Rusiya–Polşa müharibəsi (1654–1667)

Rusiya — Polşa müharibəsi (1654–1667) — Rusiyanın MallorosiyaBelarus uğrunda Polşa ilə müharibəsi.

Rusiya - Polşa müharibəsi (1654 - 1667)
Rusiya - Polşa müharibələri
Rusiya - Polşa müharibəsi (1654 - 1667)
Tarix 1654 - 1667
Yeri Malorossiya, Belarus
Nəticəsi Reç Pospolitanın şərq vilayətlərini itirməsi
Münaqişə tərəfləri

Rusiya imperiyası
Kazak Hetmanlığı(1654—1657; 1659—1660)

Reç Pospolita
Krım xanlığı(1654-1666)
Kazak Hetmanlığı(1660—1663)

Komandan(lar)

I Aleksey, Boqdan Xmelnitski, Aleksey Trubetskoy, Yakov Çerkasskiy, Vasili Şeremetev, Vasili Buturlin, Romodanovski

II Yan Kazimir, Stefan Çarnetski, xan IV Mehəmmed Gəray, Pavel Yan Sapeqa, Yanuş Radzivil, İvan Yevstafyeviç Vıqovski Yuri Xmelnitski

İtkilər

naməlum

naməlum

    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Müharibənin səbəbləri

    Moskvanın Polşa tərəfindən 1417-ci əsrlərdə tutulan və ortodoksal xristianların (pravoslav) yaşadığı torpaqlara iddiaları. 1648-ci ildə Polşa Mallorosiyadakı( Kiyev, Bratslav və Çerniqov vilayətləri, Zaporojya şırımları) üsyandan sonra Polşa faktiki olaraq bu əraziyə nəzarətini itirdi.

    Moskvanın müharibəyə hazırlığı

    Rus hərbi xidmətinə xarici muzdluların qəbuluna icazə verildi. 1653-cü ildə Niderlandda 20 000 tüfəng və 30 000 pud barıt alındı, 20 zabit muzda götürüldü. İsveçdə həmin il daha 20 000 tüfəng alındı. Sürətlə avropalı tipində ordu yaradılmağa başlandı. Generallar de Lorian, de Spempe, Kilseki, Dalyel rus çarı Aleksey Mixayloviçin hərbi məsləhətçiləri oldular.

    Polyak və rus ordularının vəziyyəti

    Rus qoşunları kimi polyak qoşunları özündə iki sistemi birləşdirirdi – müxtəlif növ feodal çərik və qoşunlara əsaslanan yerli və, daimi nizami strukturu olan avropalı. Hər iki orduda xeyli sayda avropalı muzdlular, eləcə də çoxsaylı atlı kazak və tatar dəstələri vardı. Hərbi birləşmələrdə avropalı nümunəyə görə təşkilatlanma taktikası ümumavropa standartlarına cavab verirdi. Şəhərlərin və qalaların mühasirələrinin təşkili də dövrün tələblərinə uyğun idi: blokqauzşantslar tikilirdi, lağımlar və mühasirə toplarından, o cümlədən mortiralardan istifadə olunurdu. Qoşunların hərəkəti vaxtı vaqenburqlardan istifadə olunurdu.

    Müharibəyə bəhanə

    Malorosiyalı və ortodoks şlyaxtanın Malorossiyanın Moskvaya birləşdirilməsi xahişinə cavabın gecikdirilməsinə cavab olaraq 1651-ci ildə Zaporojye qoşununun getmanı Boqdan Mixayloviç Xmelnitski Osmanlı sultanı IV Mehmedə Malorossiyanı və Zaporojyanı öz vassallığına qəbul etməyi xahiş etdi. O həmin ilin iyulunda razılığını verdi və onları öz vassalı elan etdi. Rus hökuməti buna imkan vermək istəmirdi, buna görə 1653-cü ilin 1 oktyabrında Moskvada yığışan Zemski sobor Malorossiyanın himayə haqqında xahişinə müsbət cavab vermək qərarı verildi. 23 oktyabr 1653-ci ildə I Aleksey Polşa kralı II Yan Kazimir Vazeyə müharibə elan etdi. 8 yanvar 1654-ci ildə Pereyaslavlda Zaporojye, Kiyev, Bratslav, Çerniqov voyevodalığını və beş kazak alayı Moskvanın himayəsinə keçdilər. 27 fevral 1654-ci ildə Moskvadan çıxan səhra ordusu Polşa sərhədində cəmləşməyə başladı.

    Moskvanın məqsədi

    Ortodoks xristianların yaşadığı Reç Pospolitanın şərq ərazilərinin birləşdirilməsi, cənub-şərqi Baltikyanıda vacib strateji məntəqələrin nəzarətə götürülməsi.

    Tərəflərin ordu komandanlıqları

    II Yan Kazimir

    Hərbi əməliyyatlar ərazisi

    Reç Pospolita – qərb( DneprNeman çaylarının yuxarı axarı hövzəsi), şimal-qərb (Qərbi Dvina çayının yuxarı axarı hövzəsi) və cənub-qərb(Malorossiya) döyüş meydanı.

    Malorrossiya istiqamətinin xüsusiyətləri

    Malorossiyadakı əməliyatların özəlliyi ondan ibarət idi ki onlar ruslarla polyaklar arasında yerli vətəndaş müharibəsi fonunda davam edirdi. Bu müharibədə malorossiyalı şlyaxtanın bir hissəsi ya Moskvanın ya da Reç Pospolitanın, sona yaxın isə Türkiyənin tərəfində çıxış edirdilər. Krım xanı Polşanın müttəfiqi idi.

    Mərhələləri

    1654-cü il kampaniyasında bütün istiqamətlərdə moskvalı qoşunlar və malorosiyalı kazaklar hucum əməliyatları aparırdı. 1655-ci ildə Moskva-Malorossiya qoşunları Polşa-Krım qoşunlarına qarşı cənub-qərbdə müdafiə əməliyatları aparırdı. Qərb və şimal-qərb istiqamətlərdə Moskvanın uğurlu hucumu davam edirdi. 1655-ci ilin iyulunda Polşa ilə müharibəyə başlayan İsveç Moskvaya hərbi ittifaq təklif etdi. Lakin çar I Aleksey isveçlilərin Zaporojye kazakları ilə gizli danışıqlarından qıcıqlanaraq, nəinki bu ittifaqdan imtina etdi, həm də kəskin surətdə Moskva –İsveç münasibətlərinin pozulmasına rəvac verdi ki bu da 17 may 1656-ci ildə Rusiya-İsveç müharibəsi(1656-1658)nin başlamasına gətirdi.

    1656 – 1658-ci illər atəşkəsi

    1656-cı il atəşkəsi ərəfəsindəki vəziyət

    1656-ci ilin iyulunda Polşaya qarşı rusların hərbi əməliyatları dayandırırldı. Vilno şəhərində sülh danışıqları başladı. 27 iyul 1657-ci ildə Boqadan Xmelnitski öldü, həmin ilin 26 avqustunda, Boqdan Xmelnitskinin dövründə başlayan Zaporojye və Malorossiya şlyaxtasının bir hissəsinin Polşaya doğru yönlənməsi siyasətini davam etdirən İvan Vıqovski getman seçildi. Malorossiyada vətəndaş müharibəsi başladı. 6 sentyabr 1658-ci ildə Vıqovski Qadyaçe şəhərində, Malorossiyanın Polşanın vassalı olması barədə polyaklarla sülh müqaviləsi imzaladı. Moskvaya qarşı hərbi əməliyatlar bərpa edildi.

    Döyüş əməliyyatları

    • 1658-ci il kampaniyası

    Rus ordusunun uğurla polyak-Zaporojya qoşunlarına müqavimət göstərdiyi qərb istiqamətində davam edirdi.

    • 1659-ci il kampaniyası

    Əsasən cənub-qərb istiqamətində davam edirdi. Burada Krım-Polşa qoşunları və onların malorossiyalı müttəfiqləri rus ordusunu və onun malorossiyalı müttəfiqlərini köhnə rus-polyak sərhədinin arxasına sıxışdıra bildilər. Lakin Malorossiyada getman İvan Vıqovskiye qarşı başlayan üsyan rus qoşunlarına itirilmiş mövqelərini qaytarmaq imkanı verdi. 17 oktyabrda Yuri Xmelnitski yeni getman seçildi.

    • 1660-ci il kampaniyası

    Rsu qoşunlarının qərb istiqamətində hcumu ilə başladı, sonra bu ilin sonuna dayandırılan polyak əks-hucumu ilə əvəzləndi. 8oktyabrda getman Yuriy Xmelnitski polyakların tərəfinə keçdi. Pereyaslavl Radasının tərəfdarları ilə əleyhdarları arasındakı bölünmə 1660-cı ildə Malorossiyanın soltaylı(Moskva) və sağtaylı(Reç Pospolita) bölünməsinə gətirdi.

    • 1661-ci il kampaniyasında döyüş əməliyatları şimal-qərb və cənub –qərb istiqamətlərində uğursuz davam edirdi.
    • 1662-ci il kampaniyası

    Polyak qoşunlarının qərb istiqaməintdə uğurlu hucumu və Krım tatarlarının və onların malorossiyalı müttəfiqlərinin cənub-qərb istiqamətində uğursuz hucumu ilə qeyd olundu. Getman Yuri Xmelnitski məğlubiyətdən sonra qaçdı, və onun titulunu,Polşanın Malorrossiya müttəfiqlərinin sağtaylı kazak qoşunların yeni getmanı olan polkovnik Pavel Teterya özbaşına mənimsədi.

    • 1663-cü il döyüş əməliyatları polyak-krımlı və onların malorossiyalı müttəfiqlərinin rus qoşunlarına və onun malorossiyalı müttəfiqlərinə qarşı hucum əməliyatları aparan cənub-qərb istiqamətində davam edirdi. Hucum keçmiş rus-polyak sərhədində dayandırılıdı. Soltaylı getman titulunu Zaporojye qoşununun koşevoyu İvan Brüxovetski qəbul etdi.
    • 1664-cü il kampaniyası rusların və soltaylı kazakların cənub-qərb istiqamətində uğurlu hucumu ilə qeyd olundu.
    • 1665-ci il kapmaniyası böyu rus ordusu və müttəfiqləri cənub-qərn istiqamətində uğurla hərəkət edirdilər. Şimal-q

    Qərb istiqamətində ancaq yerli əhəmiyətli döyüşlər gedirdi.

    Rusiya-Polşa müharibəsinin sonu

    26 aprel 1666-ci ildə Mstislav uyezdinin Andrusovo kəndində Polşa ilə Rusiya arasında sülh danışıqları başladı. 20 yanvar 1667-ci ildə burada atəşkəs imzalandı. Bu sülhə görə Rusiyaya Smolensk eləcə də 1605 – 1618-ci il müharibəsində itirdiyi bütün qalan torpaqlar(Doroqobuj, Belya, Nevel, Krasnıy Velij, Çerniqovla və Starodubla birlikdə Seversk torpağı) qaytarılırdı. Polşa Malorossiyanın sol tayını Rusiyanınkı tanıdı. Müqaviləyə görə, Kiyev müvəqqəti olaraq Rusiyaya keçirdi. Zaporojye şırımı Rusiya ilə Polşanın birgə idarəsinə keçirdi.

    Mənbə

    • Голицын Н.С. Русская военная история. СПб., 1878. Ч. II. С. 594 – 615; 632 – 651.
    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.