Rutul dili

Rutul dili (rutulca: мыхIабишды чIел – mıx'abişdı ç'el) — AzərbaycandaDağıstanda danışılan ləzgi dillərindən biri. Azərbaycanda əsasən ŞəkiQax rayonlarında, Dağıstanda isə Rutul rayonunda yerləşən rutul kəndlərində işlənilir. Danışanların sayı 40 min nəfərə yaxındır.

Rutul dili
Orijinal adı мыхаӀбишды чӀел
Ölkələr
Danışanların ümumi sayı
  • 47.400 nəf. (2010)[3]
Təsnifatı
Qafqaz dilləri
Nax-Dağıstan dilləri
Dağıstan dilləri
Ləzgi dilləri
Samur
Rutul dili
Yazı kiril əlifbası
Dil kodları
ISO 639-1
ISO 639-2
ISO 639-3 rut
Dilin strukturlarının dünya atlası rut
Atlas of the World’s Languages in Danger 1036
Ethnologue rut
ELCat 3046
IETF rut
Glottolog rutu1240
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rutul dili Dağıstanın rəsmi dillərindən biri sayılır. Bu dildə yazı 1990-cı ildə yaransa da, ədəbi dil hələ də inkişaf mərhələsindədir. Dağıstanda orta məktəblərdə öyrənilir, həm pedaqoji texnikumlarda, həm də ali məktəblərdə ixtisas kimi tədris olunur. Rutul dilində "Rutul xəbərləri" qəzeti nəşr olunur, gündəlik 30 dəqiqəlik radio verilişi və aylıq televiziya verilişi yayımlanır.

Rutul dilinin 5 ləhcəsi vardır: ədəbi dilinin bünövrəsi olan Muxad, həmçinin Şinaz, Müxrək, İxrək və Borç-Xnov. Son iki ləhcə saxur dilinə yaxın olan cənub-qərb qrupuna daxildir, qalanları isə buduqqrız dilinə oxşar şərq qrupuna. Azərbaycanda danışılan ləhcələr üzrə ciddi tədqiqat aparılmayıb.

Yazılı

Müasir Rutul əlifbası:

А а АӀ аӀ Б б В в Г г Гъ гъ Гь гь ГӀ гӀ Д д Е е Ё ё
Дж дж Ж ж Дз дз З з И и Й й К к Къ къ Кь кь КӀ кӀ Л л
М м Н н О о П п ПӀ пӀ Р р С с Т т ТӀ тӀ У у Уь уь
УӀ уӀ Ф ф Х х Хъ хъ Хь хь Ц ц ЦӀ цӀ Ч ч ЧӀ чӀ Ш ш Щ щ
Ъ ъ Ы ы ЫӀ ыӀ Ь ь Э э Ю ю Я я

2013-cü ildə Azərbaycan rutulları üçün latın qrafikalı əlifba işlənib hazırlanmışdır. Kiril və latın əlifbalarının uyğunluğu cədvəldə göstərilir.[4]

BFƏKirilLatınBFƏKirilLatın
ɑA aA aoО оO o
ɑˤАӀ аӀAӀ aӀpП пP p
æАь аьƏ əp'ПӀ пӀP' p'
bБ бB brР рR r
ʋВ вV vsС сS s
gГ гG gtТ тT t
hГь гьH ht'ТӀ тӀT' t'
ʁГъ гъĞ ğuУ уU u
ɣГӀ гӀGh ghyУь уьÜ ü
dД дD dУӀ уӀUӀ uӀ
d͡ʒДж джC cfФ фF f
eЕ еE eχХ хX x
ʒЖ жJ jxХь хьXh xh
zЗ зZ zqХъ хъQh qh
iИ иİ it͡sЦ цTs ts
jЙ йY yt͡s'ЦӀ цӀTs' ts'
kК кK kt͡ʃЧ чÇ ç
q'Кь кьQ' q't͡ʃ'ЧӀ чӀÇ' ç'
ɢКъ къQ qʃШ шŞ ş
k'КӀ кӀK' k'ʔЪ ъ'
lЛ лL lɨЫ ыI ı
mМ мM mɨˤЫӀ ыӀIӀ ıӀ
nН нN n

Həmçinin bax

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.