Rubas çayı

Rubas çayı (Rubasçay) — Dağıstanın TabasaranDərbənd rayonları ərazisindən axan çay. Uzunluğu — 92 km[1]-dir. Su toplayıcı hövzəsinin sahasəsi — 1180 km² təşkil edir.

Rubas çay
rus. Рубас
Ölkə  Rusiya
Mənbəyi  
  Yüksəkliyi 2580 m
Mənsəbi Xəzər dənizi
  Yüksəkliyi -28 m
Uzunluğu 92 km
Su sərfi 4,83 m³/san
Su hövzəsi Xəzər dənizi
Hövzəsinin sahəsi 1180 km²
Rubas çayı (Qafqaz)
mənbəyi
mənsəbi
Ulluçay çayı Qafqazın fiziki xəritəsində:

41°54′09″ şm. e. 47°42′10″ ş. u.

41°56′14″ şm. e. 48°23′05″ ş. u.
DSR 07030000312109300002096

Coğrafiyası

Dağıstanın silsilələrinin şimal-şərqində, Cufu-Dağ zirvəsindən 3,4 km cənub-şərq ətəklərində yerləşən bulaqlardan başlanğıcını götürərək Xəzər dənizinə tökülür (Ərəblər kəndi).

Hidrologiya

İlin isti və soyuq dönəmlərində suyunda azalma müşahidə edilir. Su sərfiyyatı yağışlı dövrdə artır. Yay yağışları katastrofik nəticələrə sahib olur. Orta illik su sərfiyyatı — 1,01 m³/s, maksimal isə — 59,3 m³/s təşkil edir.

Qolları

Ən iri qolları: Afnaçay, Xanaqçay, Karçaq-su, Qamışçay. Aşağı axarda çayın suyu Samur-Dərbənd kanalı ilə birləşir.

Araşdırılma və əhəmiyyəti

Çayın araşdırılması XuçniRubas (Xoşmənzil) hidroloji məntəqələrində həyata keçirilir. Rubas kəndindən 3 km yuxarıdan Kuybişev kanalı başlayır.

İstinadlar

  1. Ресурсы поверхностных вод СССР том 9, Закавказье и Дагестан, вып. 3, Дагестан
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.