Russki adası (Krasnoyarsk diyarı)

Ruskiy adasıNordenşeld arxipelaqına daxil olan ada. Şimal Buzlu okeanın Kara dənizi suları ilə əhətələnmişdir. İnzibsti cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir.

Ruskiy adası
rus. Остров Русский
Ümumi məlumatlar
Sahəsi 309 km²
Uzunluğu
  • 14 km
Eni 39 km
Hündür nöqtəsi 38 m
Əhalisi 0 nəfər (2015-ci il)
Yerləşməsi
77°02′24″ şm. e. 95°58′05″ ş. u.
Ölkə  Rusiya
Vilayət
Arxipelaq
Akvatoriya
Ruskiy adası xəritədə
Ruskiy adası
Ruskiy adası

Coğrafiyası

Arxipelaqın ən iri və ən şimalda yerləşən adasıdır. Ruskiy adasının sahəsi 309 km² təşkil edir[1]. Ada şimal-qərbdən cənub-qərbə uzadılmış formadadır. Qərbində yerləşın Ruskiy Zapodnıy burnu ilə şərqindəki Ruskiy Severnıy burunları arasında məsafə 38 kilometr təşkil edir. Eni isə cəmi 13 km-dir. Ada maksimal hündürlüyü 30 metr olan təpəliklərdən ibarətdir. Şimal sahili sıldırımlıdır. Burada hündürlük 4-8 metr arasında dəyişir. Cənub-qərb və cənubu isə güçlü şəkildə yuyulmuşdur. Nəticədə Bunqe yarımadası meydana gəlmişdir. Yarımada səyahətçi, zooloq Aleksandr Aleksandroviç Bunqenin şərəfinə adlandırılmışdır. Burada ensiz buxta və dillər vardır:Bolşaya buxta — ən böyüyü olaraq, 10 km uzunluğa və 4 km enə malikdir, Opasnaya buxtası, Melkaya buxtasıQusinaya laqunu.

Ada ərazidində çoxlu sayda axarlar vardır. Onlar arasında ən iriləri: Medvejıy axarı (7,5 km), Melkiy axarı (5 km) güçlü şəkildə bataqlıqlaşmışdır, Olenıy (8 km) və Qusinıy axarı (5 kilometrə yaxın). Ada boyunca xırda duzlu göllərə rast gəlmək olur.

Adanın bitki örtüyünə nəzər salsaq əsasən tundradır. 1993-cü ildə adada olmuş A. N. Seversov adına ekologiya və təkamül problemləri üzrə İnstitutun əməkdaşları adada Qara brantaAğ qağayı [1] ları koloniyalarını aşkarlamışdır.

1935 - 1999-cu illər ərzində adanın Ruskiy Severnıy burnunda Ruskiy adası üütb stansiyası fəaliyyət göstərmişdir[2] Stansoya bağlandıqdan sonra burada yaşayış yoxdur.

Yaxınlığında yerləşən adalar

Şileyko adası — elə də böyük olmayan ada, Bunqe yarımadasından 500 metr aralıda qərarlaşır. Eduard Vasileviç Tollun həmkarıEvgeniy Nikolaeviç Şileykonun şərəfinə adlandırılmışdır.

Malışka adası — Ruskiy adasından 600 metr aealıda qərarlaşır. Uzunluğu 100 netrdir.

Litke adaları

Hidroqraf adası — 4 kilometr uzunluğa malik olan ada, Ruskiy adasından 500 metr aralıda qırarlaşır.

Torosnıy adası — Ostrıy burnundan 4,5 kilometr cənubda qərarlaşır. Əsasən qayalıqlardan ibarətdir və qranitdən təşkil olunmuşdur. Uzunluğu 4,3 km, hündürlüyüisə 42 metrdir.

Yermolov adası — iri ada olaraq Bunqe yarımadasından 4,7 kmcənubda qəralaşır. Ada 13,4 km uzunluğa və 5 km enə malikdir. 1901-ci ildə Eduard Toll tərəfindən Aleksey Sergeyeviç Yermolovun şərəfinə adlandırılmışdır. O, Peterburq Elmlər akademiyasının üzvü, aqronomiya sahəsinin alimi olmuşdur[3] Adsız adalar — Plavnikov burnu yaxınlığında iki ada.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.