Rusiya Quru Qoşunları

Rusiya Quru Qoşunları (rusca: Сухопутные войска Российской Федерации) Rusiya Silahlı Qüvvələrinin tabeçiliyində olan hərbi birləşmədir. 1992-ci ildə Sovet Ordusunun parçalanmasından sonra yaranmışdır.

Rusiya Quru Qoşunları
Сухопутные войска Российской Федерации
Suhoputnye voyska Rossiyskoy Federatsii
Loqonun şəkli
Növü Ordu
Yaranma tarixi 1992 - günümüzə
Ölkə Rusiya Rusiya
Tabedir Rusiya Silahlı Qüvvələri
Daxildir Rusiya Silahlı Qüvvələri
Sayı 350,000 nəfər (2017)[1]
Qərargah Moskva, Rusiya
Müharibələr Dnestryanı müharibəsi
Çeçen-Rus müharibələri
Qarabağ müharibəsi
Rusiya-Gürcüstan müharibəsi
Suriya müharibəsi
Döyüşlər
Komandanlıq
Komandir General-polkovnik Oleq Salyukov
structure.mil.ru/structu…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Strukturu

Xidmət növünə görə Quru Qoşunlarına motoatıcı, tank, artilleriya və raket qoşunları, quru qoşunlarının hava hücumundan müdafiəsi, xüsusi birliklər (kəşfiyyat, siqnal, radioelektron mübarizə, mühəndis-istehkam, radiasiya, kimyəvi və bioloji hücumdan müdafiə, texniki təchizat və arxa cəbhənin müdafiəsi), hərbi birliklər və lojistik müəssisələr daxildir.[2]

Motoatıcı qoşunlar Quru Qoşunlarının əsas hissəsini təşkil edir. Onlar düşmənin quruda və havada yerləşən hədəflərini məhv etmək üçün bir çox silahla təchiz olunub. Hazırda Rusiya Quru Qoşunlarında 19 motoatıcı diviziya fəaliyyət göstərməkdədir.

Tank qoşunları isə Quru Qoşunlarının əsas təsir qüvvəsini təşkil edir. 2007-ci il məlumatına əsasən Rusiya Quru Qoşunlarında üç tank diviziyası fəaliyyət göstərir. Bunlar Moskva Hərbi Dairəsində dislokasiya olunmuş 4-cü və 10-cu, həmçinin Sibir ərazisində yerləşən 5-ci tank diviziyalarıdır. Sibir Hərbi Dairəsində dislokasiya olunmuş 2-ci və Uzaq Şərq Hərbi Dairəsində yerləşən 21-ci tank diviziyaları isə fəaliyyətini dayandırmışdır.

Raket və Artilleriya Qoşunları Rusiya Quru Qoşunlarının əsas atəş gücünü təşkil edir. Hazırda Quru Qoşunlarında altı artilleriya diviziyası fəaliyyət göstərir. Sibir Hərbi Dairəsində yerləşən 12-ci və Uzaq Şərq Hərbi Dairəsində yerləşən 15-ci artilleriya diviziyaları isə fəaliyyətini dayandırmışdır.[3]

Hava Hücumundan Müdafiə Qoşunları (HHM) düşmənin hava hücumu vasitələrinin qarşısının alınması üçün əsas vasitə hesab olunur. Yer-hava raketləri, HHM artilleriyası və radio-texniki birliklərdən təşkil olunmuşdur.[4]

Ordu Aviasiyası Quru Qoşunlarını havadan birbaşa atəş dəstəyi ilə təchiz etmək üçün əsas birlik hesab olunur və 2003-cü ildən bəri Rusiya Hərbi Hava Qüvvələrinin tabeçiliyi altında fəaliyyət göstərirdilər.[5] Lakin, 2015-ci ildə Ordu Aviasiyası 18 yeni aviasiya briqadası ilə birlikdə yenidən Quru Qoşunlarının tabeçiliyinə verilmişdir.[6] Dövlət Silahlanma Proqramı çərçivəsində Ordu Aviasiyasının əlavə 900 ədəd helikopterlə təchiz olunacağı gözənilir.[7]

Rusiya Quru Qoşunlarının struktur-sxemi (2007).
  Qərb Hərbi Dairəsi

  Cənub Hərbi Dairəsi

  Mərkəz Hərbi Dairəsi

  Şərq Hərbi Dairəsi
Hərbi Dairə Dislokasiya yeri
Qərb Hərbi Dairəsi (General-polkovnik Andrey Kartapolov) BQ Sankt-Peterburq
1-ci Tank Ordusu Odintsovo
6-cı Ordu Aqalotovo
20-ci Ordu Voronej
Cənub Hərbi Dairəsi (General-polkovnik Aleksandr Dvornikov) BQ Rostov-na-Don
8-ci Qvardiya Ordusu Novoçerkassk
49-cu Ordu Stavropol
58-ci Ordu Vladiqafqaz
Mərkəz Hərbi Dairəsi (General-polkovnik Vladimir Zarudnitski) BQ Yekaterinburq
2-ci Ordu Samara
41-ci Ordu Novosibirsk
Şərq Hərbi Dairəsi (General-polkovnik Sergey Surovikihn) BQ Xabarovsk
5-ci Ordu Ussuriysk
29-cu Ordu Çita
35-ci Ordu Beloqorsk (Amur vilayəti)
36-cı Ordu Ulan Ude

Rütbələr və nişanlar

General və zabitlər

NATO koduOF-10 OF-9 OF-8 OF-7 OF-6OF-5 OF-4 OF-3OF-2 OF-1OF (D)
Poqonlar
RütbələrМаршал
Marşal
Генерал армии
Ordu generalı
Генерал-полковник
General-polkovnik
Генерал-лейтенант
General-leytenant
Генерал-майор
General-mayor
Полковник
Polkovnik
Подполковник
Polkovnik-leytenant
Майор
Mayor
Капитан
Kapitan
Старший лейтенант
Baş leytenant
Лейтенант
Leytenant
Младший лейтенант
Kiçik leytenant
Курсант
Kursant

Gizirlər, çavuşlar, sıravilər

NATO kodu OR-9 OR-9 OR-8 OR-7 OR-6 OR-5 OR-4 OR-2
Poqonlar
Rütbələr Старший прапорщик
Baş gizir
Прапорщик
Gizir
Старшина
Kiçik gizir
Старший сержант
Baş çavuş
Сержант
Çavuş
Младший сержант
Kiçik çavuş
Ефрейтор
Baş əsgər
Рядовой
Əsgər

Həmçinin bax

İstinadlar

  1. "Arxivlənmiş surət" (PDF). 2017-07-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-08-24.
  2. Babakin, Alexander. "Approximate Composition and Structure of the Armed Forces After the Reforms". Nezavisimoye Voyennoye Obozreniye Independent Military Review (31). 26 avqust 2004.
  3. V. I. Feskov et al. 2004 is the source for the designations, while vad777's website is the source for their disbandment. See also Michael Holm, 12th Artillery Division Arxivləşdirilib 2015-05-19 at the Wayback Machine and http://www.ww2.dk/new/army/arty/15gvad.htm Arxivləşdirilib 2015-05-19 at the Wayback Machine
  4. Butowsky, p. 81
  5. Butowsky, p. 83
  6. Moscow Defense Brief #2, 2010 page 23
  7. Moscow Defense Brief #1, 2011 page 15

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.