Ruslan Əliyev (əsgər)
Ruslan Aslan oğlu Əliyev (8 aprel 2000, Ərçivan, Astara rayonu – 29 sentyabr 2020, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Ruslan Əliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 8 aprel 2000(2000-04-08) |
Doğum yeri | |
Vəfat tarixi | 29 sentyabr 2020(2020-09-29) (20 yaşında) |
Vəfat yeri | Talış, Ağdərə rayonu, Azərbaycan |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti |
![]() |
Qoşun növü |
![]() |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər | |
Təltifləri |
![]() |
Həyatı
Ruslan Əliyev 2000-ci il aprelin 8-də Astara rayonunun Ərçivan qəsəbəsində doğulub. Ərçivan qəsəbəsi 4 saylı tam orta məktəbdə oxuyub. Ruslan yeniyetmə və gənc yaşlarında Astara Boks mərkəzində boksla məşğul olub, təlim məşqlərində, rayon və respublika yarışlarında müntəzəm iştirak edib, uğurlar qazanıb. Boks üzrə Azərbaycan birinciliyinin ikiqat gümüş və bürünc medalçısı, Azərbaycan yığma komandasının üzvü olub. 2018-ci ildə Goranboy, Mingəçevir, Tərtər bölgələrində hərbi xidmətdə olub. 2020-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra "MAXE" kimi çalışmağa başlayır.
Hərbi xidməti
Azərbaycan Ordusunun əsgəri olan Ruslan Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğal altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Ruslan Ağdərə istiqamətində ermənilərin çoxlu texnika və canlı qüvvəsini məhv etmişdir. Ruslan 29 sentyabr 2020-ci ildə Ağdərə rayonunun Talış kəndi uğrunda gedən döyüşlərdə həlak olur. Onun nəşi doğulub boya başa çatdığı Astara rayonunun Ərçivan qəsəbəsində dəfn edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "MAHHXHQ əsgər" Əliyev Ruslan Aslan oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Təltifləri
(15.12.2020) - "Vətən uğrunda" medalı (ölümündən sonra)[2]
İstinadlar
- Cenublu.az. "Bu gün şəhid Ruslan Əliyevin mövlud günüdür" (az.). Cenublu.az. 08.04.2023. 2023-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyun 2023.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.