Run əlifbası
Run əlifbası kəhanət məqsədləri üçün istifadə olunan simvollardan ibarət, təxminən e.ə. 200-cü ildə yaradılmış qədim Skandinaviya əlifbasıdır. Qədim skandinav mifinə görə tanrı Odin doqquz gün yaralı şəkildə İqqdrasil ağacından (dünya ağacı) başı-aşağı asılaraq Run əlifbasını aşkar etmişdi. Üç məlum Run əlifbası var: "böyük" və "kiçik" Futark (Futark bu əlifbanın ilk altı hərfinin transliterasiyasıdır), Anqlo-Sakson futorku və Danimarka skript əlifbası.
Run əlifbası | |
---|---|
q.skan. rún | |
Mifologiya | German-skandinav |
Vikianbarda əlaqəli mediafayllar |
"Rune” pıçıltı, sirr, gizli hikmət deməkdir. Böyük Futark ən qədim əlifbadır və 24 hərfdən ibarətdir. Müxtəlif dövrlərdə ən az on altı, ən çox isə otuz üç run simvolu mövcud olmuşdur. Run əlifbası əvvəllər dini məqsədlər üçün istifadə edilmişdir və bəzi alimlər inanırlar ki, qədimdə sadəcə run əlifbasının oxunması ilə məşğul olan xüsusi sinif kahinlər mövcud olmuşdur.
Uzun illər ərzində bir çox permutasiya və dəyişikliklər "böyük" və "kiçik" Futark və Danimarka "qısa çubuq" şrifti daxil olmaqla bir neçə variantın yaranmasına səbəb olmuşdur. Nəhayət, on altı simvoldan ibarət əlifbadan daha geniş miqyasda istifadə olunmağa başlanmışdır.
Təxminən b.e. 1000-ci ilində qədim ingilis dilində yazılmış epik "Run poeması" o zaman sayı otuz üç simvola çatan işarələrin metaforik və dini mənalarını təsvir etmişdir.
Hal-hazırda run hərifləri meditasiya və kəhanət məqsədilə Asatru dindarları tərəfindən istifadə olunur.
Eddalara, tanrıların poetik saqasına əsasən Run əlifbası Odinin hədiyyəsidir. Eddalarda Run əlifbasının kəşfi haqqında deyilir: Odin yemək və su olmadan, doqquz gecə dünya ağacından yaralı vəziyyətdə asılı qalmışdı və nəhayət, o, run hərflərinin sudakı əksini görmüşdü.
- Onlar mənə çörək vermədi,
- Onlar mənə içki vermədi,
- Acı fəryad ilə aşağı baxdım,
- Yıxıldığım ağacdan runları aldım.
Unicode
Run əlifbası[q 1] [q 2] Official Unicode Consortium code chart (PDF) | ||||||||||||||||
0 | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | A | B | C | D | E | F | |
U+16Ax | ᚠ | ᚡ | ᚢ | ᚣ | ᚤ | ᚥ | ᚦ | ᚧ | ᚨ | ᚩ | ᚪ | ᚫ | ᚬ | ᚭ | ᚮ | ᚯ |
U+16Bx | ᚰ | ᚱ | ᚲ | ᚳ | ᚴ | ᚵ | ᚶ | ᚷ | ᚸ | ᚹ | ᚺ | ᚻ | ᚼ | ᚽ | ᚾ | ᚿ |
U+16Cx | ᛀ | ᛁ | ᛂ | ᛃ | ᛄ | ᛅ | ᛆ | ᛇ | ᛈ | ᛉ | ᛊ | ᛋ | ᛌ | ᛍ | ᛎ | ᛏ |
U+16Dx | ᛐ | ᛑ | ᛒ | ᛓ | ᛔ | ᛕ | ᛖ | ᛗ | ᛘ | ᛙ | ᛚ | ᛛ | ᛜ | ᛝ | ᛞ | ᛟ |
U+16Ex | ᛠ | ᛡ | ᛢ | ᛣ | ᛤ | ᛥ | ᛦ | ᛧ | ᛨ | ᛩ | ᛪ | ᛫ | ᛬ | ᛭ | ᛮ | ᛯ |
U+16Fx | ᛰ | ᛱ | ᛲ | ᛳ | ᛴ | ᛵ | ᛶ | ᛷ | ᛸ | |||||||
Qeydlər
|