Buş böyürtkəni
Buş böyürtkəni (lat. Rubus bushii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü.
Buş böyürtkəni | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superrosids Klad: Klad: Fabids Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Rubeae Cins: Növ: Buş böyürtkəni |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Ümumi yayılması
Qafqazın hər yerində və Türkiyədə təbii arealı vardır.
Azərbaycanda yayılması
Quba, Qusar rayonları ərazilərində rast gəlinir.
Statusu
Azərbaycanın nadir bitki növüdür. NT.
Bitdiyi yer
Meşənin yuxarı hissəsi, subalp çəmənliyi fıstıq meşəliyində dərəli və qayalı açıq yerlərdə bitir.
Təbii ehtiyatı
Azərbaycanda arealı çox geniş deyildir.
Bioloji xüsusiyyətləri
Hündürlüyü 1 m-ə çatan кoldur. Torpağa az tələbkar və işıqsevəndir. Budaqları düz yönəlmiş, silindrvarı, cavan budaqların üzəri tündqırmızıya çalan bozumtul ləkəli və seyrək, qısatüklü, tək-tək qırmızı tikanlıdır. Bir kökdən bir neçə dikdayanan gövdə çıxır. Gövdəsi seyrək tükcüklü olmaqla pas rəngli ləkəlidir. Yarpaqları 3–5 yarpaqcıqdan ibarət olub, uzun saplaqlıdır. Çiçəkləri qısa saplaqlı, ləçəkləri ağ rənglidir. Meyvəsi şirin turşməzə və şirəli, qırmızımtıl rənglidir. Yuxarı dağ zonasında meyvəsinin yetişməsi sentyabr ayına təsadüf edir. May iyun aylarında çiçəkləyir və iyul-avqust aylarında meyvəsi yetişir.
Çохalması
Təbiətdə generativ və vegetativ yolla çoxalır.
Təbii ehtiyatının dəyişilməsi səbəbləri
Başlıca olaraq insan fəaliyyətidir.
Becərilməsi
Mədəni halda Nəbatat bağlarında becərilir.
Qəbul edilmiş qoruma tədbirləri
Qəbul edilmiş qoruma tədbiri yoxdur.
Zəruri qoruma tədbirləri
Azərbaycanın "Qırmızı Kitabı"na daхil edilməsi zəruridir.