Rumıniya kinosu


İlk illər

Rumıniya tamaşaçıları Lümyer qardaşlarının filmilərini 1896-cı ildə izlədilər. Artıq 1897-ci ildə Rumın həvəskar operatorların sənədli filmləri ekrana çıxdı. "Daşqın", "Hərbi eskadranın gəlişi" və s. ilk Rumın filmlərindəndir. İlk bədii Rumın filmi isə 1912-ci ildə çəkilmişdir. Bu film Rumıniyanın türk işğalından azad olunmasına həsr edilmişdir. "Azadlıq müharibəsi" filminin təşəbbüskarı Buxarestdə "Lirik" teatrın sahibkarı Lion Popesku idi. Filmin rejissoru və operatoru fransız Done idi. Bu vətənpərvər ruhlu film şahzadə Karl və hərbi nazir Filipesku tərəfindən bəyənilmişdi. Nazirin əmri ilə çəkilişə lazım olan döyüşçü qüvvəsi cəlb olundu. Filmdə məşhur teatr aktyorları çəkildi.

Rumıniya kinosu səssiz dövrdə

Rumın kinosunun tanınmış simalarından biri də aktrisa Mariara Vilkelesku idi. Onun təşəbbüsü ilə Fransadan çəkiliş üçün lazım olan cihaz və avadanlıqlar gətirildi. Operator Georq Soneksu xaricə təcrübəsini artırmaq üçün göndərildi. Rumıniyada madii təminat tapmayan aktrisa Parisə gedib "Qamon" şirkəti ilə müştərək "Franko-Rumın" çəkilişi üçün razılıq aldı. Amma Rumın hökuməti naməlum səbəblərə görə çəkilişi dayandırır. Mariaranın təşəbbüsü isə yalnız 1914-cü ildə həyata keçir. "Dənizçinin məhəbbəti" adlanan film çəkilir. Baş rolu fransız aktyoru oynayır. Film dünya şöhrəti qazanır və bundan sonra Mariara "Bir şahzadənin məhəbbəti" ekzotik filmini çəkir. Bu film ekranlara çıxanda səs-küyə səbəb olur. Lakin məhkəmədə "Kino incəsənətdir, onu ticarətə çevirmək olmaz" fikriylə çıxış edən aktrisa qalib gəlir. Lion Popesku istəyirdi ki, film uzun olsun, o filmi metrə-metrə satmaq istəyirdi. Aktrisa tələb edirdi ki, çəkilmiş bəzi epizodlar filmdən çıxarılsın, amma rejissor razı olmurdu. Beləliklə, Rumın kinosunda ilk incəsənət və pul münaqişəsi baş verdi. 1915-ci ildə Popesku qəflətən vəfat etdi. Onun yolunu davam elətdirəcək heç kim yox idi. Üstəlik 1916-cı ildə Rumınya Antanta tərəfindən müharibəyə qoşuldu. Tezliklə Rumınya ordusu məğlub edildi. 1917-ci il 1 may ərəfəsində Rumıniyanın zəhmətkeşləri siyasi məhbusların azad edilməsini tələb etdi. Ölkə rəhbərliyi inqilabdan qorxaraq Almaniya ilə müqavilə bağladı və SSRİ-yə müharibə elan etdi.

İstinadlar

    http://eurochannel.com/en/Romanian-Cinema-History.html

    https://thependragonsociety.com/romanian-silent-films/#content

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.