Rut Benedikt
Rut Benedikt (ing. Ruth Benedict; 5 iyun 1887[1][2][…], Nyu-York, Nyu-York ştatı[3] – 17 sentyabr 1948[4][2][…], Nyu-York, Nyu-York ştatı) – ABŞ antropoloqu, folklorşünası və şairəsi.
Rut Benedikt | |
---|---|
ing. Ruth Benedict | |
Doğum tarixi | 5 iyun 1887[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 17 sentyabr 1948[4][2][…] (61 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Partnyoru | |
Təhsili |
|
Fəaliyyəti | antropoloq |
Elmi dərəcəsi |
|
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Rut Benedikt 1909-cu ildə Vassar kollecindən məzun olduqdan sonra 1914-cü ildə evlənmiş və Nyu-York şəhərinə köçmüşdür.[6] 1919-cu ildə Sosial Tədqiqatlar üzrə Yeni Məktəbdə antropoloqlar Aleksandr Qoldenveyzer və Elsi Klüs Parsonsun tələbəsi olmuşdur.[6] 1921-ci ildə Kolumbiya Universitetinə daxil olaraq Frans Boasdan dərslər almış, 1923-cü ildə fəlsəfə doktoru dərəcəsi almışdır.[6]
O, dilçi Eduard Sepir və Marqaret Middən təsirlənmişdir.[6] 1920-ci illərdə Anna Sinqlton adı ilə şeirlər yazmışdır.[6] Kolumbiya Universitetində Boasla işləmiş, 1923-cü ildə mühazirəçi, 1948-ci ildə professor olmuşdur.[6] O, 1930 və 1940-ci illərdə Nyu-York şəhərini antropologiya tədqiqatlarının mərkəzinə çevirmişdir.[6]
Benedikt Amerika hinduları arasında bir sıra sahə tədqiqatları aparmışdır.[6] Xüsusilə, ABŞ-nin cənub-qərbində zunilərin fərdi şəxsiyyəti ilə mədəniyyəti arasındakı əlaqəni öyrənmişdir.[6] İkinci dünya müharibəsindən sonra Kolumbiya Universitetində Müasir Mədəniyyətlərdə Tədqiqat adlı layihəni idarə etmişdir.[6]
Əsərləri
- "Patterns of Culture" (1934, "Mədəniyyətin qəlibləri")
- "The Chrysanthemum and the Sword: Patterns of Japanese Culture" (1946, "Xrizantema və qılınc: Yapon mədəniyyətinin qəlibləri")
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Ruth Benedict // Encyclopædia Britannica (ing.).
- Blain V., Grundy I., Clements P. The Feminist Companion to Literature in English (ing.): Women Writers from the Middle Ages to the Present. 1990. P. 80.
- Ogilvie M. B. The Biographical Dictionary of Women in Science (ing.): Pioneering Lives From Ancient Times to the Mid-20th Century. Routledge, 2003. Vol. 1. P. 113. 798 p. ISBN 978-1-135-96342-2
- Cole S. Ruth Landes a life in anthropology (ing.). UNP, 2003. ISBN 978-0-8032-2245-8
- The Encyclopedia of New York City
Ədəbiyyat
- Kenneth, Jackson. The Encyclopedia of New York City (II). Nyu-York: Yale University Press. 2010. 116. ISBN 978-0300114652. İstifadə tarixi: 14 sentyabr 2022.