Rusiya-Osmanlı müharibəsi (1787-1792)

1787–1791-ci illər Osmanlı-Rus müharibəsi (Hicri təqviminə görə 1293-cü ilə uyğun olduğu üçün Osmanlı tarixində "93 Harbi" adlanır) — Rusiya imperiyasının AvstriyaOsmanlı İmperiyası ilə apardığı müharibə.

Rusiya-Osmanlı müharibəsi
Yeri
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Krımın Rusiyaya qatılması 1787-ci ildə Osmanlı ilə Rusiya arasında yeni müharibəyə səbəb oldu. Avstriya Reç Pospolitanın birinci bölüşdürülməsinə razı olduğu üçün Rusiyanın müttəfiqinə çevrilmişdi.

    Osmanlı dövləti Prussiya, Hollandiyaİngiltərə tərəfindən müdafiə olunacağına, İsveçPolşanın da Rusiyaya müharibə edəcəyinə ümid bəsləyirdi, lakin bu ümid doğrulmadı. Fransa və başqa Avropa dövlətlərinin təhriki ilə 1787-ci ildə Osmanlı Rusiyaya yeddi tələbdən ibarət ultimatum göndərdi. Cavab almayan Osmanlı dövləti 1787-ci ilin avqustunda müharibə elan etdi. Osmanlıların Kinburn qalasına hücumu ilə başlayan müharibə Osmanlı üçün uğursuz oldu. Aleksandr Suvorovun ordusu nəinki qalanı müdafiə etdi, üstəlik Oçaqovo qalasını ələ keçirdi. 1789-cu ildə Avstriya da Osmanlıya müharibə elan etdi. Avstriya qoşunları Banat vuruşmasında darmadağın edilsə də, ruslar Fokşan və Rımnik döyüşlərində rusların köməyi ilə türkləri məğlub etdilər. Belqradı ələ keçirən Avstriya Osmanlı ilə sülh bağlayaraq müharibədən çıxdı. Müharibəni davam etdirən Rusiya isə Suvorovun komandanlığı altında 1790-cı ildə İsmayıl qalasını ələ keçirdi.

    Bü döyüşdə Kutuzov yaralandı və bir gözünü itirdi. Avstriyanın müharibədən çıxdığını görən Rusiya İsveçlə, sona isə Qərb dövlətlərinin təzyiqi ilə 1791-ci ildə Yassıda Osmanlı ilə sülh bağladı.

    • Sülhün şərtlərinə görə:
    1. Cənubi Buq ilə Dnestr arasındakı torpaqlar Rusiyanın əlinə keçdi.
    2. Dnestr çayı Rusiya ilə Osmanlı arasında sərhəd oldu.
    3. Dnestrin mənsəbindən Krımadək bütün Qara dəniz sahilləri Rusiyaya verildi.
    4. Osmanlı Krım haqqında iddialarından əl çəkdi və onun Rusiyaya mənsub olduğunu təsdiq etdi. Rusiya Qara dənizdə qəti olaraq möhkəmləndi. Osmanlıların həm Balkanlarda, həm də Qafqazda mövqeyi zəiflədi.

    Ədəbiyyat

    Xarici keçidlər

    Həmçinin bax

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.