Rusiya–Belarusiya sərhədi

Qurulur Rusiya-Belarusiya sərhədiRusiya Federasiyası ilə Belarus Respublikası arasındakı dövlət sərhədi. SSRİ dağılandan bəri RSFSR və Belorusiya SSR ayrı dövlətlərə çevrildikdən bəri mövcuddur. Sovet İttifaqının dağılmasından sonra Rusiya Sovet Federativ Sosialist Respublikası və Balarusiyanın müstəqil dövlətlərə çevrildilər. 1991-ci ilə qədər RSFSR ilə Belorusiya SSR arasındakı sərhəd idi. Hazırda sərhəd məntəqələri və sərhəd nəzarəti praktiki olaraq yoxdur. Sərhəd formal olaraq mövcuddur, lakin gömrük yoxlamaları olmadan sərhədi keçmək olar. Sərhədin uzunluğu 1239 kilometrdir, onun 857.7 km hissəsini torpaq, 362.3 km hissəsini çay və 19.0 km hissəsini isə göl təşkil edir.[1][2] Rusiya və Belarusiyanın xarici ticarəti bu sərhəddən keçir. 1 aprel 2011-ci ildən etibarən sərhəddə nəqliyyat nəzarəti ləğv edildi. 7 fevral 2017-ci il tarixindən etibarən təhlükəsizlik məqsədi ilə Rusiya tərəfində sərhəd zonası yaradıldı.

Rusiya–Belarusiya sərhədi
Xüsusiyyətləri
Dövlətlər
Uzunluğu
  • 959 km
Tarixi
Yaradılıb
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Rusiya göy, Belarusiya qırmızı rənglə işarələnib

Sərhəd nəzarətinin bərpası və ləğvi

1995-ci ildə Rusiya-Belarus sərhədində sərhəd nəzarəti ləğv edildi, lakin 2017-ci ildə Rusiya öz tərəfindən sərhəd zonasını bərpa etdi.[3]

Medvejye-Sankovo

Rusiya ölkənin əsas ərazisi ilə əlaqəli olmayan Medvejye-Sankovo anklavına sahibdir ki, bu da təxminən 4.5 kvadrat kilometr ərazini əhatə edir. Anklav Belarusiyanın Qomel vilayətinin Dobruş rayonunun içərisindədir.[4]

İstinadlar

  1. Сопредельные страны Arxivləşdirilib 2016-10-11 at the Wayback Machine // Росграница
  2. Общие сведения о стране/ Географическое положение. Границы Arxivləşdirilib 2016-03-26 at the Wayback Machine // Новая Российская энциклопедия (Россия. Электронный энциклопедический словарь)
  3. "Россию и Белоруссию разделила зона". 2020-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-09.
  4. "Российский анклав в Беларуси". 2011-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-06-01.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.