Ruslan Allahverdiyev

Ruslan Allahverdiyev (tam adı: Ruslan Kamal oğlu Allahverdiyev; 10 aprel 1967, Müsüslü, Ucar rayonu, Azərbaycan SSR, SSRİ20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.[1]

Ruslan Allahverdiyev
Ruslan Kamal oğlu Allahverdiyev
Doğum tarixi 10 aprel 1967(1967-04-10)
Doğum yeri
Vəfat tarixi 20 yanvar 1990(1990-01-20) (22 yaşında)
Vəfat yeri
Dəfn yeri Xırdalan qəbiristanlığı
Atası Kamal
Anası Rakul
Milliyyəti azərbaycanlı
Fəaliyyəti Fəhlə

Həyatı

1967-ci il aprelin 10-da Ucar rayonunun Musüslü kəndində anadan olmuşdur. Bakı şampan zavodunda fəhlə işləmişdir.[2]

Subay idi.

Qanlı Yanvar faciəsi

Yanvarın 19-u axşam Salyan qazarmasının yanında olmuşdur. Əvvəlcə iki güllə yarası almış, sonra isə üstündən tank keçmişdir. Atası onun meyidini Salyan qazarmasının yanından tapmışdır.

Xırdalan qəbiristanlığında dəfn edilmişdir.

Ünvan

Abşeron rayonu, Sulu təpə qəsəbəsi, E. Telman küçəsi, 25.

Xatirəsi

Yaşadığı Sulu təpə qəsəbəsindəki E. Telman küçəsinin adı dəyişdirilərək Ruslan Allahverdiyev küçəsi edilmişdir.

Həmçinin bax

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.