Rusiya konstitusiyası

Müasir Rusiya Federasiyası Konstitusiyası (Конституция Российской Федерации, Konstitutsiya Rossiyskoy Federatsii; ru), 12 dekabr 1993-cü ildə həyata keçirilmiş olan referendum ilə qəbul edilmişdir. Rusiya Konstitusiyası dərc edilmiş olduğu 25 dekabr 1993-cü ildə qanuni qüvvəyə minmişdir və Sovet Respublikası Sistemini sıradan çıxarmışdır. Müasir Rusiya Konstitusiyası 1936-cı il SSRİ Konstitusiyasından sonrakı ən uzun müddətli konstitusiyadır.

Rusiya Konstitusiya Komissiyası 1993-cü ildəki Konstitusiya Konfransında 800-dən artıq şəxs ilə iştirak etmişdir. Sergei Alexeyev, Sergey Shakhray və bəzən Anatoly Sobchakın konstitusiyanı birgə hazırladıqları qeyd edilir. Konstitusiya mətninə Mixail Speranskinin konstitusiya layihəsi ilə müasir Fransanın Konstitusiyası ilham vermişdir.

12 dekabr 1993-cü ildə bir konstitusiya referendumu həyata keçirildi. Qeydə alınmış seçicilərin 54,8 %-ini təşkil edən 58.187.755 nəfər şəxs seçkilərdə iştirak etmişdir. Bunların 32.937.630 nəfəri, yəni 54,5 %-i konstitusiyanın qanuni qüvvəyə minməsinə səs vermişdir. Yeni konstitusiya SSRİ tərkibindəki Rusiya Sovet Federativ Sosialist Respublikasına məxsus 1978-ci il konstitusiyasını qanuni qüvvədən saldı.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.