Ruhəngiz Musəvi

Ruhəngiz Musəvi — Azərbaycan müğənnisi, aktrisa, Azərbaycan Respublikasının Əməkdar artisti (2007).

Ruhəngiz Musəvi
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti Müğənni Aktrisa
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı  — 2007

Həyatı

Ruhəngiz Mirməhəmmədəli qızı Musəvi 1953 ilin aprelin 4-də Bakı şəhərində doğulub.

1972-ci ildən Mahnı teatrının, 1974-ci ildən Azərbaycan Dövlət Rəqs Ansamblının, 1975-ci ildən Dövlət Filarmoniyasının solisti. Səs yazıları ilə val buraxılıb.

Mükafatları

2007-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.

Şəxsi həyatı

1978-ci il təvəllüdlü Lalə adlı bir qızı var.

Filmoqrafiya

  1. Həyat bizi sınayır (film, 1972)
  2. Ömrün səhifələri (film, 1974)
  3. Məni izləyən müəmma (film, 2019)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.