Rusiya mətbəxi

Tarixi

Qədimdə rus mətbəxinin əsasını müxtəlif suplar, sıyıqlar, xəmir məmulatları təşkil edirdi. XVIII əsrdə Fransadan dəvət olunan aşpazlar rus mətbəxinə sosiska, omlet, kotlet, kompot gətirdilər. Ukraynadan Rusiya mətbəxinə donuzdana əti bulyonunda hazırlanmış borş daxil olur və bu günə kimi əsas yeməklərdən biri sayılır. Kartofun hələ geniş yayılmadığı dövrlərdə əsas qarnir şalğam (turp) sayılırdı. Tərkibinə xamakəsmik əlavə olunan yeməklər rus mətbəxinin əsas atributlarındandır. Xaricdə rus mətbəxi, əsasən blinləri, kürüsü və pelmenləri ilə tanınır. Balıqdan müxtəlif yeməklər hazırlanır. Ən nəfis balıq çökə hesab olunur. Balıq suda bişirilib dəfnə yarpağı əlavə olunaraq uxa adlanan sup halında, qızardılmış, sobada bişirilmiş, içinə göbələk və müxtəlif yarmalar doldurulmuş halda süfrəyə verilir. Həmçinin qurudulmuş, hisə verilmiş, duza qoyulmuş müxtəlif balıq növləri də əsas menyuya daxildir. Balıq kürüsünü həm çiy, həm də bişirilmiş şəkildə yeyirlər. Rus mətbəxinin milli desertinə bişmiş alma və başqa bişirilmiş meyvələr daxildir. Bundan başqa, şirin un məmulatlarından qalac (kömbə) və pryanik məşhurdur.[1]

İstinadlar

  1. "Moskva – dünyanın ən bahalı şəhərlərindən biri". 2010-10-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-12-12.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.