Franklin Delano Ruzvelt
Franklin Delano Ruzvelt (ing. Franklin Delano Roosevelt; 30 yanvar 1882[1][2][…] – 12 aprel 1945[3][1][…]) — Amerika Birləşmiş Ştatlarının 32-ci prezidenti (1933–1945).
Franklin Delano Ruzvelt | |
---|---|
ing. Franklin Delano Roosevelt | |
4 mart 1933 – 12 aprel 1945 | |
Vitse-prezident | Con Qarner (1933-1941) Henri Volles (1941-1945) Harri Trumen (1945) |
Əvvəlki | Herbert Huver |
Sonrakı | Harri Trumen |
Şəxsi məlumatlar | |
Doğum adı | Franklin Delano Roosevelt |
Doğum tarixi | 30 yanvar 1882[1][2][…] |
Vəfat tarixi | 12 aprel 1945[3][1][…] (63 yaşında) |
Vəfat səbəbi | beyin qansızması[d][4] |
Partiya | Demokratlar partiyası |
Təhsili |
1) Harvard Universiteti 2) Kolumbiya Universiteti |
Fəaliyyəti | dövlət xadimi |
Atası | Ceyms Ruzvelt |
Anası | Sara Delano |
Həyat yoldaşı | Eleanora Ruzvelt |
Uşaqları |
oğulları: Ceyms, Franklin, Eliot, Franklin Delano və Con qızı: Anna |
Dini | Protestant, Yepiskopal |
Hərbi xidmət | |
Mənsubiyyəti | Amerika Birləşmiş Ştatları |
Qoşun növü | ABŞ Silahlı Qüvvələri |
Döyüşlər | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Franklin Ruzvelt 1882-ci ildə varlı bir ailədə anadan olmuş, mənşə etibarilə holland idi. O, Teodor Ruzveltlə əminəvəsi idi. Franklin Ruzvelt əvvəlcə Harvard universitetini, sonra isə Kolumbiya Universitetinin hüquq fakültəsini bitirmişdi. 1913–1920-ci illərdə o, Hərbi Dəniz Nazirinin köməkçisi vəzifəsində işləmişdi. 1921-ci ildə polimelit xəstəliyinə tutulmuş və ömrünün sonunadək ayaqları iflic vəziyyətində qalmışdı. Möhkəm iradəsi və anasının mənəvi dayaq olması Ruzveltin siyasi fəaliyyətlə yenidən məşğul olmasına imkan yaratdı. 1928–1930-cu illərdə o, Nyu-York ştatının qubernatoru seçildi. 1932-ci ildə isə ABŞ-nin 32-ci prezidenti oldu. Franklin Delano Ruzvelt 2 dəfədən artıq seçilmiş yeganə ABŞ prezidentidir. 4 dəfə prezident seçilmiş, 4-cü hakimiyyət müddətinin başlamasından qısa müddət sonra beyninə qan sızmasından vəfat etmişdir.
Onun tarixi xidmətləri arasında "Böyük Depressiya"nın aradan qaldırılması, SSRİ ilə münasibətlərin yaxşılaşdırılması və İkinci dünya müharibəsi dövründə Avropadakı müttəfiqlərini yaxından dəstəkləməsini qeyd etmək olar. Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
Həmçinin bax
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Lundy D. R. Franklin Delano Roosevelt // The Peerage (ing.).
- Gaddis J. L. The Cold War: A New History (ing.). 1 USA: Penguin Books. P. 10. ISBN 978-0-14-303827-6
- Roosevelt House Public Policy Institute at Hunter College The Death of President Roosevelt, April 12, 1945.