Ruzigar Qasımov
Ruzigar Qasımov (tam adı: Ruzigar İmran oğlu Qasımov; d. 31 dekabr 1956, Gəncə, Azərbaycan SSR, SSRİ – ö. Gəncə, Azərbaycan SSR, SSRİ) — "20 Yanvar" şəhidi, müxbir. Ölümündən sonra "20 Yanvar şəhidi" fəxri adına layiq görülmüşdür.

Ruzigar Qasımov | |
---|---|
Ruzigar İmran oğlu Qasımov | |
![]() | |
Doğum tarixi | |
Doğum yeri | Gəncə, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (33 yaşında) |
Vəfat yeri | Gəncə, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Vətəndaşlığı |
![]() |
Uşağı | Aysel |
Milliyyəti | Azərbaycanlı |
Fəaliyyəti | Müxbir |
Bioqrafiya
Ruzigar Qasımov 31 dekabr 1956-cı il tarixində Gəncədə anadan olmuşdur. Gəncə gil-torpaq kombinatında çıxan «Əməkçi» çoxtirajlı qəzetində müxbir işləmişdir.
Şəhid olması
Ruzigar 19 dekabr 1989-ci il tarixində 12 nəfərlə birlikdə Nüvədiyə yola düşmüşdü. 11 yanvar 1990-cı il tarixində Nüvədidən Gəncəyə qayıtmışdılar. Həmin gün axşam saat 10-da Ruzigarın dostu Bəxtiyar Çaykənddən Gəncəyə gəlmişdir. Xəbər verib ki, orada vəziyyət pisdir, dinc əhalini erməni quldurlarından qorumaq lazımdır. Ruzigar Abbasqulunu da götürüb onlar Nüvədidə bir yerdə olublar bir dəstə keşikçi dəstəsi ilə Çaykəndə gedir. Səhər saat 5-dən 9-a kimi atışma olmuşdur. Ruzigar bu atışmada şəhid olmuşdur. Gəncədəki Səbiskar qəbiristanlığında dəfn edilmişdir.
Şəxsi həyatı
Aysel adında bir qızı var idi.
Həmçinin bax
İstinadlar
- Qulu Kəngərli. 20 Yanvar şəhidləri (PDF). Bakı: Gənclik. 1992. 312 səh. ISBN 4702060204. 2015-07-17 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-01-18.