Rus Borisi

Rus BorisiAzərbaycan Respublikasının Goranboy rayonunun Rus Borisi kənd inzibati ərazi dairəsində kənd.[1]

Rus Borisi
40°26′08″ şm. e. 46°30′41″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 4,7 km²
Saat qurşağı
Rus Borisi xəritədə
Rus Borisi
Rus Borisi

Tarixi

Kəndin əhalisi əhalisi 1893-cü ildə bura Rusiya çarı tərəfindən köçürülmüş rus kolonistlərindən ibarət olub. Sovet dövründə kənd xeyli böyümüş, kəndin əhalisi təxminən 2.000 nəfərə yaxın olub. Lakin Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra rusların bir çoxu kimi, bu kəndin də əhalisi Azərbaycanı tərk etməyə başladılar. Boş qalmış evlərdə əsasən Xocalıdan olan azərbaycanlılar məskunlaşıb.

Toponimikası

Rus Borisi kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsini 1842-ci ildə Çar hökumətinin ucqarlara köçürdüyü Tambov və Saratov quberniyalarından olan duxobor və malakan ailələri salmışdır. Yaşayış məntəqəsi o zaman Paris adlanan kəndin yaxınlığında yerləşdiyinə görə Rus Parisi, sonralar təhrif olunaraq Rus Borisi adlandırılmışdır.[2]

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 251 nəfər əhali yaşayır.[3]. Hal-hazırda kəndin 500 nəfərə yaxın əhalisi var, bunun 80%-ni azərbaycanlılar təşkil edir.[4]

Həmçinin bax

İstinadlar

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
  4. "Baku Pages". 2021-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-28.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.