Rza İbadov

Dr. Rza Aydın oğlu İbadov (20 mart 1966, Naxçıvan) — azərbaycanlı siyasətçi, Azərbaycan Milli Məclisinin I çağırış üzvü.

Rza İbadov
bayraq
Azərbaycan Milli Məclisinin I çağırış üzvü
bayraq2
26 noyabr 1995 12 noyabr 2000
Şəxsi məlumatlar
Doğum tarixi 20 mart 1966(1966-03-20) (58 yaş)
Doğum yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan (1991—2005)
Böyük Britaniya Birləşmiş Krallıq (2005—)
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Həyatı

Rza İbadov 1966-cı il martın 20-də Naxçıvan şəhərində anadan olub. M. V. Lomonosov adına Mosva Dövlət Universitetində tarix üzrə ali təhsil alıb. Rus və ingilis dillərini bilir. Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olub. 2005-ci ildə Londonda yaşamağa başlayandan sonra Huron Universitetində beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi, Fransa Beynəlxalq Münasibətlər və Strategiyalar İnstitutunda isə beynəlxalq münasibətlər üzrə doctorluq dərəcəsi alıb.

Rza İbadov ailəlidir, bir övladı var.

Siyasi fəaliyyəti

Rza İbadov 1990–1995-ci illərdə Naxçıvan MR Ali Məclisinin üzvü, Ali Məclisin Gənclər və idman Komissiyasının isə sədri olub.

1995-ci il noyabrın 26-da baş tutan Parlament seçimlərində 4 nömrəli Babək-Şahbuz dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Rza İbadov I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 26-dan səlahiyyətlərinin icrasına başlayan Rza İbadov Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Daimi Komissiyasının və Azərbaycan—ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.[1][2]

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.