Rub əl-Xali

Rub-əl-Xali — (ərəb. الربع الخالي‏ — "boş rüb")) — Yaxın Şərqdə geniş qumlu səhra. Ərəbistan yarımadasının cənubun üçdə bir hissəsini təşkil edir. Dünyanın ən böyük (sahəsi 650 000 km² təşkil edir), isti (iyul-avqust aylarında maksimum orta temperatur 47–50 °C təşkil edir) və quru (yağıntıların illik miqdarı ≈35 mm, buxarlanma qabiliyyəti >2000 millimetr təşkil edir) səhralarından biridir. Arid səhralar kateqoriyasına aiddir. Oman, BƏƏYəmən dövlətlərinin ərazisində yerləşir. Koordinatları: 44°30' — 56°30' ş.u və, 16°30' — 23°00'. şim.e.

Rub-əl-Xali
ərəb. الربع الخالي
Rub-əl-Xali səhrasında qum təpələri
Rub-əl-Xali səhrasında qum təpələri
Ümumi məlumatlar
Sahəsi 650000 km²
Uzunluğu
  • 999.999,690624 m
Temperatur
  İllik yağıntı ≈35 mm
Yerləşməsi
19° şm. e. 49° ş. u.
Ölkələr
Rub-əl-Xali xəritədə
Rub-əl-Xali
Rub-əl-Xali
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Geoloji quruluş

Rub-əl-Xali Ərəbistan şelfi vasitəsilə cənub-qərbdən şimal-şərqə tərəf uzanmış böyük hövzədir. Qum təpələrinin hündürlüyü 250 m-ə çatır. Əsasən silikat qumundan təşkil olunub. Qumun tərkibinin 80–90 %-i kvars, qalanları — dəmir oksidlə örtülmüş çöl şpatından ibarətdir. Buna görə qum zərrəciklərinin rəngi narıncı və qırmızı rəngdədir.

Qalereya

Ədəbiyyat

Bruce Kirkby, Maurus Pascher: Im leeren Viertel. Piper, o. O., aprel 2003, ISBN 3-492-23865-3

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.