Rus döyüş gəmisi, sikdir get
Rus döyüş gəmisi, sikdir get[lower-alpha 1] (rus. Русский военный корабль, иди нахуй, Russki voyenni korabl, idi naxuy) — 2022-ci il fevralın 24-də rus qoşunlarının Ukraynanın İlan adasına hücumundan əvvəl adadakı sərhəd mühafizəçilərinin son sözləri.[4][5] Özünü döyüş gəmisi kimi təqdim edən rus kreyseri Ukrayna sərhəd mühafizəçilərini təslim olmağa çağırdıqdan sonra aldıqları cavab belə olmuşdur. Adadakı on üç sərhədçi təslim olmaqdan imtina etdikdən sonra, rus əsgərləri 42 hektarlıq adayı əvvəlcə döyüş gəmiləri, daha sonra isə hərbi təyyarələri ilə bombalamışdırlar.[6]
Səs yazısı internetdə ajertaj yaratmış və müxtəlif sosial media platformalarında çox sürətlə yayılmış və o vaxtdan bu ifadə həm Ukrayna hərbçiləri, həm də işğala etiraz edən mülki şəxslər tərəfindən mitinqlərdə istifadə edilən şüarlardan birinə çevrilmişdir. Ukrayna prezidenti Vladimir Zelenski İlan adasındakı əsgərlərə ölümlərindən sonra Ukraynanın ən yüksək milli titulu olan Ukrayna Qəhrəmanı adını verəcəyini açıqlamışdır[7].
28 fevral 2022-ci ildə Ukrayna Hərbi Dəniz Qüvvələri öz Facebook səhifəsində adanın bütün sərhədçilərinin sağ olduqlarını və Rusiya Hərbi Dəniz Qüvvələri tərəfindən saxlanıldığını bildirmişdir[8].
Qeydlər
- Azərbaycan dilinə digər tərcümələrdə Rus döyüş gəmisi, rədd ol, get,[1] Rus gəmisi buradan rədd ol[2] və ya Rus gəmisi, get rədd ol![3]
İstinadlar
- "Öldüyü deyilən 13 ukraynalı əsgərdən xəbər var - İlan adasının qəhrəmanları". Teleqraf.com. 1 mar 2022. 29 June 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 June 2023.
- "Ruslar adanı mühasirəyə alıb 13 hərbçini təslim olmağa çağırdı: Ukraynalılar ölməyi seçdi - "Rədd olun buradan" /". Metbuat.az. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-29.
- Memmedov, Asif. "RUSLARIN ƏLƏ KEÇİRDİYİ "İLAN ADASI"NDA UKRAYNA BAYRAĞI- VİDEO". tezadlar.az. 7 iyl 2022. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-29.
- "Russia says its Moskva warship has sunk, hours after Ukraine said it hit the ship with a missile strike". CBS News. April 14, 2022. October 17, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 17, 2022.
- Dan Lamothe, Claire Parker, Andrew Jeong, Reis Thebault, Maite Fernández Simon: Russia says flagship missile cruiser has sunk after explosion off coast of Ukraine Arxivləşdirilib 2022-04-14 at the Wayback Machine, Washington Post, April 14, 2022, retrieved 14 April 2022
- Michael, Chris. "Ukraine reveals 'Russian warship, go fuck yourself' postage stamp". The Guardian. 12 March 2022. 12 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 March 2022.
- Clapp, Alexander. "Fighters with Ukraine's foreign legion are being asked to sign indefinite contracts. Some have refused". The Economist. 11 March 2022. 12 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 March 2022.
- "Герои мема "Русский военный корабль, иди на..." с острова Змеиный живы, но взяты в плен". BBC News Russian (rus). BBC World Service. 25 February 2022. 12 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 March 2022.