Rumıniya Kommunist Partiyası

8 May 1921-ci ildə yaradılmış olan kommunist partiyadır. Rumıniya Sosialist Respublikasında təkpartiyalı rejim iqtidarda olmuşdur. 22 dekabr 1989-cu ildə Nikolae Çauşeskunun inqilab nəticəsində devrilməsi ilə partiyanın fəaliyyətinə son verilmişdir. Partiyanın Komunist Gənclər Birliyi adlı gənclər, Rumıniya Vətənpərvər Keşikçilər adlı hərbi təşkilatları mövcud olmuşdur. Siyasətdə ifrat solçu mövqeyə sahib olub. Partiya 1921–1943-cü illər arasında Komintern, 1947–1956-cı illər arasında Kominform adlı beynəlxalq, 1921-1939-cu illər arasında isə Avropada Balkan Kommunist Federasiyası təşkilatlarının üzvü olmuşdur. Partiyanın rəsmi rəngləri qırmızı və qızılı olmuşdur.

1986-cı ildə partiyanın təbliğat afişası
Rumıniya Kommunist Partiyası

Partidul Comunist Român
Loqonun şəkli
Sədri Nikolae Çauşesku
Qurucu Georghe Cristescu
Lideri Nikolae Çauşesku (son lideri)
Quruluş tarixi 8 May 1921
Dağılma tarixi 22 dekabr 1989
Baş qərargah Buxarest
İdeologiya Kommunizm,
Marksizm-Leninizm,
Milli Kommunizm
(1960-cı ildən sonra)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Partiyanın bayrağı

Partiya Liderləri

# Adı Şəkil Vəzifə başlanğıcı Vəzifə sonu
1George Kristesku
(1882–1973)
19211924
2Elek Köblöş
(1887–1938)
19241927
3Vitali Holostenko
(1900–1937)
19271931
4Aleksandr Danelyuk-Ştefanski
(1897–1937)
19311936
5Boris Stefanov
(1883–1969)
19361940
6Ştefan Foriş
(1892–1946)
19401944
7George Georgiu-Dej
(1901–1965)
19441954
8George Apostol
(1913–2010)
19541955
9George Georgiu-Dej
(1901–1965)
19551965
10Nikolae Çauşesku
(1918–1989)
19651989
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.