Ruh

Ruh — dilimizdə vətəndaşlıq haqqı qazanmış "ruh" anlamının fərqli mənaları var. İnsanın qəlbi, canı, ruhu bizdə eyni sözlə ifadə olunur- "ruh". Məsələn, rus dilində "dux", "duşa" sözləri bu fərqli anlamı ortaya qoya bilir. Biz bunları birləşdirib ümumilikdə hər ikisinə "ruh" deyirik.


Din

Dini özünüdərkin növləri

Monoteizm  · Dualizm  · Politeizm  · Deizm · Teizm  · İtsizm · Panteizm · Pandeizm

İbtidai inanclar

Totemizm  · Animizm  · Fetişzm  · Şamanizm

Dünya dinləri

Buddizm · Bəhailik

İbrahimi dinlər

İudaizm · Xristianlıq · İslam

Dharma dinləri

İnduizm · Caynizm · Siqhizm · Buddizm

Ənənəvi Uzaq Şərq dinləri

Daoizm · Konfutsiçilik · Şintoizm

Digər dinlər

Tenqriçilik  · Zərdüştilik

Əsas anlayışlar

Tanrı · Ruh · Günah  · Sakrallıq · Ruh · İman  · Doqmat · Müqəddəs Kitablar  · Ölümdən sonrakı həyat  · İbadət  · Məbəd

Dinlərin siyahısı

g · m

İslamda ruh barədə

Quranda belə bir ayə var: "Səndən ruh barədə soruşsalar, de ki, Rəbbimin işindəndir bu. Sizə elmdən az verilmiş" (İsra- "Gecə aparılma" surəsi, 85-ci ayə).

İnsan öz təfəkkürünün məkana və zamana görə müəyyənləşən sərhədləri çərçivəsində Allahı dərk etməyə, Ona ibadətdə olmağa borcludur. O sərhədlərdən kənarda olan məfhumlar- təfəkkürə sığmaz məfhumlardır. Onlardan biri də ruhdur. Quranda bu barədə açıqlama da verilir. Yəni Rəbbimizin işindən olduğuna görə bu barədə düşünməyə də bilərsiz. Bu ayədən çıxış edən ilahiyatçıların böyük əksəriyyətinin dediyinə görə, ruh barədə müəyyən qənaətlər əldə etməkdən ötrü düşünməyə belə dəyməz. Göstərilən ayədə ruhun nə oduğunu anlatmaqdan ötrü insanın dünyagörüşü və dünyaduyumu artırmaq istiqamətində bir təşviq var.


Digər açıqlamalar

Özünü kosmosla əlaqədə hiss edən bəzi adamlar var ki, onların açıqlamalarını da müəyyən dərəcədə ciddiyə almaq olar. Deyirlər ki, ruh bir enerjidir. Həmin enerjinin mahiyyətinin ilkin mənbəyi barədə heç fizikada da məlumat yoxdur. Bəlkə də bunun mənbəyi Ali Güc, Ali Enerji olan İlahi varlığın özüdür. Tanrını dərk məsələsində olduğu kimi, ruhun da tam anlamda dərki müşküldür, insan təfəkkürünə sığmazdır. Və elə ruhun mahiyyəti barədə insan təfəkkürünün acizliyi də, elə bilirəm, bundan doğur. İnsanları cəhalətə və nadanlığa sürükləmişdirlər. Sizə bir misal çəkim. Məsələn: Telefon enerji ilə işləyir və enerjisi bitdikdən sonra o, daha işləmir və o, həddə qədər çatır ki, artıq Onun sahibi onu atır. İnsanda belədir. İnsanın daxilində güclü bir enerji vardır. İnsanda ruh deyilən heç nə yoxdur. Şərq camaatını uydurmalar, əfsanələr, rəvayətlər və yalanlar ilə aldatdılar. İnsanında enerjisi bitdikdən sonra o, məhv olur. Əgər insanda ruh var idisə, Niyə görə İnsan bir və iki saat ac qalsa ölə bilər?. Araşdıranda ortaya çox şeylər çıxır.

Bəs insan dünyasını dəyişəndən sonra canın və ruhun aqibəti necə olacaq? Ruh birbaşa Tanrının özünə qayıdır, hər can ona qayıda bilməz. Quranda "can" sözü ərəbcə "nəfs" sözü ilə ifadə olunur. Bu, bizim çox zaman mənfi mənada "nəfs", "tamah" mənasını vermir. Tanrı lütfünün mütləq mənada hakim kəsildiyi bir fəza sistemi var ki, adına "cənnət" deyilir. Yalnız paklanmış canların, arınmış ruhların həmin məkana daxil olma məsələsi var. Amma Tanrının insanı yaratdığı zaman canına üfürdüyü o ruh isə birbaşa Tanrının özünə qayıdır. O çirkab götürmür, İlahi materialdır və hər bir insanda var. Təfəkkürümüzə təkan verən, bizi hərəkətə gətirən daimi bir enerjidir. İnsan dünyasını dəyişən zaman həmin o enerji bir başa Tanrıya qayıdır. Amma canda da enerji var. Yalnız paklanmış canlar bir başa cənnətə gedir, təmizlənməmiş canların isə din anlamında aqibəti cəhənnəmlikdir. Bəzi dinlərdə bu son məqsəd sayılsa da, yaranışın mənası və məqsədi cənnətə düşmək deyil. Mənəvi paklanmadan və tam ruhi təmizlənmədən sonra Tanrı dərgahına düşmək olar ki, ora da cənnətdən milyon dəfə üstündür.[1]

Xristianlıqda Müqəddəs Ruh anlamı vardır ki, insan Ruhunu onunla qarışdırmaq olmaz.

Ruhu inkarın elmi ziddiyyəti

Müasir alimlərə görə, insanın düşünmək qabiliyyəti beyindəki neyronlarla, onları əmələ gətirən molekul və atomlarla deyil, tamam kənar, anlaşılmaz bir substansiya ilə, qaynaqla bağlıdır. Məsələn, məşhur araşdırmaçı Uilder Penfild (Wilder Penfield) uzun illər apardığı tətqiqatlardan sonra ruhun varlığının inkaredilməz bir həqiqət olduğunu bildirir:

"Ağlı sadəcə beynin funksiyası kimi izah etmək üçün illərlə çalışandan sonra başa düşürsən ki, varlığımızın iki ünsürdən ibarət olması haqqında deyilənlərlə razılaşmaqdan başqa yol yoxdur. Ağlı yalnız beyində baş verən fiziki-kimyəvi proseslərlə izah etmək mümkünsüzdür. Demək, varlığımız iki ünsürdən — maddə və ruhdan ibarətdir".[2].

Elm adamlarını bu qənaətə gətirən səbəb şüurun heç bir halda maddi amillərlə izah olunmamasıdır. İnsan beyni 5 duyğumuzun toplandığı və analiz edildiyi möhtəşəm kompüter kimidir. Amma bu kompüterin "mənlik" duyğusuna sahib olması, hiss etməsi, düşünməsi mümkün deyil. Tanınmış ingilis fiziki Rocer Penrouz bununla bağlı yazır:

"Konkret insana onun şəxsiyyət duyğusunu verən nədir? Vücudu əmələ gətirən atomlarmı? İnsanın kimliyi atomları əmələ gətirən elektron, proton və digər hissəciklərin seçimindənmi asılıdır? Bunun belə olmadığını göstərən azı iki səbəb var. Birincisi, hər bir canlının bədəni durmadan dəyişir. Doğulduğumuz andan bəri vücudumuzun bütün hüceyrələri dəfələrlə dəyişilib, yeniləri ilə əvəz olunur. İkinci səbəb isə kvant fizikası ilə bağlıdır. Əgər bir kimsənin beynində hansısa elektron başqa maddədə olan elektronla əvəzlənsəydi, heç bir fərq ortaya çıxmazdı. Sistem eynilə əvvəlki kimi çalışardı. Eyni fikir protonlara və digər bütün hissəciklərə də aiddir. Əgər bir insanın bədənində bütün maddə bir evin uyğun maddəsi ilə dəyişdirilsəydi, sözün həqiqi mənasında heç bir fərq ortaya çıxmazdı".[3].

Eyni şeyi beyni əmələ gətirən maddə haqqında da demək olar. Demək, insanı insan edən nəsnə maddə deyil, onun tamamilə fövqündə olan bir şeydir. Penrouz kitabının nəticə bölməsində bununla bağlı bildirir:

"…Şüur elə bir varlıqdır ki, onun hansısa təsadüflər nəticəsində yarandığına heç vaxt inana bilmərəm. Biz bütün kainatı, onun əmələ gəlməsini şüur nəticəsində anlaya bilirik".[4].

Həmçinin bax

İstinadlar

  1. "«İnsanın materialında can da var, ruh da»". 2014-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-06.
  2. The Mystery of the Mind: А Critical Study of Consciousness and the Human Brain, Princeton, New Jersey, Princeton University Press, 1975, səh. 123
  3. Roger Penrose, The Emperor‘s New Mind, Penguin Books, 1989, səh. 24–25
  4. Roger Penrose, The Emperor‘s New Mind, Penguin Books, 1989, səh.580
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.