Rustov (kənd)

RustovAzərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycanın Quba rayonunda Böyük Qafqaz dağlarının ətəklərində yerləşən gözəl bir qəsəbədir. Qəsəbədə bir çox tarixi abidələr vardır.

Rustov
41°15′03″ şm. e. 48°34′50″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Quba rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 571 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 9.061 nəf. (2009)[1]
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ4000
Rustov xəritədə
Rustov
Rustov

Tarixi

Qədim tarixə malikdir. Qəsəbədə olan tarixi abidələr və tapıntılar bunu sübut edir. 1587 də Osmanlı İmperiyası tərkibində Cənubi Qafqazda Dərbənd əyalətinin Rustov sancağı olmuşdur.[2]

Toponimikası

Rustov oyk., sadə. Quba r-nunun eyniadlı i.ə.v.-də kənd. Rustov çökəkliyindədir. Yerli tələffüz forması Rustadır. 1728-ci ilə aid xəritədə Rəstab kimi qeydə alınmışdır. Oykonimin İran dillərindəki rusta (kənd, qəsəbə) sözündən olması güman edilir. Erkən orta əsrlərdə hökmdara məxsus torpaqlara rustak deyilirdi. Rustak eyni zamanda XIII-XIV əsrlərdə İranda inzibati bölgü vahidi olmuşdur. XVI əsrə aid mənbələrdə Şirvanın səkkiz mahalından biri olan Rustovun 30 kənddən və 675 evdən ibarət olması haqqında məlu¬mat verilir.[3]

Mədəniyyəti

  • Böyük mədəniyyətə sahib olan bu qəsəbə Quba-Qafqaz xalçaçılığının inkişafında mühüm rol oynayır. Rustovda XIV əsrə aid məscid yerləşir.

Coğrafiyası və iqlimi

Əhalisi

Əhalisinin çox hissəsini tatlar təşkil edir.Rustov qəsəbəsi tərkibində 12(oniki) kənd var ki onların əhalisi irandilli qurupa aiddir. Rustov qəsəbəsində 6 (altı) min Tat əhali yaşamaqdadır.Tat xalqının ən əski yaşayış yerlərindən olub. Rustov tat dillində (rusta) ( rustai) yəni :kənd və ya kəndli mənası verir. Tatların öz milli Tat dilləri var. 2009-cu ilin siyahıyaalınmasına görə əsasən kəndə 946 nəfər əhali yaşayır.[4]

Tanınmışları

İqtisadiyyatı

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. https://web.archive.org/web/20190402145609/https://www.stat.gov.az/source/regions/az/007_3.xls.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.