Rumıniya

Rumıniya, Romıniya və ya Romaniya (rum. România) — cənub-şərqi Mərkəzi Avropada olan dövlət. Konstitusiyasına əsasən Rumıniya demokratik dövlətdir. Ölkənin adı "romanus" ("romalı" deməkdir) sözündən gəlib. Ölkə başçısı prezident hesab olunur və qanunverici orqan isə ikipalatalı parlamentdir. Şimaldan və şərqdən Rumıniya Ukrayna ilə, şimali-şərqdən Moldova Respublikası ilə, Cənubdan Bolqarıstan ilə (sərhəd Dunay çayının üstündən keçir), qərbdən isə SerbiyaMacarıstan ilə həmsərhəddir. Qara dəniz Rumıniyanın şərqində yerləşir.

Rumıniya
România
Rumıniya bayrağı
BayraqGerb
Himn: "Deşteaptă-te, române!" ("Oyan, Rumın!")
Rəsmi dilRumın dili
PaytaxtBuxarest
PrezidentKlaus Yohannis
Baş Nazir

Nicolae Ciucă

Ərazi
 - Ümumi
 - % Su
78-cı yer
238,391 km²
3%
Əhali
 - Ümumi
 - Əhali sıxlığı
49-ci yer
19,4 mln.( 2015-ci il təxmini)
91.3/km²
PulLeu (RON)
Saat qurşağıUTC +2
hərəkət_yönüsağ
iso3166koduRO
Internet TLD.ro
Telefon kodu40

1 yanvar 2007-ci ildən Avropa Birliyinin üzvüdür. Paytaxtı və ən böyük şəhəri Buxarestdir (1,9 milyon nəfər).

Tarixi

Rumıniya Avropadakı ən köhnə insan məskənlərinin tapıldığı ölkədir. 2002-ci ildə Rumıniyanın qərbindəki bir mağarada kəşf edilən (Sümüklü Mağara rum. Peştera cu Oyasa) bu qalıqların 42.000 il əvvələ aid olduğu təxmin edilməkdədir. Rumıniya torpaqlarında qurulan ilk dövlət Trakiyalıların qurduğu Daçiya Krallığıdır. Bu dövlət 101-107 illər arasında Roma İmperatoru Trayanın orduları tərəfindən işğal edilərək Roma İmperiyası bir əyaləti halına gəldilər. Roma imperiyasının çökməsindən sonra bu torpaqlar Qotlar, Hunlar, Avarlar, Slavyanların zəbtinə uğradı. 9-11-ci əsrlər arasında Birinci Bolqar Dövlətinin bir parçası halına gəldi. Bu dövrü Macar, Peçenek, Kuman və Tatar işğalları izlədi. Rumınlar ilk dəfə 14-cü əsrdə özlərinə aid dövlət qurmağı bacardılar. Bu dövlətlər 1310-cu ildə I Basarab tərəfindən qurulmuş Valaxiya Bəyliyi və 1352-ci ildə Dragoş tərəfindən qurulmuş Moldova dövlətidir.

Günümüzdəki Rumıniyanın bir parçası olan Erdel isə 10-16-cı əsrlər arasında Macarıstan Krallığının bir parçası idi. 15-ci və 16-cı əsrlərdə bu üç ölkə Osmanlı Dövlətinin himayəsi altına girdilər. Osmanlı dövründə ValaxiyaMoldova vassal dövlətlər idi. Osmanlılara vergi verər, döyüşlərdə əsgər köməyi edərdilər. Bəyliklərin voyvodaları Rumın əsillilər arasından Osmanlı padşahı tərəfindən təyin edilərdi. Ayrıca bu bəyliklər İstanbulun yemək ehtiyacını qarşılamaqda əhəmiyyətli bir rol oynayardılar. Ancaq Osmanlılar Rumıniyanı heç bir zaman bütünlüklə ilhaq etmədilər. BuxarestYassı kimi böyük Rumıniya şəhərlərində tez-tez Osmanlı vətəndaşlarına rast gəlinirdisə də sayları az idi. Bu şəhərlər heç bir zaman Sofiya, Belqrad, Saloniki və ya Skopye kimi Osmanlı xarakteri qazanmadı. XVIII əsrə qədər ValaxiyaMoldovanın voyvodaları rumınların arasından seçilərdi. XVIII əsrdə isə Fənərli Rumlar arasından seçildilər. Bu vəziyyət 1826-cı ildə Yunanıstanın müstəqilliyini qazanmasına qədər davam etdi.

İkinci dünya müharibəsi illərində Rumıniya Almaniyanın satileti idi və ölkədə Antonesku diktaturası hökm sürürdü. Ölkə 1944-cü ilin avqustunda faşistlərdən azad edildi. Birinci hökumətin başçısı kral Mixay oldu. Müharibə nəticəsində Rumıniyada 170 min nəfər öldü, itkin düşdü və yaralandı. 1945-ci il 4 yanvarda xalq kütlələrinin təzyiqi altında kral hökuməti yenidən təşkil etdi. Hökumətin başçısı general P.Redesku təyin edildi. 1946-cı il 11 iyulda Rumıniyada seçki qanunu qəbul olundu. Qadınlara və hərbi qulluqçulara seçki hüququ verildi. 1946-cı il 20 dekabrda parlament bankların milliləşdirilməsi haqqında qanun qəbul etdi, Pul islahatı keçirildi. 1947-ci ilin iyulunda Milli-saranist partiyasının fəaliyyəti qadağan edildi.

Coğrafiyası

Rumıniya əsasən Mülayim və subtropik iqlim qurşağında yerləşir. Qara dəniz sahilində yerləşməsi onun iqliminə rütubətliyi artırır.

Əhalisi

Etnik tərkibi

2011-ci il siyahıya alması əsasında Rumıniyanın etnik xəritəsi
İnstitutul National de Statistica
Etnik qruplar 1930 s.a.[1] 1956 s.a.[2] 1966 s.a.[3] 1977 s.a.[4] 1992 s.a.[5] 2002 s.a.[6]
Toplam14,280,72917,489,45019,103,16321,559,91022,810,03521,698,181
Rumın11,118,17014,996,11416,746,51018,999,56520,408,54219,409,400
Macar1,423,4591,587,6751,619,5921,713,9281,624,9591,434,377
Qaraçı242,656104,21664,197227,398401,087535,250
Ukraynalı[7]45,87560,47954,70555,51065,47261,091
Alman633,488384,708382,595359,109119,46260,088
Rus50,72538,73139,48332,69638,60636,397
Türk26,08014,32918,04023,42229,83232,596
Azərbaycanlı16,08014,32918,04023,42229,83232,596
Serb,Xorvat,Sloven50,31046,51744,2364318033,76922,518
Slovak,Çex50,77235,152[8]32,199[9]28,969[10]25,391[11]?
Tatar15,58020,46922,15123,36924,59624,137
Bolqar66,34812,04011,19310,3729,851?
Yəhudi451,892146,26442,88824,6678,955?
Yunan23,16111,1669,0886,2623,940?
Ermənilər12,1756,4413,4362,3421,957?
Polyak15,8047,6275,8604,6414,232?
Qaqauz?????45
Digərləri49,18213,3574,6814,0288,61882,282
Milliyyətini göstərməyənlər5,0524,1652,309452766?


Mənbə

• S.Mustafayeva. Avropa və Amerika ölkələrinin ən yeni tarixi. II hissə. 1945-2007-ci illər. Bakı, 2011.

İstinadlar

  1. "Arxivlənmiş surət". 2020-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-24.
  2. "Arxivlənmiş surət". 2020-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-24.
  3. "Arxivlənmiş surət". 2020-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-24.
  4. "Arxivlənmiş surət". 2020-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-24.
  5. "Arxivlənmiş surət". 2020-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-24.
  6. Arxivləşdirilib 2009-03-02 at the Wayback Machine2002-ci ildə Rumıniyada aparılmış siyahıya almanın nəticələri
  7. Ukrainians and Ruthenians
  8. 11,821 çex+23,331 slovak
  9. 9,978 çex+22,221 slovak
  10. 7683 çex+21286 slovak
  11. 5,797 çex+19594 slovak

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.