Rusiya-Osmanlı müharibəsi (1568-1570)

Rusiya-Osmanlı müharibəsi (1568–1570) və ya Həştərxan yürüşüOsmanlı Dövləti və Osmanlı Dövlətinə bağlı olan Krım xanlığının 1556-cı ildə Rusiyanın əlinə keçən Həştərxan xanlığını Rusların əlindən xilas etmək üçün HəştərxanAzov bölgələrinə təşkil etdikləri yürüşdür.

Rusiya-Osmanlı müharibəsi
Tarix 1568
Yeri

    Rus Moskva Knyazlığı 1552-ci ildə Qazan Xanlığının, 1556-cı ildə də Həştərxan Xanlığının mövcudluğuna son vermiş və Don və Volqa çayları boyunca güclü bir şəkildə yerləşmişdi. Moskva knyazı IV. İvan (Qorxunc İvan) bu fəthlərlə Çar titulunu da almışdı. Sonrakı əsrlərdə Rusiya iqtisadiyyatının şah damarı halına gələcək olan bölgənin Rusiya tərəfindən ilhaq edilməsi, Orta Asiya ilə Krım və Anadolu arasında Xəzər dənizinin şimalından keçən ticarət yolu və Həcc yolunu da kəsmişdi. Rus Knyazlığı isə Ural və Qara Dənizə doğru genişlənmə strategiyasının ilk addımını atmış oldu. Sultan II Səlim ilə kürəkəni və Sədrəzəm Sokollu Mehmed Paşa, Rusiyanın Qafqaz və Krıma genişlənmə təhlükəsini sezdilər. Bunu qarşısını almaq strategiyası olaraq Həştərxan qalasının fəthi və bu qalanın bir müdafiə sisteminin mərkəzi kimi istifadə edilməsinin lazım olduğu fikri ortaya çıxdı. Beləliklə Rus Knyazlığının cənuba irəliləməsi alındığı kimi, Osmanlı Dövlətinin Səfəvi dövlətinin Qafqaz və Azərbaycandan sıxışdırıb çıxarma strategiyasını asanlaşdırmalı idi.

    Həmçinin bax

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.