməd Rza Pəhləvi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Alaşt, Savadkuh, Mazandaran |
Vəfat tarixi | (66 yaşında) |
Vəfat yeri | Yohanesburq, Cənubi Afrika |
Vəfat səbəbi | ürək-damar xəstəliyi[d] |
Dəfn yeri | Rza şah Pəhləvinin məqbərəsi |
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu |
Həyat yoldaşı | Tac-ol-Mülük |
Uşaqları |
Oğulları: Məhəmməd Rza, qızları: Əşrəf, Şəms |
Ailəsi | Pəhləvilər |
Dini | İslam |
Rütbəsi | briqada generalı |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Doğumu
Rza Xan 1878-ci il martın 15-də Mazandaran əyalətinin Savadkuh şəhərindəki Alaşt kəndində anadan olmuşdur. Atası Abbas Əli (1815–1878) Savadkuhda polkovnik idi. Anası Nüşafarin Zəhra Qafqazlı immiqrant idi. Rza Xanın babası Murad Əli Xan bir əsgər idi və 1848-ci ildə Herat mühasirəsində həyatını itirdi.
Murad Əli Xanın 7 oğlu var idi. İlk oğlu Çıraq Əli Tehranda yaşamış və orduda xidmət etmişdir. İkinci oğlu Nüsrətullah Xan Savadkuhda xidmət eləmiş və Rza Xanın əmisi ilə bir müddət çalışmışdır. Rza Xanın atası Abbas Əli Xan yeddinci oğlu idi.
Rza Xanın atası Abbas Əli Xan 1814-cü ildə Alaştda dünyaya gəlmişdir. Əfqan müharibəsində döyüşmüşdür. Rza Xan Albay Abbas Əli Xanın ikinci nikahından doğulmuşdur.
İslahatları
- Mirzə Kuçik Han və digərlərinin çıxardığı qarışıqlığı susdurdu və İran Azərbaycanı və Gilan — Mazandaranda mərkəzi hökumətin gücünü oturtdu. O, kürd üsyanlarını basdı.
- Xüsusilə Kaşan və Luristanda hökm sürən quldurları yoxdur etdi.
- Ordunun birləşməsi və modernləşdirilməsi. Hərbi xidmətdən keçmək.
- Xuzistanda ortaya çıxan hökumətin basdırılması, bölgənin İrana təkrar bağlanması.
- Cənub-Şimal dəmir yolunun tikintisi.
- Şəriət hakim yerinə məhkəmə sisteminin yaradılması. Kapitulyasiya qanunlarının ləğvi.
- İran Milli Bankının qurulması və ingilis banklarının İran iqtisadiyyatındakı yerlərinin kiçildilməsi.
- Dəniz və hava qüvvələrinin yaradılması.
- İran pullarını xarici banklarda İrana aparmaq.
- Gömrük qanunvericiliyinin aradan qaldırılması və gəlirlərin dövlət hesabına daxil edilməsi.
- Ziraat Bankının təsisi.
- Hat və Dress kodunu çıxarmaq.
- Tütün və şəkər fabriklərinin ölkənin dörd bir yanında qurulması.
- Təhsil sisteminin modernləşdirilməsi.
Həmçinin bax
- Nüşafərin Ayrımlı
- Tacülmüluk