Ruanda soyqırımı
Ruanda soyqırımı və ya rəsmi olaraq Tutsilərin soyqırımı[1] — hutu hökumətinin əmri ilə Ruandada yaşayan tutsilərin hutular tərəfindən 6 aprel-19 iyul 1994-cü il ərzində kütləvi şəkildə öldürülməsi. Bu hadisə zamanı müxtəlif hesablamalara görə təxminən 500.000 və 1.000.000 arası insan həlak olmuşdur. Ölənlərin 70 faizi tutsilər idi. Qurbanların ümumi sayı ölkə əhalisinin 20 faizini təşkil edirdi. Soyqırım Ruandanın siyasi elitası tərəfindən planlaşdırılıb ordu, jandarma və İnterahamve, impuzamuqabi adlı xalq və dövlət tərəfindən dəstəklənən təşkilatlar tərəfindən həyata keçirilmişdir.
Ruanda soyqırımı | |
---|---|
Hücum yeri |
Ruanda |
Hücum hədəfi | Tutsilər |
Vaxt |
6 aprel-18 iyul 1994 |
Hücum üsulu | kütləvi qətllər, cinsi zorakılıq |
Həlak olanlar | 500.000-1.000.000 |
Təşkilatçılar | Hutu hökuməti, İnterahamve və impuzamuqabi dəstələri |
Vikianbarda əlaqəli mediafayllar |
Soyqırım |
Soyqırım |
---|
Yerli əhalinin soyqırımı |
Şimali Amerikanın kolonizasiyası
|
Sovet rejimində kütləvi qətllər |
SSRİ-də etnik təmizləmə
|
Nasistlər tərəfindən törədilən soyqırımlar |
|
Soyuq müharibə |
|
Müasir soyqırımlar |
|
Kütləvi qətllər 1990-cı ildən Ruanda Vətənpərvər Cəbhəsi (RVC) ilə hutu hökuməti arasında başlamış vətəndaş müharibəsi çərçivəsində baş verirdi. Ruanda Vətənpərvər Cəbhəsinin əksəriyyəti ölkədəki tutsilərə qarşı olan təqiblərdən qaçıb Uqandaya yerləşən qaçqınlardan ibarət idi. Prezident Juvenalya Xabiarimanaya olan beynəlxalq təzyiqlər 1993-cü ildə koalisyon hökumətin qurulmasını nəzərdə tutan Aruş razılaşmasının bağlanmasına gətirib çıxardı. Mühafizəkar hutular və prezidentin yaxın ətrafı sülh müqaviləsindən narazı idilər onlar, bunu düşmənə güzəşt kimi qəbul edirdilər. RVC-nin dayaqlarını möhkəmləndirməsi hutular arasında "hutu gücü" ideologiyasının populyarlaşmasına gətirib çıxardı. Bu ideologiya tutsilərin ruandalı olmadığını və onların monarxiyanı yenidən bərpa edib hutuları qul etmək arzularının olduğunu təbliğ edirdi, bu fikirlər isə hutular tərəfindən çox pis qarşılanırdı.
6 aprel 1994-cü ildə içində Xabiarimana və Burundi prezidenti Siprien Ntaryamiranın da olduğu təyyarə Ruandanın paytaxtı Kiqaliyə çatmamış vuruldu. Və təyyarədə olan hər kəs öldü. Məhz həmin gündən soyqırım başladı: əsgərlər, polislər və könüllülər tez bir zamanda tutsilərin əsas hərbi və siyasi xadimlərini, o cümlədən də hutuların arasında hakimiyyətdəki boşluğu doldura biləcək tərəfsiz siyasətçi və hərbiçiləri aradan götürdülər. Tezliklə hər yanda sərhəd-keçid məntəqələri və barikadalar qurub tutsiləri öldürməyə başladılar onların tutsi olduğunu isə sənədləri yoxlamaqla bilirdilər. Soyqırımın təşkilatçıları hutuları qonşuları tutsiləri zorlamaq, döymək, öldürmək və əmlaklarını məhv edib, mənimsəmək üçün silahlanmağa çağırır və bəzən də məcbur edirdilər. Sülh razılaşmasının pozulması RVC-nin hücumlarının bərpa olunmasına səbəb oldu, tezliklə ölkənin şimalı iyulun ortalarına isə paytaxt Kiqali tutuldu və bununla da qırğın dayandırıldı. BMT, ABŞ, Böyük Britaniya və Belçika BMT-nin Ruandaya Kömək Missiyasına daha çox dəstək verib səlahiyyətlərini artırmadıqlarına və hərəkətsizliyə görə tənqid olundular. 6 Apreldən sonra Fransa Ruanda hökumətinə dəstəkdə ittiham olunurdu. 7 aprel BMT tərəfindən Ruanda Soyqırımının beynəlxalq anım günü[2] kimi təsdiq olundu. Ruandanın özündə də 7 aprel Soyqırımı anım günü kimi, 4 iyul isə Qurtuluş günü kimi qeyd olunur.
Soyqırımın Ruandaya və həmsərhəd ölkələrə əhəmiyyətli dərəcədə böyük təsiri oldu. Kütləvi zorlanma hallarına görə QİÇS-ə yoluxanların sayı dəfələrlə çoxaldı. İnfrastrukturun məhv edilməsi və qurbanların sayının çox olması iqtisadiyyat üçün ağır nəticələr verdi. RVC-nin qələbəsi əksər hutuların qonşu ölkələrə qaçmalarına səbəb oldu. Onların çoxu Zairin(İndiki Konqo Demokratik Respublikası) şərq bölgələrində yerləşdilər, bu bölgədə radikallar Ruanda sərhəddinə yaxın yerləşən qaçqın düşərgələrini yenidən hakimiyyətə qayıtmaq üçün dayaq kimi istifadə edirdilər. Yeni qırğınların qarşısını almaq üçün RVC-i birinci və ikinci konqo müharibələrində Zair ərazisində döyüşürdülər. Bölgədəki tutsilərin və hutuların çoxu qaçqın statusu ilə yaşayırlar.
Soyqırıma qədərki tarix
Müstəmləkəçiliyə qədərki krallıqlar. Hutuların, tutsilərin və tvaların mənşəyi
İndiki Ruanda ərazisində ilk yerləşən ovçuluq və yığıcılıqla məşğul olan tva piqmeyləridilər. Onlar eramızdan əvvəl 8000–3000-ci illərdə bu bölgəyə yerləşib indiki dövrə qədər də həmin ərazilərdə yaşayırlar.[3] Eramızın 700–1500-cü illərdində bu ərazilərə tikinti məqasədi ilə meşələri qıran bantular gəldilər.[4][5] Bantu köçlərinin təbiətini izah edən fərqli fikirlər mövcuddur. Bir nəzəriyyəyə görə bura ilk hutular yerləşiblər onlardan sonra isə güman ki kuşit dil ailəsindən törəmə fərqli irqi qrup yaratmış tutsilər yerləşiblər.[6] Digər nəzəriyyəyə görə isə miqrasiya uzun müddətli daimi xarakter daşıyıb və sonradan gələn etnik qruplarla burada daha əvvəl yerləşən etnik qruplar arasında olan genetik oxşarlıq[7] onların çox tezliklə qaynayıb qarışmasına səbəb olub.[8][5] Bu nəzəriyyəyə görə tutsilər və hutular arasında olan fərqliliklər sonradan yaranıb və bu sinfi və ya kasta xarakteri daşıyırdı. Beləki tutsilər heyvandarlıqla hutular isə əkinçiliklə məşğul olurdular.[9][10] Əvvəlcə "tutsi" "varlı mal-qara sahibi" demək idi sonradan isə bu ad ümumi etnik qrupa aid edilməyə başladı.[11] Hutular, tutsilər və tvalar Ruandanın dövlət dili olan kinyaruanda dilindı danışırlar.[12]
Tədricən əhali klanlarda birləşməyə başladı[13] 1700-cü ildə isə bölgədə təxmini 8 krallıq mövcud idi[14]. Bu krallıqlardan biri nginya tutsilərinin klanı tərəfindən idarə olunan Ruanda krallığı 17-ci əsrin ortalarında bölgədə hakim qüvvəyə çevrildi[15]. Və IV Kiqeli Rvabugirinin hakimiyyəti dövründə krallığın ərazisi işğallara görə genişləndi[16] və o inzibati islahatlar keçirdi. Nəticədə mal-qaranın sahibliyi və ya onun başqalarına verilməsi ümumiyyətcə mal-qara ilə bağlı bütün imtiyazların digər hutulara tvalara və ya tutsilərə xidmət qarşılığında vermək hüququ tutsilərə məxsus oldu.[17] Eləcə də hutuların tutsilər üçün məcburi əməyə cəlb edilməsi rəsmiləşdi.[18] IV Kiqelinin islahatları bu iki qrup arasında sosial, iqtisadi və sinfi fərqləri daha da dərinləşdirdi.[18]
Müstəmləkəçilik dövrü
1884-cü ildə baş tutmuş Berlin konfransında gələcək Ruanda-Urundi ərazisinin Almaniya imperiyasına verilməsi qərarı qəbul edildi.[19] İmperiya bölgəni ordakı krallığın monarxı ilə idarə edirdi, bu isə ərazini kolonizasiya etmək üçün lazım olan əsgər sayının ixtisar olunmasına səbəb oldu.[20] Almanlar hesab edirdilər ki, tutsilər Ruandaya Efiopiyadan gəliblər, məhz buna görə də avropoidlərə daha yaxındırlar nəticədə onlar hutular üzərində irqi üstünlüyə malikdirlər və dövlətə xidmət üçün daha uyğundurlar. Kral V Yuxi müstəmləkəçiləri böyük məmnuniyyətlə qarşıladı və onların köməyi ilə öz hakimiyyətini möhkəmləndirdi.[21] Birinci Dünya Müharibəsi zamanı Belçika qoşunları Ruandanı və Burundini işğal etdilər və 1919-cu ildə bu torpaqlar Millətlər liqasının mandat ərazisi elan edildi və Belçikanın idarəetməsinə verildi.[21]
Belçikalılar monarxiyanı dəstəkləsələr də, 1926-cı ildən Belçika Konqosunda olduğunu kimi birbaşa idarəetmə üçün sistemdə dəyişikliklər etməyə başladılar.[22][23] Onlar qəbilə başçılığı sistemini sadələşdirib qəbilə başçılarını azaltdılar, onların idarəetməsini isə tutsilərə tapşırdılar, bundan başqa məcburi əməyin də miqyasını artırdılar.[24] Hökumətin nəzarəti altında tutsi qəbilə başçıları torpaq islahatları keçirdilər. Bu islahatlar nəticəsində hutu icmalarının əlində olan otlaq sahələri minimal məbləğ ödənilməklə müsadirə edilərək özəlləşdirildi.[25] 1930-cu illərdə müstəmləkəçilər təhsil, səhiyyə, ictimai işlər və kənd təsərrüfatı sahələrində irimiqyaslı layihələr həyata keçirdilər.[26] Tutsilərin hökmran vəziyyətinin qorunması ilə yanaşı heç bir hüququ olmayan hutuların istismarı da davam edirdi.[27] 1935-ci ildə Ruanda-Urundidə insanların milliyyətinin də göstərildiyi şəxsiyyət vəsiqələrinin paylanılması başlandı. Əvvəllər varlı hutu fəxri tutsi ola bilərdi, lakin bundan sonra siniflərarası yerdəyişmə dayandırıldı.[28] Belçika hakimiyyəti daha çox katolik rahiblərə etibar edirdi nəticədə kilsənin cəmiyyətdəki rolu artdı: cəmiyyətdəki yerini yaxşılaşdırmaq məqsədi ilə bir çox ruandalı katolikliyi qəbul etdi.[29]
Etnik zəmində qarşıdurmalar. Müstəqillikdən sonra hutular və tutsilər arasındakı münasibətlər
İkinci dünya müharibəsindən sonra, müharibəyə qədərki sosial islahlatların rədd edilməsi və ruhanilərin hutulara müsbət münasibətinin nəticəsi olaraq ölkədə hutuların azadlığı hərəkatı möhkəmlənməyə başladı.[30] Kral və bəzi nüfuzlu tutsilər hutuların nüfuzlarının artmasını görüb onlara azadlıq verilməsinin qarşılığında öz şərtlərini təbliğ etməyə başladılar.[30] 1957-ci ildə bir qrup hutu alimi hutuları və tutsiləri ilk dəfə iki ayrı irqə ayıran yazıların və "statistik qanunlara" görə hakimiyyətin hutulara verilməsi çağırışlarının da yer aldığı manifest dərc etdilər.
1 noyabr 1959-cu ildə tutsiləri dəstəkləyən partiyanın tərəfdarları Kiqalidə hutu tayfa başçısının müavini Dominika Mbonyumutuvuya hücum etdilər. Sağ qalmasına baxmayaraq, ölkədə onun ölümü ilə bağlı yayılan şayiələr[31] hutuların tutsiləri öldürməyə başlamasına səbəb oldu bu hadisələr isə öz növbəsində kütləvi iğtişaşların başlanğıcı kimi qeyd olunur.[31] Tutsilər də onlara eyni cür cavab verdilər, lakin hutular tutsiləri əvvəlki mövqelərindən məhrum etmək istəyən belçikalıların dəstəyindən tam istifadə edirdilər.[32] 1960-cı ilin əvvəlində müstəmləkə administrasiyası bir çox tutsi tayfa başçılarını hutularla əvəz etdi, elə həmin ilin ortalarında hutuların əzici çoxluğunu təsdiqləmək üçün kommunalarda seçkilər keçirdilər.[33] Kral devrildi və respublika elan olundu. 1962-ci ildə isə müstəqillik əldə etdilər.[34]
Artan gərginliyə görə tutsilər ölkəni tərk etməyə başladılar, etnik təmizləmələrdən qurtulmaq üçün qonşu Burundi, Uqanda, Tanzaniya və Zairdə sığınacaq tapdılar.[35] Orada qaçqın haqqları ilə yaşayan tutsilər[36] tezliklə vətənə qayıtmaq uğrunda təbliğat aparmağa başladılar[37] və tez tez Ruanda ərazisinə basqınlar edən "tarakanlar" ləqəbli silahlı dəstələr formalaşdırdılar. Bu döyüş əməliyyatları tutsilərin böyük məğlubiyyəti ilə yekunlaşdı və tutsilərə qarşı tutulacaq gələcək divanlara səbəb olub onların ölkədən daha da çox qaçmaları ilə nəticələndi.[37] 1964-cü ildə ölkəni 300 000 tutsi tərk etdi, onlara vətənə yalnız 30 ildən sonra geri dönmək icazəsi verilmişdi.[38] Tutsilərə qarşı diskriminasiya davam edirdi, lakin onlara qarşı olan zorakılıq, 1973-cü il hərbi çevrilişi nəticəsində Juvenalya Xabiarimananın hakimiyyətə gəlməsi[39] ilə müəyyən dərəcədə azalmağa doğru getdi.
Ruandadakı əhali sıxlığı Afrika üzrə ən yüksək göstəricilərdəndir-kv kilometrə 408 nəfər. Əgər 1931-ci ildə ölkədə 1,3 milyon insan yaşayırdısa 1989-cu ildə onların sayı 7,1 milyona qədər artdı, bu isə torpaq üstündə münaqişələrə səbəb oldu. Fransız tarixçi Jerar Prunye hesab edir ki əhalinin çoxluğu soyqırımın səbəblərindən biri idi.[40] Eyni nəticəyə həmdə təkamül bioloqu Cared Daymond da gəlir o, maltuzian tələsini (əhalinin artmasına görə əkin üçün yerlərin çatışmaması və ya torpaqların əldən düşməsi) münaqişəyə əsas səbələrdən biri kimi göstərir.[41]
Vətəndaş müharibəsi
1980-ci illərdə 500 ruandalı qaçqından ibarət dəstə Fred Rvigemanın rəhbərliyi altında Milli Müqavimət Ordusunun tərkibində Milton Obotenin devrilməsi və Yoveri Museveninin[42] qələbəsi ilə başa çatmış Uqanda vətəndaş müharibəsində iştirak etmişdir. Yoveri Museveni prezident olandan sonra dəstə hələ də yerli silahlı qüvvələrin tərkibində idi, lakin qələbədən dərhal sonra onlar ordudakı gizlin şəbəkələşmiş tərəfdarları vasitəsi ilə öz doğma torpaqlarına hücuma keçmək üçün hazırlıqlara başladılar.[43] 1 oktyabr 1990-cı ildə Rvingemanın rəhbərliyi ilə 4000-dən[44] çox döyüşçü RVC bayrağı altında ölkə ərazisinə soxuldular və 60 km-dən artıq irəlilədilər.[45] Növbəti gün RVC lideri dünyasını dəyişdi[46] onun yerini müavini Pol Kaqame aldı.[47] Fransa və Zair hökumət qüvvələrinə dəstək vermək üçün hərbi dəstələr yolladılar.[48] Tutsi dəstələri geri Uqandaya çəkildilər oradan isə Ruandanın şimalında yerləşən Virunqa dağlarına yerləşdilər.[49] Burada tutsi diasporasının köməyi ilə yenidən dəstələr formalaşdırıb onları silahlandırdılar[50].
1991-ci ilin yanvar ayında Kaqamenin ordusu gözlənilməzlik elementindən istifadə edərək Ruxenqeri şəhərini tutdu bir gün sonra isə meşələrə doğru geri çəkildi.[51] 1992-ci ildə RVC partizan müharibəsini təşkil edib bir sıra sərhədyanı bölgələri tutdu, lakin münaqişədə elə də əhəmiyyətli uğura nail olmadı.[52] Həmin ilin iyununda koalisyon hökumət formalaşdırıldı və üsyançılar hökumətlə danışıqlara razılaşdılar. Bu danışıqlar Tanzaniyanın Aruşa şəhərində aparıldı.[53] 1993-cü ilin əvvəlində Ruandada bir neçə ekstremist hutu qrupları yarandı. Bu qruplar tutsilərə qarşı geniş miqyasılı qırğının[54] törədilməsini tələb edirdilər, buna cavab olaraq isə tutsi dəstələri sülh danışıqlarına son qoyub ölkənin şimalında daha geniş əraziləri tutdular.[55] Lakin tezliklər danışıqlar davam etdirildi və 1993-cü ilin avqustunda Aruş razılaşması imzalandı bu razılaşmaya görə RVC təmsilçilərin keçid hökumətində və silahlı qüvvələrdə təmsil olunmaq hüququ aldılar.[56][57] BMT-nin Ruandaya kömək (BMTRKM) missiyası çərçivəsində Təhlükəsizlik Şurasının 872-ci qətnaməsinə əsasən 5 oktyabr 1993-cü ildən etibarən hər iki tərəfin razılığı ilə[58] ölkəyə sülhməramlı qüvvələr yerləşdirildi, parlament binasında isə üsyançılar müvəqqəti bazalarını yerləşdirdilər.[59]
"Hutu gücü" hərəkatı
Xabiarimananın hakimiyyətinin ilk dövrlərində ölkədə iqtisadi vəziyyət yaxşı idi tutsilərin irimiqyaslı təqibləri azalmışdı.[39] Bununla yanaşı bir çox radikal hutu və rejimini qorumaq üçün güvəndiyi, yoldaşı Aqatanın da üzvü olduğu "akazu" ailəsi öz mövqelərini qoruyurdular.[60] RVC-nin ölkəyə hücumundan sonra Xabiarimanu xalqın tutsilərdən qorxmasından istifadə edərək onlara qarşı nifrətin alovlanmasına şərait yaratdı. Bu ideologiya "Hutu gücü" adını aldı.[61] Bir qrup zabit və hökumət nümayəndəsi tərəfindən yaradılmış Kanqura" jurnalı bu hərəkatın səsinə çevrildi. Bu jurnalda tutsilərlə ailə quran hutuları vətən xaini kimi qələmə verən[62] rasist “On Hutu qanunu” dərc olunmuşdur. 1992-ci ildə hakimiyyətdəki demokratiya və inkişaf naminə Milli respublikaçı hərəkatla əlaqəli daha sərt cərəyanın tərəfdarları "Respublika Müdafiəsi Koalisiyası" adlı partiyanın əsasını qoydular. Bu partiyanın üzvləri hökumət başçısını Kaqame dəstələrinə qarşı yumşaq rəftarda günahlandırırdılar.[63]
1992-ci ildə atəşkəslə bağlı müqavilənin qəbulundan sonra hökumətdə və hərbi qüvvələrdə olan ekstremist çevrələr tutsilərin də hökumət dairələrində təmsil olunacaqlarından narahat olub prezidentə qarşı birləşdilər.[64] Prezident isə öz növbəsində ordu sıralarından yüksək rütbəli radikalları çıxarmağa çalışdı, lakin buna qismən nail oldu belə ki Aqatanın çevrəsi ilə əlaqəli olan general mayor Oqyusten Ndidiliymana və polkovnik Teoneste Baqosora öz vəzifələrində qaldılar bu isə "akazu" ailəsinə hələ də öz əllərində hakimiyyət rçaklarını qorumalarına imkan verirdi.[65] 1992-ci il boyunca sərt cərəyanın tərəfdarları digər ekstremist hutuların dəstəyini almaq üçünü tutsilərin silsilə qətllərini təşkil etdilər. 1993-cü ilin yanvar ayında radikallar və yerli əhali tərəfindən 300 nəfərin qətlə yetirilməsi[54] hadisələrin kuliminasiya nöqtəsi idi. RVC kütləvi qətlləri səbəb göstərərək həmin ilin fevralında yenidən hərbi əməliyyatlara başladı.[66]
1993-cü ilin ortalarında "Hutu gücü" hərəkatı hökumət başçısı və ənənəvi mötədil müxalifətdən sonra üçüncü siyasi gücə çevrildi.[61] KER-dən başqa heç bir partiya bu ideologiyanı tamamilə dəstəkləmirdi demək olar ki onların hər biri liderlik üçün mübarizə aparan iki fraksiyaya bölündülər.[67] Hakimiyyətdəki NRD-də də istisna deyildi beləki partiyadakı "Hutu gücü" tərəfdarları Xabiarimananın sülh sazişi bağlamaq niyyətinə qarşı çıxırdılar.[68] Partiyaların radikal qanadına aid olan[69] gənclərdən ibarət tutsilərə aktiv şəkildə divan tutan döyüş qrupları yarandı.[70] Bu qruplara Milli respublikaçı hərəkatın üzvləri tərəfindən dəstəklənən interexamve[69] və Respublikanın müdafiəsi koalisiyasından impuzamuqabi dəstələri aid idi.[71] Könüllülər silahlı qüvvələr tərəfindən və bəzən də bu dəstələrin əsas hədəfindən xəbərsiz olan fransızlar tərəfindən təlim görürdülər.[69]
Soyqırımın hazırlanması
Tutsilərin tam məhvi ilə bağlı fikrin ilk dəfə nə vaxt ortaya çıxması ilə bağlı müxtəlif fikirlər mövcuddur. Fransız tarixçi Jerar Pryunye bu fikrin ilk dəfə 1992-ci ildə hökumət başçısının üsyançılarla danışıqlara getməsindən sonra,[72] britaniyalı jurnalist Linda Melven isə 1990-cı ildə RVC-nin hücumlarından sonra ortaya çıxdığını qeyd edir.[73] Məhz bu ildən ordu "mülki müdafiə" çərçivəsində vətəndaşları gələcəkdə soyqırımın əsas aləti olan[74] maçetelərlə silahlandırmağa və onlara təlimlər keçməyə başladı.[74] 1990-cı ilin sonundan etibarən silahlı qüvvələr əsasən də Misirdən böyük həcmdə qranat və silah sursat almağa başladılar. Misirin xarici işlər naziri olmuş sonradan BMT-nin baş katibi seçilmiş Butros Butros-Qalinin Ruandayla Misir arasında baş tutmuş böyük silah satışı müqaviləsində rolu olmuşdur.[75] Bir il içərisində yerli müdafiə qüvvələrinin sayı 10.000-dən 30.000-ə qədər yüksəldi.[74] Gənc əsgərlər çox vaxt nizamsızlıqları ilə fərqlənirdilər.[74] Elit prezident qvardiyası və jandarma arasında, yaxşı hazırlanmış hissələr və adi qoşunlar arasında fərqlər böyüməyə başladı.[76]
1993-cü ilin martında "Hutu gücü" tərəfdarları aradan götürməyi planlaşdırdıqları insanlar haqqında "satqınlar" siyahıları tərtib etməyə başladılar. Güman ki bu siyahılarda Xabiarimananın da adı var idi.[68] Radikallar hesab edirdilər ki dövlət radiosu olan "Radio Ruanda" həddindən artıq liberal və müxalifətyönümlüdür buna görə də efirdə rasist təbliğat aparıb, bölücü musiqilər və çirkli yumorla ölkədə tanınmış[77] "Minlərlə təpənin azad radio və televiziyası" adlı radio stansiyanın əsasını qoydular. Bir elmi araşdırmaya əsasən "Azad təpələr" radiosu soyqırım zamanı baş verən zorakılıqların təxmini 10%-ə görə cavabdehdir.[78] 1993-cü il ərzində ekstremistlər kənd təsərrüfatına lazım olandan daha çox maçete və silah kimi istifadəsi mümkün olan ülgüclər, mişarlar, qayçılar idxal edib guya ki mülki müdafiə məqsədi ilə əhaliyə paylayırdılar.[79]
1993-cü ilin oktyabrında, iyun ayında Burundi prezidenti seçilmiş və bu vəzifədə ilk hutu olan Melxior Ndadaye zabit korpusu sıralarında olan tutsi ekstremistləri tərəfindən öldürülmüşdür.[80] Baş vermiş hadisə kütləvi iğtişaşlara səbəb oldu, hutular arasında tutsilərin düşmən olduğu və onlara güvənməyin lazım olmadığı fikirləri möhkəmləndi. Respublika Müdafiəsi Koalisiyası və digər partiyalardan olan "Hutu gücü" tərəfdarları başa düşdülər ki yaranmış vəziyyətdən öz xeyirləri üçün istifadə edə bilərlər. Buna qədər tutsiləri məhv etmək fikri yalnız ekstremistlər arasında yayılmış ikinci dərəcəli fikir idi bu hadisələrdən sonra isə bu fikir birinci dərəcəli oldu və onlar bu "problemi" birdəfəlik həll etmək üçün planlar qurmağa başladılar. Radikallar Ndadayenin ölümü ilə bağlı yaranmış narazılıqdan istifadə edib "Azad təpələr" radiosunun təbliğatı[81] ilə hutuları cinayətə sövq etməyin vacib olduğu qərarına gəldilər. Hərəkatın liderləri interexamve dəstələrini kalaşnikov avtomatları və digər silahlarla silahlandırmağa başladılar, halbuki bu hadisələrə qədər onlarn tabeliyində yalnız maçetelər və ənənəvi silahlar var idi.[82]
11 yanvar 1994-cü ildə BMTRKM-nın komandanı general Romeo Daller sülhməramlıların tərkibindəki belçikalı əsgərləri öldürüb Belçika tərəfini missiyadan uzaqlaşdırmaq məqsədi ilə hutu qruplaşmalarına silah paylanacağı ilə bağlı yüksək vəzifəli informatordan informasiya aldığı ilə bağlı BMT-nin baş qərargahına faks yollamışdı.[83] Dallerin informatoruna Kiqalidəki bütün tutsiləri qeydiyyata almaq tapşırılmışdı. O həm də bildirmişdi ki 20 dəqiqə ərzində 1000 tutsi məhv edilə bilər.[84] General informatorun özünün və ailəsinin mühafizəsi üçün icazə istəyirdi. Buna isə yuxarıdan daha ətraflı göstəriş gəlmədən sülhməramlı missiya iştirakçılarına hərəkət etməyi qadağan edən Kofi Annan razılıq vermirdi. Hətta soyqırım başlayanda belə gərəkli əmrləri vermək səlahiyyəti olan Annan BMT-nin nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinə əsasən ölkələrin daxili işlərinə silahlı müdaxilənin arzuolunmaz olduğunu əsas gətirərək soyqırımla bağlı bir addım atmırdı.[85][86]
Xabiarimananın öldürülməsi
6 aprel 1994-cü ildə içində Xabiarimana və Burundi prezidenti Siprien Ntaryamiranın da olduğu təyyarə Ruandanın paytaxtı Kiqaliyə çatmamış vuruldu. Və təyyarədə olan hər kəs öldü.[87] Bəzi tarixçilər hadisənin baş verməsində RVC-ni günahlandırırlar, lakin eyni zamanda hutu ekstremistləri də bu cinayətdə günahlandırılır. Rəsmi istintaq isə silahlı qüvvələrin tərkibindəki radikal-hutuların bu hadisədə əllərinin olduğu qərarına gəldi.[88] 2012-ci ilin yanvar ayında fransız müstəntiqlər bəyan etdilər ki təyyarəni vuran raket Kaqame tərəfdarı tutsilərin nəzarətində olan hərbi hissədən buraxıla bilməzdi.[89]
Həmin günün axşamı hərbi rəhbərliyin üzvlərindən, sıralarında daha yüksək rütbəli[90] zabitlərin olmasına baxmayaraq polkovnik Baqosoranın rəhbərliyi ilə böhran komitəsi[91] yaradıldı. Qanunla prezidentin səlahiyyətlərini baş nazir Aqata Uvilinqiyimana yerinə yetirməli idi, lakin hərbiçilər onun hakimiyyətini qəbul etmədilər. Həmin gecə Daller səlahiyyətlərin baş nazirə verilməsi üçün hərbiçiləri yola gətirməyə çalışdı, lakin Baqosora bəyan etdi ki baş nazir "Ruanda xalqının etibarını qazana bilməyib" və " dövləti idarə edə bilməz". Komitə ölkədə nizamın yaradılmasının vacib olduğunu irəli sürüb varlığına haqq qazandırırdı.[92] Baqosora BMTRKM və RVC-ni[93] inandırmağa çalışırdı ki komitə nəzarətdən çıxmış prezident qvardiyasının[94] qarşını almağa çalışır və Aruş razılaşmasının şərtlərinə əməl edəcək.[92]
Mötədil fiqurların öldürülməsi
BMTRKM-ı xalqa müraciət etmək üçün radioda çıxış etməyi düşünən baş nazir Uvilingiyimananı "Radio Ruanda"nın yerləşdiyi binaya qədər müşayiət etmələri üçün onun evinə 10 belçikalı əsgərdən ibarət dəstə göndərdi. Tezliklə prezident qvardiyası radionu ələ keçirdi və bu plan baş tutmadı.[95] Səhər bir qrup əsgər və mülki əhali belçikalıları mühasirəyə alıb onları silahı yerə qoymağa məcbur etdilər,[96] bundan sonra isə Uvingiliyimana və həyat yoldaşı öldürüldü. Onların övladları mebelin arxasında gizlənmişdilər və BMTRKM-nın zabiti Mbaye Diagne tərəfindən xilas olundular.[97] Əsir götürülən sülhməramlıları hərbi bazaya aparıb işgəncə verərək öldürdülər.[98] 2007-ci ildə bu qətlləri törədən prezident qvardiyasının komandiri mayor Bernard Ntuyahaqa Belçikada 20 il həbs cəzası aldı.[99] Aprelin 6-dan 7-ə keçən gecə radikallar Kiqalidəki bütün evlərdə tutulmuş siyahılar əsasında mötədil siyasətçiləri, jurnalistləri aradan götürmək üçün axtarırdılar:[100][96] ekstremistlər tərəfindən xüsusilə konstitusiya məhkəməsinin sədri, kənd təsərrüfatı naziri, Liberal partiyasının sədri və onun kanada əsilli həyat yoldaşı öldürülmüşdür.[95] Mötədil fiqurların çox az qismi sağ qala bildi. Təqiblərə yalnız, komitə tərəfindən namizədliyi rədd edilmiş Baqosoranın irəli sürdüyü[101] Auqustin Bizimunqunun yerinə təyin olunmuş, yeni baş qərargah rəisi Marsel Gatsinzi məruz qalmadı. Gatsinzi silahlı qüvvələri soyqırımda iştirakdan uzaq tutmağa[102] və RVC ilə sülh müqaviləsi bağlamağa çalışırdı,[103] lakin o qoşunlara tam nəzarət edə bilmirdi. On gündən sonra onu radikal Bizimunqu ilə əvəz etdilər.[102]
Soyqırım
Planlaşdırılması və təşkili
Prezidentin ölümündən sonra[104] Baqosoranın rəhbərlik etdiyi böhran komitəsi hakimiyyəti ələ keçirdi və soyqırımın təşkilində əsas əlaqələndiriciyə çevrildi.[105] Polkovnik şəxsən özü paytaxtdakı İnterahamve dəstələrinə müraciət edərək[106] və digər əyalətlərdəki ekstremist liderlərə göstəriş[107] verərək tutsilərin öldürülməsini əmr etmişdir. Kütləvi qətllərin təşkilatçılarından biri də prezident qvardiyasının və desant qüvvələrinin komandanı müdafiə naziri Ogyusten Bizimana idi. Biznesmen Felisyan Kabuqa "Minlərlə təpənin azad radio və televiziyası"-nı və İnterahamve dəstələrini maaliyələşdirirdi.[105] Kiqalidə soyqırım prezident qvardiyası tərəfindən, İnterahamve və impuzamuqabi dəstələrinin köməyi ilə həyata keçirilirdi.[108] Sərhəd keçid məntəqələrindəki qətllərdən başqa,[109] yaraqlılar tutsiləri tapmaq məqsədi ilə evləri də axtarıb tutsilərin əmlaklarını talayırdılar[108]. Kiqalinin qubernatoru qətllərə bilavasitə rəhbərlik edərək, davamlı olaraq keçid məntəqələrini yoxlayıb əmrlər verir az aktivlik göstərən silahlıları isə qovurdu[110]. Kəndlərdəki idarəedici orqanlar təlimatları daha üst dairələrdən qəbul edirdilər. Əmrlər paytaxtdan qubernatorlara gəlirdi onlar isə əmri dairə rəhbərlərinə çatdırırdılar, dairə rəhbərləri isə öz tabeçiliklərindəki işçilərə əmr edirdilər.[111] Əyalətlərdəki qətllərin əksəriyyəti hakimiyyətin əmri ilə həyata keçirilirdi.[112] Hakimiyyətə tabe olmaqdan,[113] təbliğata uymaqdan əlavə məcbur etmə də bu qətllərin törədilməsində əsas rol oynayırdı. Soyqırımda iştirak etmək istəməyənləri tutsilərə ürəyi yanan elan edib özünü öldürməyə məcbur edirdilər.[112]
8 aprel Böhran Komitəsi Aruş razılaşmasına uyğun olmayaraq, 1991-ci ilin Konstitusiyasına görə Jan Kambandanın rəhbərliyi ilə müvəqqəti hökuməti təyin etdi. Teodor Sindikubvabo isə prezident səlahiyyətlərini yerinə yetirməyə başladı.[114] Yeni kabinetə bütün siyasi partiyaların nümayəndələri daxil idi, lakin onların çoxu ekstremist fraksiyaların nümayənələri idilər.[115] Hökumət öz işinə 9 apreldə başladı, lakin RVC və silahlı qüvvələrin arasında Kiqalidə baş verən toqquşmalara görə hökumət Gitaramaya köçürüldü. Böhran komitəsinin buraxılmasına baxmayaraq Baqosora və hərbi rəhbərlik dövləti de-fakto idarə etməyə davam edirdilər.[116] Mülki orqanlar əhalinin tutsilərə qarşı mübarizə üçün səfərbərliyində iştirak edərək legitim rejim olduqları görüntüsünü yaratmağa çalışırdılar, halbuki tamamilə hərbiçilər tərəfindən idarə olunurdular və nə ordunu, nə də İnterahamve dəstələrini saxlayacaq gücləri yox idi.[117][116] Dallerin xatirələrinə görə hökumət üzvləri baş nazir və informasiya naziri xaric heç biri bir işlə məşğul olmurdular.[118]
Öldürmə üsulları
Qurbanların əksəriyyəti yaşadıqları yerlərdə, daha çox qonşuları və yerli əhali tərəfindən öldürülmüşdülər. Könüllülər çox vaxt milli maçete-panqa ilə silahlanırdılar bəzi hərbi birləşmələr isə avtomatlardan istifadə edirdilər. Hutu dəstələri tutsiləri məktəblərdə və kilsələrdə axtarırdılar, tapan kimi də məhv edirdilər. Yerli hakimiyyət orqanları və radio stansiyalar vətəndaşları qonşularını öldürməyə çağırırdılar. Bunu qəbul etməyənləri isə yerindəcə öldürürdülər.[119] 12 aprel tarixində 1500 tutsi Nyanqa şəhərindəki katolik kilsəsində gizlənmişdi. Hökumət dairələrinin dəstəyini alan yerli İnterahamve üzvləri kilsəni buldozerlərlə dağıdıb[120] qaçmağa çalışanları maçetelər və odlu silahlarla öldürdülər. Kilsənin dağıdılmasına kömək edərək, soyqırımda iştirak edən rahib Atonaz Seromba insanlığa qarşı cinayətdə təqsirləndirilərək Ruanda Beynəlxalq Cinayət Tribunalı tərəfindən ömürlük həbsə məhkum olundu.[120][121][122] Minlərlə insan belçikalı sülhməramlıların yerləşdikləri paytaxt kollecinin binasında sığınacaq tapmışdılar, lakin 11 aprel tarixində sülhməramlıların gedişi ilə binada olan bütün tutsilər hərbi və könüllü dəstələr tərəfindən öldürüldülər.[123] Tutsiləri xilas etməyə çalışanlardan biri general Daller idi, onun sayəsində 32.000 insan sağ qaldı.[124] Pol Rusesabacina mindən çox insana sığınacaq verərək,[125] sülhməramlı kontingentin zabiti Mbaye Dian isə yüzlərlə insana kömək edərək onları ölümdən qurtarmışdılar.[126]
Cinsi zorakılıq
Soyqırım təşkilatçılarının fikrincə kütləvi zorlanmalar cəmiyyəti birdəfəlik böləcəkdi.[127] Tutsi qadınlarının "cinsi cazibədar", "beşinci kalon" və "hutuların düşmənləri ilə əlaqəli" təsvir edib təbliğat aparmaları cinsi cinayətlərin sayında əhəmiyyətli rol oynamışdı. Zorakılıq xüsusi qəddarlıqla baş verirdi bu zorakılıqlarda hutu qadınları da iştirak edirdilər – təbliğat əhalinin cinsi ehtiyaclarından səmərəli şəkildə istifadə edirdi.[128] Hutu radikalların zorakılığına çox vaxt tutsi qadınları məruz qalırdılar, lakin qurbanların arasında bir çox mötədil hutular,[129] tutsilərə ərə getmiş hutular və eləcə də tutsiləri gizlədən hutu qadınları da məruz qalırdılar.[130] BMT-nin 1996-cı ildəki hesabatında zorlanma hallarının sistematik olduğu və silah kimi istifadə edildiyi öz əksini tapıb. Beləki təşkilatçılar mülki vətəndaşları təcavüzdə iştirak etməyə məcbur edirdilər. Zərəçəkmişlərdən birinin ifadələrinə görə onu gündə beş dəfə yerli sakinlərin və yüksək çinli hərbiçilərin gözü qarşısında zorlayırdılar.
Zorlanmadan zərər çəkənlərin çoxu QİÇSə yoluxmuşdular.[131] Beləki silahlılar xəstəxanalardan yüzlərlə QİÇS xəstəsini buraxıb onlardan xüsusi dəstələr təşkil etmişdilər bu dəstələr isə cinsi zorakılıqda aktiv iştirak edirdilər.[132]
Qurbanların sayı
O dövrdə ölkədə olan qarşıqlığa görə qurbanların sayı ilə bağlı rəqəmlər fərqlidir. Hökumət qurbanları saymaqla məşğul olmayıb. RVC hökuməti 1.071.000 insanın öldüyünü və ölənlərin 10 %-nin hutu olduğunu bəyan edib. Jurnalist Filip Qureviç ölənlərin bir milyon olduğu ilə razılaşır. BMT təxmin edirki kütləvi qətliam 800.000 insanın ölümü ilə nəticələnib. Human Rights Watch təşkilatına görə isə azı 500.000 insan, başqa hesablamalara görə isə təxminən 750.000 insan bu qətliam nəticəsində öldürülüb.[133]
Ruanda Vətənpərvər Cəbhəsinin (RVC) irəliləməsi
7 aprel RVC lideri Pol Kaqame böhran komitəsinə və BMTRKM-a xəbərdarlıq edərək bildirdi ki soyqırım dayandırılmasa sülh sazişinə əməl etməyəcək.[134] Növbəti gün hökumət qüvvələri parlament binasına bir neçə istiqamətdə hücum etdilər, lakin binada yerləşmiş tutsi qüvvələri bu hücumları dəf etdi.[135] RVC ölkənin şimalından üç istiqamətdə tezliklə Kiqalidə mühasirədə olan dəstələrlə birləşmək üçün hücumlara başladı.[136] Kaqame müvəqqəti hökumətlə danışıqlar aparmağa razılaşmadı çünki bu hökumətin Baqosoranın əməllərini ört-basdır etmək üçün yaradıldığını düşünürdü və hökumətin soyqırımın qarşısını alacağına inanmırdı.[137] Sonrakı bir neçə gündə RVC-nin dəstələri durmadan cənuba doğru hərəkət etdilər paytaxtın şimal şərqindəki əhəmiyyətli əraziləri və Qabiro şəhərini tutdular.[138] Onlar Kiqali və Byunba şəhərlərinə hücum etməkdən qaçırdılar əksinə bu şəhərləri mühasirəyə alıb təchizat yollarını kəsməyə çalışırdılar. Uqandadan gəlmiş qaçqınlara Kaqamenin ordusunun nəzarəti olan ərazilərdə, cəbhə xəttindən kənarda yerləşməyə icazə vermişdilər.[139]
Aprel ayında BMT-nin missiyası dəfələrlə münaqişə tərəflərinə atəşkəslə bağlı müqavilə bağlamağı təklif etdi, lakin Kaqame buna razılıq verməyərək bildirirdi ki, soyqırım davam etdikcə heç bir sülh müqaviləsindən söz gedə bilməz.[140] Aprel ayının sonunda Tanzaniya ilə sərhəd bütün bölgələr tutsilərin nəzarətinə keçdi və onlar Kibunqo şəhərindən qərbə, paytaxtın cənubuna doğru hücuma keçdilər.[141] RVC dəstələri Kiqali və Ruxenqeri şəhərlərindəki döyüşlər xaric digər bölgələrdə demək olar ki müqavimətlə rastlaşmırdılar.[137] 16 may tarixində onlar müvəqqəti hökumətin yerləşdiyi Gitarama şəhəri ilə paytaxtı birləşdirən yolu kəsməyə müvəffəq oldular. 13 iyun tarixində hökumət qüvvələrinin uğursuz əks-hücumundan sonra şəhər təslim oldu və müvəqqəti hökumət Ruandanın şimal qərbində yerləşən Gisen şəhərinə köçürüldü.[142] RVC sıraları daima soyqırımda sağ qalmış tutsilər və Burundidən gəlmiş qaçqınların sayəsində artırdı, lakin yeni əsgərlər köhnə əsgərlərə nisbətən təlimsiz və intizamsız idilər.[143]
Paytaxtı tamamilə mühasirəyə alan RVC dəstələri iyunun ikinci yarısında paytaxt uğrunda döyüşlərə başladılar. Hökumət qüvvələri həm silahlanmaya həm də say baxımdan üstünlüyə malik idilər, lakin tutsi dəstələri dayanmadan daha çox böyük əraziləri ələ keçirirdilər bu isə əks tərəfdə böyük ruh düşkünlüyü yaradırdı. Tutsilər həmdə tez tez cəbhə xəttini yararaq basqınlar edib mülki insanları xilas edirdilər bununla da Kaqame sübut edirdi ki hökumət qüvvələri paytaxtı qorumaqla yox soyqırım törətməklə məşğuldular.[144] 4 iyul tarixində Kiqali, 18 iyulda isə Gisen və hutu nəzarəti altında olan şimal qərb əraziləri də təslim oldular. Soyqırım dayandırıldı.[145]
Beynəlxalq müdaxilə
BMT-nin Ruandaya Kömək Missiyası (BMTRKM)
Missiyanın başladığı 1993-cü ilin oktyabrından[146] onun komandanı general mayor Daller "Hutu gücü" hərəkatından[147] və onların tutsiləri məhv etmək planlarının olmasından xəbərdar idi.[148] Onun gizli silah anbarlarının axtarışı barəsində sorğusu Sülhün Mühafizəsi Əməliyyatları Departamenti tərəfindən qəbul edilməmişdi.[147] Sülhməramlılara prezident Xabiarimana və radikal tərəfdarlar mane olurdular[149] və artıq 1994-cü ilin aprel ayında BMT-nin Təhlükəsizlik şurası irəliləyişin olmayacağı təqdirdə BMTRKM-nın mandatını geri alacağı ilə təhdid edirdi[150]. Dövlət başçısının ölümündən və soyqırımın başlamasından sonra general Daller vətəndaş müharibəsinin yenidən başlanmasının qarşısını almaq üçün[151] böhran komitəsi və RVC arasında sülhün bağlanmasına cəhd edirdi, lakin cəhdləri nəticəsiz qaldı.[134] BMT-nin nizamnaməsinin altıncı bəndinə uyğun olaraq missiyanın hərbiçilərinə silahla bağlı baş verən hadisələrə qarışmağa icazə verilmirdi,[109] bundan başqa missiyanın ruandalı əməkdaşlarının çoxu soyqırımın ilk günlərində öldürülmüşdülər bu isə BMTRKM-a ciddi təsir etdi.[134] Beləliklə sülhməramlılara çox vaxt yalnız olanları izləmək qalırdı. Sonradan Daller BMT-nin missiyasını uğursuz adlandırdı.[152] Missiyanın ən əhəmiyyətli nailiyyətləri Kiqalidəki Amaxoro stadionunda yerləşən qərargahlarında və paytaxtın başqa yerlərində minlərlə tutsi və mötədil hutuya sülhməramlıların mühafizəsi altında[153] sığınacaq vermələri və xarici vətəndaşların evakuasiyasına kömək etmələri idi. Missiyanın effektivliyinə təsir edən ən böyük hadisələrdən biri də,[154] baş naziri mühafizə etmək üçün göndərilən 10 belçikalı əsgərin ölümündən sonra, sülhməramlı qüvvələrin əsasını təşkil edən belçika əsgərlərinin[155] 12 aprel tarixində geri çağırılması oldu. BMT-nin baş katibinin təklifi ilə[156] missiyanın kontingenti azaldıldı:[157] əgər 20 aprel tarixində onların sayı 1705 nəfər idisə,[156] 13 may tarixində onların sayı artıq 444 idi.[158] May ayının ortalarında BMT nəhayət ki soyqırımın olma ehtimalını qəbul edib[159] ölkəyə əlavə qüvvələrin göndərilməsini qərar verdi, bu dəstək isə BMTRKM-2 adını aldı.[160] Bu missiyanın ilk əsgərləri Ruandaya ancaq iyul ayında gəldilər,[161] lakin bu missiyanın səlahiyyətləri yalnız mühafizə və stabilliyin qorunması ilə məhdudlaşırdı. 1996-cı ildə missiya geri çağırıldı.[162]
Fransa
Xabiarimananın hakimiyyəti dövründə Fransa, Fransafrika siyasəti çərçivəsində onunla çox isti münasibətlər qurdu[163] və onun rejiminə vətəndaş müharibəsində də kömək etdi,[164] çox vaxt hökumət qüvvələrini silahla təmin edib onlara təlimlər keçdi.[165] Fransızlar RVC və Uqandanı Britaniya təsirinin bələdçiləri olaraq görürdülər.[166] “Amarillis” əməliyyatı çərçivəsində fransız qoşunları, sülhməramlılar və belçikalıların köməyi ilə ekspatriantları evakuasiya etdilər.[167] Tutsilərə onların ardınca getmək qadağan olunmuşdur, pozuculuq edənləri keçid məntəqlərində yük maşınlarından düşürdürdülər. Fransızlar qarışıq nigahda olan tutsilərə ölkədən çıxmağa icazə vermədilər, lakin Xabiarimananın hökumətində təmsil olunan bəzi yüksək vəzifəli hökumət üzvlərini və Xabiarimananın həyat yoldaşı Aqatanı xilas etdilər.[168]
Fransanın münaqişəyə qarışması bir neçə rəsmi araşdırmanın predmetinə çevrildi. Fransa parlament komissiyası 1998-ci ildə[169] hakimiyyətin hərbi iştirakın məqsədəuyğunluğu ilə bağlı və digər "mülahizələrin yanlış olduğu" qənaətinə gəlir, lakin onları birbaşa soyqırımda günahlandırmır.[165] 2008-ci ildə Ruanda hökuməti Fransanı soyqırıma hazırlıqdan xəbərdar olub hutu dəstələrinə kömək edib onlara təlim keçməkdə günahlandırdı.[170][171][172]
Başqa dövlətlər
Başı Bosniyadakı müharibəyə qarışmış dünya ictimaiyyəti faciənin miqyasını vaxtında qiymətləndirə bilməyib hadisələrə gecikmiş reaksiya göstərdi.[173] ABŞ prezidenti Bill Klintona və onun kabinetinə, soyqırım hələ öz pik həddinə çatmamış tutsilərin tamamilə məhv edilməsi ilə bağlı planlar bəlli idi.[174] 1993-cü ildə Somalidə baş verən hadisələrin təkrarlanmasının qorxusu ABŞ-nin Ruanda da daxil olmaqla növbəti münaqişələrdə iştirak etməməsinə səbəb oldu.[175] Sonradan Klinton ABŞ-nin münaqişəyə qarışmamasını öz hakimiyyəti dövründə dövlətin xarici siyasətinin başlıca uğursuzluqlarından biri kimi qiymətləndirib qeyd edirdi ki, amerikalılar çətin ki zorakılığın qarşısını ala bilərdilər, ancaq onun miqyasını azaltmağı bacarardılar. Bunu etmədiklərinə görə isə təəssüf hissi keçirdiyini də qeyd edir.[176] ABŞ-də Ruanda ilə bağlı olan müzakirələrin əsas çoxluğu Birləşmiş Ştatlar vətəndaşlarının evakuasiyası ilə bağlı idi.[177]
Soyqırım vaxtı İsrail ölkəyə silah satırdı, lakin 2016-cı ildə Ali məhkəmə bu haqqda məlumat yaymamaq barədə qərar qəbul etdi.[178]
Roma-katolik kilsəsi kütləvi qətllərin olmasını qəbul edir, lakin bəyan edir ki onun təşkilatçıları ruhanilərin razılığı olmadan hərəkət ediblər.[179] 1999-cu ildə Human Rights Watch təşkilatı Vatikanı soyqırımı qınamamaqda günahlandırdı.[180] Bəzi kilsə xadimləri soyqırımda iştirak ittihamı ilə Ruanda üzrə Beynəlxalq Tribunala çıxarılmışdılar.[179] Digər tərəfdən isə, soyqırım vaxtı bir çox rahib tutsiləri qoruyarkən həyatını itirmişdi.[180]
Nəticələr
Miqarasiya böhranı və konqo müharibələri
RVC tərəfindən qisas alınacağını düşünən iki milyona yaxın hutu qonşu ölkələrə qaçdılar xüsusən də Zairə.[181] Yerli qaçqın düşərgələrində su çatışmırdı yaşayış üçün lazım olan infrastruktur isə demək olar ki yox idi. 1994-cü ilin iyun ayında on minlərlə insan vəbanın və digər infeksion xəstəliklərin qurbanına çevrildi.[182] Düşərgələr BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən salınsa da onlar üzərində qeyri-rəsmi nəzarət çoxu soyqırımın təşkilatçısı olan[183] və silahlanaraq yenidən öz torpaqlarındakı hakimiyyəti geri qaytarmağa çalışan[184][185] keçmiş hökumət üzvləri və hərbiçilərin əlində idi.
1996-cı ilin sonlarında hutu dəstələri davamlı olaraq Ruanda ərazisinə basqınlar etməyə başladılar və Cəbhə onlarla mübarizəyə başladı.[186] Cəbhə Zairin Cənubi Kivu əyalətində hökumət qüvvələri ilə mübarizə aparan tutsi dəstələrinə təlimlər keçərək onlara əlavə dəstək də göstərirdi.[187][185] Bu dəstələrlə birlikdə yerli tutsi dəstələrindən təşkil olunmuş Kaqamenin ordusu, hutu-yaraqlılarını məhv etmək üçün qaçqın düşərgələrinə hücum etdilər. Yüz minlərlə insan düşərgələrdən didərgin düşdü,[188] çoxu yenidən öz torpaqlarına qayıtdı bəziləri isə Zairin daha da içərilərinə doğru yerləşdilər.[189] Hər iki dövlətin sərhəddində baş verən toqquşmalar Ruandanın şimal qərb əyalətlərində çoxluq təşkil edən hutuların dəstəyi ilə davam edirdi,[190] lakin 1999-cu ildə[191] yaraqlıların təbliğatları və hutulardan silahlı dəstə yığmaqları yerli hutuların hökumət tərəfinə çəkilməsi ilə sona çatdı və onlar məğlubiyyətə uğradılar.[192]
Kaqamenin növbəti hədəfi qaçqınlar arasındakı radikallara dəstək verən və Zairdəki tutsiləri təqib etməkdə günahlandırılan prezidenti Mobutu Sese Sekonun[185] devrilməsi idi. Uqanda və Ruanda ona müxalif olan Loran-Desire Kabilanın rəhbərlik etdiyi dörd qruplaşmanın alyansını dəstəkləyirdilər və Kabila Birinci Konqo Müharibəsini başladı.[193] Üsyançılar tezliklə Şimali və Cənubi Kivunu tutaraq ölkənin qərbinə doğru hərəkət etməyə başladılar. Ruh düşkünlüyü yaşayan və pis təşkilatlanmış hökumət qüvvələri tərəfindən demək olar ki heç bir müqavimətə rast gəlmədilər, nəticədə 1997-ci ilin may ayında Zairin bütün ərazisini tutdular.[194] Mobutu sonradan Konqo Demokratik Respublikası adlandırılan ölkəni tərk etdi.[195] 1998-ci ildə Kaqame ilə yeni rejimin arasında münasibətlər soyudu və o Kabilaya qarşı qalxan üsyanı dəstəklədi nəticədə 2003-cü ilə qədər davam etmiş, milyonlarla insanın həyatına son qoymuş, bölgəyə əhəmiyyətli dərəcədə ziyan vurmuş[195] İkinci Konqo Müharibəsinə qarışmasına səbəb oldu.[196] BMT-nin 2010-cu ildəki məruzəsində ruanda silahlı qüvvələri hər iki müharibə ərzində insan haqqlarının kobud sürətdə pozulması və insanlığa qarşı cinayətdə ittiham olunurdular, Ruanda hökuməti isə bu ittihamları təkzib edirdi.[197]
Ruandada vəziyyət
Soyqırım zamanı ölkə iqtisadiyyatı və infrastruktur xeyli ziyan çəkmişdir: bir çox binalar boş qalmış keçmiş hökumət isə bütün daşınıla bilən aktivləri özü ilə aparmışdı. İnsan resursları da tükənmişdi: əhalinin təxminən 40%-dən artığı ya ölmüş ya da xaricə qaçmışdı. Ruandalıların çoxu qohumlarını itirdiklərinə görə psixoloji travmalar almışdılar. Soyqırım zamanı baş verən zorlanma halları daha uzunmüddətli təsirlərə səbəb oldu. Bu ruandalı qadınlarda sosial təcrid olunmalara, cinsi yolla keçən xəstəliklərə və çox vaxt da qadınları özləri tərəfindən sonlandırılan arzu olunmaz hamiləliklərə səbəb oldu. Kaqamenin komandanlığı ilə RVC ölkədə əmin-amanlıq yaratmağa çalışırdı eyni zamanda hökumət də, dağıdılmış ölkənin yenidən bərpasına səy göstərirdi.
Tezliklə Ruandaya qeyri-hökumət təşkilatları geri dönməyə başladılar, lakin beynəlxalq ictimaiyyətin yeni hökumətə nəzərəçarpan bir dəstəyi olmadı humanitar yardımlar da, Zairdə yerləşən qaçqın düşərgələrinə gedirdi. Kaqame idarəetməyə hutuları da cəlb etməyə maraqlı idi bundan başqa əmr edərək sənədlərdəki "milliyət" qrafasını ləğv etdirib hutular, tutsilər və tvalar arasındakı fərqlilikləri aradan qaldırmağa çalışırdı. Vətəndaş müharibəsi ərzində və xüsusən də müharibənin son aylarında Cəbhə soyqırımda iştirak edib onu dəstəkləməkdə ittiham olunanları məhv edirdi: yerli tutsi əsgərləri öldürülmüş yaxınlarının və dostlarının qisasını hutulardan alırdılar. "Qisasın" miqyası və buna görə kimin məsuliyyət daşıması ilə bağlı müxtəlif fikirlər var. Human Rights Watch və Pryunye hesab edir ki, 100.000 insan müharibə sonrası şiddət hallarının qurbanı olub və bunun qarşısı ya RVC tərəfindən alınmayıb ya da ki bu elə onlar tərəfindən təşkil olunub. Sonradan Kaqame müsahibələrinin birində qətllərin törədilməsi faktını təsdiq etdi, lakin şiddətin qarşısını almağın mümkün olmadığını deyərək bu hallarda ayrı ayrı əsgərlərin günahkar olduğunu qeyd etdi. Kibexo şəhəri yaxınlığındakı qarışıq qaçqın düşərgəsindəki qırğın beynəlxalq ictimaiyyətin diqqətini cəlb etdi. BMTRKM avstraliyalı əsgərlərinin məlumatına görə bu qırğın azı 4000 insanın ölümünə səbəb oldu. Rəsmi məlumatlara əsasən isə düşərgədə öldürülənlərin sayı 338 nəfər olub.
Cinayətlərin təqibi
Soyqırımda iştirak və insanlığa qarşı cinayətə görə 120 mindən çox insan Ruandada həbs olunmuşdur.[198] 1 oktyabr 1990-cı ildən[199] başlayan qanun pozuntularının təqibinin necəliyi ilə bağlı qanun 30 avqust 1996-cı ildə qəbul edilmişdir ilk məhkəmə prosesləri isə 1996-cı ilin dekabr ayında başladı.[200] Hüquq sisteminin, vətəndaş müharibəsi və soyqırım vaxtı sistemli şəkildə məhv edilməsi ölkədə ədalətin bərqərar olmasına ciddi maneələr yaradırdı. Dövlət idarələri o cümlədən də məhkəmələr ləğv edilmişdilər, idarə işçiləri, hakimlər və prokurorlar öldürülmüşdü. Nəticədə hakim sayı 750-dən 244-ə düşmüşdü digərləri ya ölkəni tərk etmiş ya da öldürülmüşdülər. 1997-ci ildə ölkədə ümumilikdə 50 vəkil var idi[201]. Məhz buna görə də məhkəmə prosesləri çox ləng keçirilirdi, 2000-ci ilin sonuna qədər cəmi 3343 işə baxılmışdı. Təqsirləndirilənlərin 20%-ə ölüm hökmü, 32%-ə isə ömürlük həbs cəzası verilmişdir. 20% təqsirləndirilən isə bəraət almışdır.[202] Hesablamalara görə azadlıqda olanlar xaric həbsdə olan təqsirlilərin məhkəməsi bu gedişlə 200 il çəkəcəkdi.[203]
2001-ci ildə[204] mövcud məhkəmələrin yükünü azaltmaq və həbsdə olanların işinə baxmaq üçün[202] qaçaça adlanan kollektiv məhkəmələrin[205] yaradılması ilə bağlı qanun qəbul edildi. 18 iyun 2002-ci ildə qaçaça məhkəmələri fəaliyyətə başladı.[206] 2012-ci ildə ləğv olunana qədər bir çox dəyişikliklərə məruz qalsa da bu məhkəmələrdə bir milyondan çox işə baxdılar.[203] 8 noyabr 1994-cü ildə indiki Tanzaniyanın Aruşe şəhərində Ruanda Beynəlxalq Cinayət Tribunalı quruldu. Tribunal daha az təsirli soyqırım təşkilatçıları və günahkar yerli sakinlərin işinə baxan Ruanda məhkəmələrinə[207] nisbətən insan haqqlarının pozulması ilə bağlı daha ciddi qanun pozuntularına səbəb olan şəxslərin işinə baxırdı.[208]
18 iyun 2012-ci ildə qaçaça məhkəmələri ləğv edildi.[209] Bu məhkəmələr fəaliyyətləri vaxtı dəfələrlə tənqidlərə məruz qalırdılar. Hakimlər xalq tərəfindən seçilirdi sonradan isə onlara təlim keçilirdi, lakin onların ciddi hüquqi məsələlər ilə bağlı verdikləri qərarların ədalətli olması sual altında idi. Soyqırımda iştirakda təqsirləndirilən bir çox hakim öz vəzifəsindən getməyə məcbur oldular. Ölkədə vəkillər çatışmırdı, müttəhimlərə hökmə qarşı şikayət etmək qadağan olunmuşdu. Qaçaça məhkəmələri RVC tərəfindən hutulara qarşı kütləvi qətllərdə günahkar olan tutsiləri mühakimə etmirdi çünki bu orqanlar elə RVC tərəfindən idarə olunurdular.[210]
Revizionizm
2014-cü ilin oktyabr ayyında BBC two telekanalında soyqırımla bağlı film efirə çıxdı. Filmdə Xabiarimananın ölümü ilə nəticələnən təyyarə qəzasında Kaqamenin əli olduğu və amerikalı tədqiqatçıların soyqırımda əslində tutsilərin yox RVC tərəfindən hutuların[211] öldürüldüyü irəli sürüldü.[212] Bu isə öz növbəsində akademik təbəqə tərəfindən qınaqla qarşılandı,[213] Ruandada BBC-nin kinyaruanda şöbəsinin fəaliyyətinə qadağa qoyuldu[214] və dövlət tərəfindən rəsmi araşdırmalar başladı.[215] Elə həmin ilin noyabr ayında keçmiş ruanda hərbiçisi Nayrobidə oğurlandı.[216] O prezidentin təyyarəsinin vurulma əmrini RVC lideri tərəfindən verildiyi ilə bağlı Aruş tribunalına ifadə verməyə hazırlaşırdı.
Soyqırımı inkar etmək Ruandada cinayət sayılır.[217] Yüzlərlə Ruanda vətəndaşı "soyqırım ideologiyası"-nın davamçısı, "revizionizm" və digər maddələrlə kütləvi qətllərdə əllərinin olması ittihamı ilə həbs olunublar. "Soyqırımın revizionizmi və digər əlaqəli cinayətlərlə" bağlı 489 nəfər məhkəməyə çıxarılmışdır bunlardan beş nəfəri ömürlük, beş nəfəri 20 il, 211 nəfəri 5–10 il, 169 nəfəri isə beş ildən az həbs cəzasına məhkum ediliblər.[218] Amnesty İnternational təşkilatı ölkə rəhbərliyinin bu qanunvericilikdən müxalif baxışlara qarşı sui istifadə etməsini tənqid etmişdi.[219] 2010-cu ildə amerikalı hüquq professoru və prokuror Piter Erlinder prezidentliyə namizəd müxalif Viktoriya İnqabireni dəstəklədiyinə görə Kiqalidə soyqırımı inkar etməsi ittihamı ilə həbs olunub.[220]
Mədəniyyətdə
Ruanda soyqırımı "Ruanda oteli", "İtləri güllələyərək", "Kiqalidə bazar günü", "Bir dəfə apreldə", "Qurtuluş günü" və Romeo Dallerin eyni adlı əsəri əsasında çəkilmiş "Şeytanla əl sıxışmaq" filmlərində öz əksini tapıb.
Həmçinin bax
İstinadlar
- Kagire, Edmund. "Genocide against the Tutsi: It's now official". The East African (ingilis). 2014-02-01. 2019-03-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-06-18.
- "Резолюция 58/234 Генеральной Ассамблеи ООН" (PDF). ООН. 2004-02-23. 2016-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-07-05.
- Chrétien, 2003. səh. 44
- Chrétien, 2003. səh. 58
- Mamdani, 2002. səh. 61
- Prunier, 1999. səh. 16
- Luis, J. R.; və b. "The Levant versus the Horn of Africa: Evidence for Bidirectional Corridors of Human Migrations". American Journal of Human Genetics. 74 (3). 2004: 532–544. doi:10.1086/382286. PMC 1182266. PMID 14973781.
- Mamdani, 2002. səh. 58
- Chrétien, 2003. səh. 69
- Shyaka, Anastase. The Rwandan Conflict: Origin, Development, Exit Strategies (PDF). National Unity and Reconciliation Commission, Republic of Rwanda. 10–11. 2019-05-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2012-02-16.
- Human Rights Watch. "History (HRW Report – Leave None to Tell the Story: Genocide in Rwanda, March 1999)". www.hrw.org. İstifadə tarixi: 2015-09-15.
- Mamdani, 2002. səh. 52
- Chrétien, 2003. səh. 88–89
- Chrétien, 2003. səh. 482
- Chrétien, 2003. səh. 160
- Dorsey, 1994. səh. 38
- Prunier, 1999. səh. 13–14
- Mamdani, 2002. səh. 69
- Appiah, Gates, 2010. səh. 218
- Prunier, 1999. səh. 25
- Prunier, 1999. səh. 25–26
- Prunier, 1999. səh. 26
- Chrétien, 2003. səh. 260
- Prunier, 1999. səh. 27
- Prunier, 1999. səh. 28-29
- Chrétien, 2003. səh. 276–277
- Prunier, 1999. səh. 35
- Gourevitch, 2000. səh. 56–57
- Prunier, 1999. səh. 31–32
- Prunier, 1999. səh. 43
- Gourevitch, 2000. səh. 58–59
- Gourevitch, 2000. səh. 60
- Prunier, 1999. səh. 51
- Prunier, 1999. səh. 53
- Mamdani, 2002. səh. 160–161
- Prunier, 1999. səh. 63–64
- Prunier, 1999. səh. 55–56
- Prunier, 1999. səh. 62
- Prunier, 1999. səh. 74–76
- Prunier, 1999. səh. 4
- Даймонд, 2008, Глава 10. Мальтус в Африке: геноцид в Руанде
- Kinzer, 2008. səh. 47
- Kinzer, 2008. səh. 51–52
- Melvern, 2004. səh. 14
- Prunier, 1999. səh. 94–95
- Prunier, 1999. səh. 95–96
- Melvern, 2000. səh. 27–30
- Prunier, 1999. səh. 96
- Prunier, 1999. səh. 114–115
- Prunier, 1999. səh. 117–118
- Prunier, 1999. səh. 120
- Prunier, 1999. səh. 135
- Prunier, 1999. səh. 150
- Prunier, 1999. səh. 173–174
- Prunier, 1999. səh. 174–177
- Prunier, 1999. səh. 190–191
- Prunier, 1999. səh. 187
- "Резолюция 872 СБ ООН" (rus). ООН. 1993-10-05. 2016-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-20.
- Dallaire, 2005. səh. 126–131
- Melvern, 2004. səh. 12
- Prunier, 1999. səh. 188
- Melvern, 2004. səh. 49-50
- Prunier, 1999. səh. 128
- Prunier, 1999. səh. 166
- Prunier, 1999. səh. 167
- Prunier, 1999. səh. 174
- Prunier, 1999. səh. 181-182
- Prunier, 1999. səh. 182
- Prunier, 1999. səh. 165
- Melvern, 2004. səh. 25
- Dallaire, 2005. səh. 129
- Prunier, 1999. səh. 169
- Melvern, 2004. səh. 19
- Melvern, 2004. səh. 20
- Melvern, 2000. səh. 31-32
- Dallaire, 2005. səh. 69
- Prunier, 1999. səh. 189
- Yanagizawa-Drott, David. "Propaganda and Conflict: Evidence from the Rwandan Genocide". The Quarterly Journal of Economics (ingilis). 129 (4). 2014-11-01: 1947–1994. doi:10.1093/qje/qju020. ISSN 0033-5533. 2016-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-23.
- Melvern, 2004. səh. 56
- Prunier, 1999. səh. 199
- Prunier, 1999. səh. 200
- Dallaire, 2005. səh. 143
- Adams, Smin. "The UN, Rwanda and the 'Genocide Fax' -- 20 Years Later". Huffington Post. 25 September 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 April 2015.
- Patrick, Stewart. "Lessons of the Rwandan Genocide". The Internationalist (ingilis). 2014-04-07. 2016-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-23.
- "Устав ООН - глава I" (rus). ООН. 2016-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-20.
- Pogge, Thomas. Politics as Usual (1). Polity. 2010. səh. 170. ISBN 978-0-7456-3892-8.
- Lewis, Paul. "2 Africa Leaders Die, U.N. Says; Rocket May Have Downed Plane". The New York Times (ingilis). 1994-04-07. 2016-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-28.
- Republic of Rwanda Committee of Experts Investigation of the April 6, 1994 Crash of President Habyarimana’s Dassault Falcon-50 Aircraft. "Summary – The Mutsinzi Report" (ingilis). 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-28.
- Lévêque, Thierry. "French probe exonerates Rwanda leader in genocide". Reuters (ingilis). 2012-01-10. 2016-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-20.
- Melvern, 2004. səh. 137
- Dallaire, 2005. səh. 222–223
- Dallaire, 2005. səh. 224
- Dallaire, 2005. səh. 225
- Dallaire, 2005. səh. 223
- Dallaire, 2005. səh. 230
- Prunier, 1999. səh. 230
- Dallaire, 2005. səh. 245
- Gourevitch, 2000. səh. 114
- "Rwandan convicted of killing Belgian peacekeepers". Reuters. July 4, 2007. November 5, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 30, 2012.
- Dallaire, 2005. səh. 231
- Melvern, 2004. səh. 139
- Prunier, 1999. səh. 229
- Dallaire, 2005. səh. 292
- Melvern, 2004. səh. 172
- Prunier, 1999. səh. 240
- Melvern, 2004. səh. 146-147
- Melvern, 2004. səh. 163
- Prunier, 1999. səh. 243
- Prunier, 1999. səh. 261
- Melvern, 2004. səh. 204
- Prunier, 1999. səh. 244
- Prunier, 1999. səh. 247
- Prunier, 1999. səh. 245
- Melvern, 2004. səh. 171
- Prunier, 1999. səh. 233
- Melvern, 2004. səh. 213-214
- Dallaire, 2005. səh. 278
- Dallaire, 2005. səh. 329
- Prunier, 1995. səh. 247
- "Appeals Chamber Decisions". International Criminal Tribunal for Rwanda. August 14, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: August 13, 2014.
- "Catholic Priest Athanase Seromba Sentenced to Fifteen Years" (Press-reliz). International Criminal Tribunal for Rwanda. December 13, 2006. October 1, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 13, 2014.
- "Prosecutor to Appeal Against Seromba's Sentence" (Press-reliz). International Criminal Tribunal for Rwanda. December 22, 2006. 2007-05-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 7, 2007.
- ICTR YEARBOOK 1994–1996 (PDF). International Criminal Tribunal for Rwanda. 77–78. 2007-06-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: January 7, 2007.
- "Gen. Dallaire relieved by Gov. General's remarks on genocide" (ingilis). The New Times (Rwanda). 2010-04-26. 2016-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-21.
- "'Hotel Rwanda' Manager: We've Failed To Learn From History". NPR (ingilis). 2014-04-05. 2016-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-21.
- "Memories of Captain Mbaye Diagne". PBS (ingilis). 2004-04-01. 2012-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-21.
- Hayden, Robert M. "Rape and Rape Avoidance in Ethno-National Conflicts: Sexual Violence in Liminalized States". American Anthropologist. 102 (1). 2000: 27–41. doi:10.1525/aa.2000.102.1.27. JSTOR 683536.
- Jones, Adam. Genocide and Mass Violence // Laura J. Shepherd (redaktor ). Gender Matters in Global Politics. Routledge. 2010. 138–141. ISBN 978-0-203-86494-4.
- de Brouwer, 2005. səh. 13
- Nowrojee, Binaifer. "Shattered Lives: Sexual Violence during the Rwandan Genocide and its After". Human Rights Watch. September 1996. 2016-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-17.
- Elbe, Stefan. "HIV/AIDS and the Changing Landscape of War in Africa" (PDF). International Security. 27 (2). 2002: 159–177. doi:10.1162/016228802760987851. JSTOR 3092146. October 19, 2013 tarixində orijinalından (PDF) arxivləşdirilib.
- Drumbl, Mark A. "'She makes me ashamed to be a woman': The Genocide Conviction of Pauline Nyiramasuhuko, 2011". Michigan Journal of International Law. 2013. 2012. 2021-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-17.
- Vesperini, Helen. "No consensus on genocide death toll". iAfrica (ingilis). Agence France-Presse. 2004-04-06. 2007-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-22.
- Dallaire, 2005. səh. 247
- Dallaire, 2005. səh. 264–265
- Dallaire, 2005. səh. 269
- Prunier, 1999. səh. 268
- Dallaire, 2005. səh. 288
- Dallaire, 2005. səh. 299
- Dallaire, 2005. səh. 300
- Dallaire, 2005. səh. 326–327
- Dallaire, 2005. səh. 410
- Prunier, 1999. səh. 270
- Dallaire, 2005. səh. 421
- Prunier, 1999. səh. 298–299
- Dallaire, 2005. səh. 98
- Dallaire, 2005. səh. 146
- Dallaire, 2005. səh. 150
- Prunier, 1999. səh. 205
- Dallaire, 2005. səh. 219-220
- Prunier, 1999. səh. 236-237
- Dallaire, 2005. səh. 6
- Dallaire, 2005. səh. 270
- Melvern, 2004. səh. 197
- Prunier, 1999. səh. 204
- "Специальный доклад Генерального секретаря о Миссии Организации Объединённых Наций по оказанию помощи Руанде" (PDF). ООН. 1994-04-20. 2016-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-07-05.
- "Резолюция 912 Совета Безопасности ООН" (PDF). ООН. 1994-04-21. 2016-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-07-05.
- "Доклад Генерального секретаря о положении в Руанде" (PDF). ООН. 1994-05-13. 2016-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-07-05.
- "100 Days of Slaughter: A Chronology of U.S./U.N. Actions". PBS. August 5, 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 26, 2007.
- Melvern, 2004. səh. 229
- Melvern, 2004. səh. 411
- United Nations. "Rwanda-UNAMIR Background". 2014-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-07.
- Prunier, 1999. səh. 89
- Prunier, 1999. səh. 100–101
- Whitney, Craig R. "Panel Finds French Errors In Judgment On Rwanda". New York Times. New York, N.Y. 1998-12-20. 2014-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-09.
- Melvern, Linda. "France and Genocide: The Murky Truth". The New Times (Rwanda). 2008-08-11. July 14, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-06-07.
- Prunier, 1999. səh. 234
- Prunier, 1999. səh. 235
- BBC News. "French parliament inquiry into Rwandan genocide". 1998-03-04. 2021-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-12.
- "France accused in Rwanda genocide". BBC News. 2008-08-05. 2014-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-12.
- "Rwanda: French accused in genocide". New York Times. Associated Press. 2008-08-06. 2015-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-13.
- Asiimwe, Arthur. "Rwanda accuses France directly over 1994 genocide". Reuters. 2008-08-05. 2008-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-13.
- Мозжухин, Андрей. "Сто дней, которые потрясли мир". Лента.ру. 1 ноября 2015. 2015-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-18.
- Carrol, Rory. "US chose to ignore Rwandan genocide". London: theguardian. April 1, 2004. June 28, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 18, 2018.
- "Ambush in Mogadishu: Transcript". PBS. May 6, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 27, 2009.
- Chozick, Amy. "In Africa, Bill Clinton Toils for a Charitable Legacy". The New York Times. 2012-09-04. 2012-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-10-18.
- Lynch, Colum. "Exclusive: Rwanda Revisited". Foreign Policy. 5 April 2015. 8 April 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 April 2015.
- Judah Ari Gross. "Records of Israeli arms sales during Rwandan genocide to remain sealed". The Times of Israel (ingilis). 2016-04-12. 2018-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-23.
- Totten, Samuel; Bartrop, Paul Robert; Jacobs, Steven L. Dictionary of Genocide, Volume 2: M–Z. Westport, CT: Greenwood Publishing Group. 2008. ISBN 978-0-313-34644-6.
- Des Forges, 1999, The Organization. The Clergy
- Prunier, 1999. səh. 312
- UNHCR, 2000. səh. 3
- Prunier, 1999. səh. 313–314
- Prunier, 1999. səh. 381–382
- Pomfret, John. "Rwandans Led Revolt In Congo". The Washington Post (ingilis). 1997-07-09. 2015-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-23.
- Prunier, 1999. səh. 382
- Prunier, 1999. səh. 384–385
- Prunier, 2009. səh. 118
- Prunier, 2009. səh. 122–123
- Kinzer, 2008. səh. 216
- Brittain, Victoria. "Rwanda makes its way to regeneration". The Guardian (ingilis). 1999-04-05. 2016-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-23.
- Kinzer, 2008. səh. 215–218
- Prunier, 2009. səh. 113–116
- Prunier, 2009. səh. 136
- BBC News. "France issues Rwanda warrants". 2006-11-23. 2021-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-08.
- Prunier, 2009. səh. 182–183
- McGreal, Chris. "Delayed UN report links Rwanda to Congo genocide". The Guardian (ingilis). 2010-10-01. 2016-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-23.
- NSGC, 2012. səh. 14
- NSGC, 2012. səh. 17
- NSGC, 2012. səh. 24
- Tiemessen, Alana Erin. "After Arusha: Gacaca Justice in Post-Genocide Rwanda" (PDF). African Studies Quarterly. 8 (1). 2004: 57–76. December 16, 2012 tarixində orijinalından (PDF) arxivləşdirilib.
- Sarkin, Jeremy. "The Tension between Justice and Reconciliation in Rwanda: Politics, Human Rights, Due Process, and the Role of the Gacaca Courts in Dealing with the Genocide". Journal of African Law. 45 (2). 2001: 143–172. doi:10.1017/s0221855301001675. JSTOR 3558953.
- Powers, Shannon E. "Rwanda's Gacaca Courts: Implications for International Criminal Law and Transitional Justice" (PDF). American Society of International Law Insights. 15 (17). 2011: 1–6. (#archive_missing_date) tarixində arxivləşdirilib.
- Tully, L. Danielle. "Human Rights Compliance and the Gacaca Jurisdictions in Rwanda". Boston College International and Comparative Law Review. 26 (2). 2003: 385–411. 2016-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-22.
- Walker, Robert. "Rwanda still searching for justice". BBC News. 30 March 2004. 26 August 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 June 2015.
- NSGC, 2012. səh. 53
- Des Forges, 1999, Justice and Responsibility. The International Criminal Tribunal for Rwanda
- "Устав Международного трибунала по Руанде". ООН. 2016-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-04.
- "Rwanda 'gacaca' genocide courts finish work". BBC News. 18 June 2012. 8 March 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 June 2015.
- Rettig, Max. "Gacaca: Truth, Justice, and Reconciliation in Post-conflict in Rwanda?". African Studies Review. 51 (3). 2008: 25–50. doi:10.1353/arw.0.0091. JSTOR 27667378.
- Baird, Dugald. "BBC should face criminal action over Rwanda documentary, says inquiry". The Guardian (ingilis). 2015-03-02. 2016-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-25.
- "Rwanda MPs condemn BBC Untold Story programme on genocide". BBC (ingilis). 2014-10-23. 2016-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-25.
- "BBC Genocide film: Protest letter by 38 international researchers and historians". The New Times (Rwanda) (ingilis). 2014-10-15. 2016-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-25.
- Baird, Dugald. "Rwanda bans BBC broadcasts over genocide documentary". The Guardian. 24 October 2014. 11 November 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 November 2014.
- Musoni, Edwin. "BBC probe team begins work tomorrow". The New Times (Rwanda). 18 November 2014. 21 November 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 November 2014.
- Starkey, Jerome. "Soldier who accused Kagame of triggering genocide is abducted". The Times. 25 November 2014. 25 November 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 November 2014.
- Holland, Hereward. "Rwanda frees U.S. lawyer due to health, charges remain". Reuters. 17 June 2010. 16 February 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 November 2010.
- Amnesty International. Safer to Stay Silent: The chilling effect of Rwanda's laws on 'genocide ideology' and 'sectarianism' (PDF). 2010. səh. 19. 2016-08-07 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-01-22.
- Amnesty International. "Annual Report 2013: Rwanda". 2013. 2013-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 August 2013.
- Gibson, Kate. "The Arrest of ICTR Defense Counsel Peter Erlinder in Rwanda" (PDF). ASIL Insight. 14 (25). 2010. 12 November 2013 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 12 November 2013.
Ədəbiyyat
- Appiah, Anthony; Gates, Henry Louis. Encyclopedia of Africa, Volume 1 (illustrated). Oxford: Oxford University Press. 2010. ISBN 978-0-19-533770-9.
- Akhavan, Payam. "The International Criminal Tribunal for Rwanda: The Politics and Pragmatics of Punishment". American Journal of International Law. 90 (3). 1996: 501–510. JSTOR 2204076.
- Aptel, Cicile. "Closing the U.N. International Criminal Tribunal for Rwanda: Completion Strategy and Residual Issues" (PDF). New England Journal of International and Comparative Law. 14 (2). 2008: 169–188. 2022-08-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-01-24.
- Chrétien, Jean-Pierre. The Great Lakes of Africa: Two Thousand Years of History. Cambridge, Mass.: MIT Press. 2003. ISBN 978-1-890951-34-4.
- Dallaire, Roméo. Shake Hands with the Devil: The Failure of Humanity in Rwanda. London: Arrow Books. 2005. ISBN 978-0-09-947893-5.
- de Brouwer, Anne-Marie L. M. Supranational Criminal Prosecution of Sexual Violence: The ICC and the Practice of the ICTY and the ICTR. Antwerp and Oxford: Intersentia. 2005. ISBN 978-90-5095-533-1.
- Des Forges, Alison. Leave None to Tell the Story: Genocide in Rwanda. New York, NY: Human Rights Watch. 1999. ISBN 1-56432-171-1. 2019-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-24.
- Dorsey, Learthen. Historical Dictionary of Rwanda. Metuchen, N.J.: Scarecrow Press. 1994. ISBN 978-0-8108-2820-9.
- Fassbender, Bardo. Securing Human Rights?: Achievements and Challenges of the UN Security Council. Oxford: Oxford University Press. 2011. ISBN 978-0-19-964149-9.
- Ferroggiaro, William, redaktor The US and the Genocide in Rwanda 1994: Evidence of Inaction. Washington, DC: National Security Archive. 2001. 2015-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-24.
- Qurevitç, Filip. Sizi məlumatlandırmağa məcburuq ki, sabah bizi və ailəmizi öldürüləcəklər (Reprint). London; Nyu-York, Nyu-York ştatı.: Picador. 2000. ISBN 978-0-330-37120-9.
- James, Paul. "Despite the Terrors of Typologies: The Importance of Understanding Categories of Difference and Identity". Interventions: International Journal of Postcolonial Studies. 17 (2). 2015: 174–195. doi:10.1080/1369801x.2014.993332. 2015-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-24.
- Jones, Adam. Genocide and Mass Violence // Laura J. Shepherd (redaktor ). Gender Matters in Global Politics. Routledge. 2010. 127–147. ISBN 978-0-203-86494-4.
- Kinzer, Stephen. A Thousand Hills: Rwanda's Rebirth and the Man Who Dreamed It. London: Wiley Books. 2008. ISBN 978-0-470-12015-6.
- Mamdani, Mahmood. When Victims Become Killers: Colonialism, Nativism, and the Genocide in Rwanda. Princeton, N.J.: Princeton University Press. 2002. ISBN 978-0-691-10280-1.
- Melvern, Linda. A people betrayed: the role of the West in Rwanda's genocide (8). Zed Books. 2000. ISBN 978-1-85649-831-9.
- Melvern, Linda. Conspiracy to Murder: The Rwandan Genocide. Verso. 2004. ISBN 978-1-85984-588-2.
- Power, Samantha. "Bystanders to Genocide". The Atlantic Monthly (September 2001). 2001. 2012-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-24.
- Prunier, Gérard. The Rwanda Crisis, 1959–1994: History of a Genocide (1st). C. Hurst & Co. Publishers. 1995. ISBN 978-1-85065-243-4.
- Prunier, Gérard. The Rwanda Crisis, 1959–1994: History of a Genocide (2nd). London: C. Hurst & Co. Publishers. 1998. ISBN 978-1-85065-372-1.
- Prunier, Gérard. The Rwanda Crisis: History of a Genocide (2nd). Kampala: Fountain Publishers Limited. 1999. ISBN 978-9970-02-089-8.
- Prunier, Gérard. Africa's World War: Congo, the Rwandan Genocide, and the Making of a Continental Catastrophe. Oxford: Oxford University Press. 2009. ISBN 978-0-19-537420-9.
- Rettig, Max. "Gacaca: Truth, Justice, and Reconciliation in Post-conflict in Rwanda?". African Studies Review. 51 (3). 2008: 25–50. doi:10.1353/arw.0.0091. JSTOR 27667378.
- Rittner, Carol. Rape, Religion, and Genocide: An Unholy Silence // Steven L. Jacobs (redaktor ). Confronting Genocide: Judaism, Christianity, Islam. Lanham, MD: Lexington Books. 2009. ISBN 978-0-7391-3588-4.
- Silva-Leander, Sebastian. "On the Danger and Necessity of Democratisation: trade-offs between short-term stability and long-term peace in post-genocide Rwanda". Third World Quarterly. 29 (8). 2008: 1601–1620. doi:10.1080/01436590802528754.
- Tiemessen, Alana Erin. "After Arusha: Gacaca Justice in Post-Genocide Rwanda" (PDF). African Studies Quarterly. 8 (1). 2004: 57–76. December 16, 2012 tarixində orijinalından (PDF) arxivləşdirilib.
- United Nations Department of Peacekeeping Operations. "United Nations Peacekeeping Operations: Principles and Guidelines" (PDF). New York, N.Y.: United Nations Secretariat. 2008. 2008-08-19 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-01-24.
- Verwimp, Philip. "Machetes and Firearms: The Organization of Massacres in Rwanda". Journal of Peace Research. 43 (1). 2006: 5–22. doi:10.1177/0022343306059576. JSTOR 27640247.
- Verwimp, Philip. "Testing the Double-Genocide Thesis for Central and Southern Rwanda". The Journal of Conflict Resolution. 47 (4). 2009: 423–442. JSTOR 3176203.
Xarici keçidlər
- 100 günlük qırğın (az.)
- Ruanda soyqırımı ilə bağlı arxiv (ing.)
- Ruanda üzrə beynəlxalq tribunalın rəsmi saytı (ing.)
- Ruanda soyqırımının xronologiyası Arxivləşdirilib 2017-12-08 at the Wayback Machine (ing.)
- Soyqırımla bağlı BMT-nin sənədləri (ing.)
- Qaçaça məhkəmələrinin arxiv sənədləri Arxivləşdirilib 2016-02-24 at the Wayback Machine (ing.)