Rur münaqişəsi

Rur münaqişəsiBirinci Dünya müharibəsinin bitməsindən sonra Almaniyanın ödəməli olduğu təzminatı ödəməməsindən sonra Fransa-Belçika qoşunlarının Almaniyanın Rur bölgəsinə qoşun göndərməsi nəticəsində yaranana münaqişə.

Fransız əsgəri Rurda (1923)

Arxa plan

Almaniya müharibədə məğlub olduqdan sonra çox ağır şərtlərlə sülh imzalamağa məcbur oldu. Sülh müqaviləsinin şərtlərinə görə Almaniya böyük miqdarda təzminat ödəməli idi. Lakın təzminatın miqdarı və hansı ölkələrə veriləcəyi müəyyən edilməmişdi. Sonradan keçirilən Spa, London və s. konfranslarda Almaniyanın ödəyəcəyi təzminatın miqdarı və ölkələrə düşən pay müəyyən edildi. Təzminatın ümumi miqdarı 132 milyard qızıl marka dəyərində qəbul edildi. Lakin Almaniya bu təzminatı ödəyə biləcək vəziyyətdə deyildi.[1] Təzminat məsələsinin həll edilməsindəki çətinliklər beynəlxalq münasibətlərdə ən mübahisəli məsələlərdən biri olaraq qalırdı. Fransa təzminatın tam ödənilməsini israrla tələb etsə də Almaniya buna imkanı olmadığını bildirirdi. Təzminatın ödənilməsi məsələsində Almaniyanın özündə də fikir ayrılığı var idi. Bir qrup dövlət xadimi ümumiyyətlə təzminatın ödənilməsindən imtina edilməsini müdafiə edirdi.[2]

Reyn ətrafının işğalının xəritəsi
1923 Münhen Gimnastika Festivalında gimnastların Rurun işğalına etirazı. Soldakı şüar: "Rur alman qalacaq", sağdakı şüar: "Biz heç vaxt vassal olmayacıq"

Rura hücum

Fransanın çətin maliyyə və iqtisadi vəziyyətində fransız rəsmi dairələri Rurun sərvətlərindən istifadə etmək qərarına qəldilər. Fransızlar Almaniyanı təzminatı ödəməməkdə və Versal sülh müqaviləsinin şərtlərini pozmaqda ittiham edirdi. Bu dövrdə İtaliya hakimiyyətdə olan Mussolini də Rur münaqişəsində Fransanı müdafiə edirdi.

1923-cü ilin yanvar ayının 2-4-də Parisdə keçirilən konfransda İngiltərə 4 il müddətinə Almaniyanın təzminatı ödəməsinə moratorium qoyulmasını təklif etsə də Fransa buna etiraz etdi.

Yanvarın 10-da Fransa və Belçika Almaniyaya nota verərək təzminatın ödənilməsinə nəzarət etmək üçün Rura komissiya göndərdiklərini bildirdilər. Bunun ardınca yanvarın 11-də Fransa-Belçika ordusu Ruru tutdu.[3] the Inter-Allied Mission for Control of Factories and Mines (MICUM)[4] was set up as a means of ensuring coal repayments from Germany.[5] İngiltərə də buna etiraz etmədi.

Alman Reyxstaqında passiv müqavimət göstərmək haqqında qərar qəbul edildi. Rurun işğalı ilə Almaniya daş kömür, dəmir və çuqundan məhrum edildi. Ölkədə ağır vəziyyət yarandı. İnsanlarda qatı anti-fransız hisslər baş qaldırdı və millətçilik gücləndi.

Nəticə

Fransa bu işğalla öz istəyinə çata bilmədi. Alman fəhlələrinin passiv müqavimət göstərməsi nəticəsində Fransaya daş kömür və s. göndərilmədi. Bunun əvəzində Almaniyada ictimai rəy Fransanın əleyhinə dəyişdi və insanlar hər şeyin günhakarı kimi Fransanı görməyə başladılar.

Rur avantürası Fransanın Avropadakı nüfuzuna zərbə vurdu. 1923-cü il mayın 2-də Almaniya nota verərək təzminat məsələsinin müvafiq komissiyanın müzakirəsinə verməyi tələb etdi.[6]

Rur avantürası o dövr beynəlxalq münasibətlərində xeyli dəyişikliklərə səbəb oldu. Bu hadisədən sonra ABŞ Almaniyaya yardım göstərilməsi təklifi ilə çıxış etdi.

İstinadlar

  1. Timothy W. Guinnane. "Vergangenheitsbewältigung: the 1953 London Debt Agreement" (PDF). Center Discussion Paper no. 880. Economic Growth Center, Yale University. January 2004. 18 September 2019 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 6 December 2008.
  2. Musa Qasımlı, 2003. səh. 38
  3. Fischer, p. 28.
  4. Fischer, p. 42.
  5. Fischer, p. 51.
  6. Musa Qasımlı, 2003. səh. 39

Ədəbiyyat

  • Musa Qasımlı. Avropa və Amerika ölkələrinin müasir tarixi. 2 hissədə I hissə (1918-1945). Bakı: "Bakı Dövlət Universiteti nəşriyyatı", 2003. 370 səh.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.