Ruanda Vətənpərvər Cəbhəsi
Ruanda Vətənpərvər Cəbhəsi (RVC) — həm hutu, həm tutsi nümayəndələrindən ibarət hərbi-siyasi təşkilat. 1988-ci ildə mühacirlər tərəfindən Uqandada qurulan bu təşkilat, bütün qonşu ölkələrdə sürgün edilmiş tutsi və mülayim hutu millətlərindən kadrlar toplayırdı. Liderləri Pol Kaqame sayılır.
- 2 oktyabr 1990-cı ildə RVC Ruanda hökumətinə qarşı hərbi əməliyyat başlatdı, cəbhənin 500 silahlı birləşmə üzvləri sərhədi keçdilər.
- 1990, 7 oktyabr — sayca üstün və ağır silahlanmış hökumət qüvvələri əks-hücuma başladılar. Oktyabr ayının sonlarında silahlı birləşmə üzvləri Uqandaya çəkilməli oldular.
- 1991, 23 yanvar — RVC bölmələrinin Ruhengeri şəhərinə basqını və Ruanda ordusunun əsas qüvvələrinin gəlməsindən əvvəl geri çəkilməsi.
- 1993-cü ildə hərbi əməliyyatların dayandırılmış və dövlət idarəsindəki vəzifələrin bölünməsi barədə müqavilə imzalandı, ancaq hər iki tərəf buna yalnız nominal yanaşmış və dəfələrlə sabotaj edirdi.
- 1994, 7 aprel — Ruandada soyqırımın başlanmasına cavab olaraq RVC təxminən 25 min nəfərlə hücuma keçdi.
- 1994, 4 iyul — RVC qoşunları paytaxta daxil oldu.
- 1994, 21 avqust — RVC qüvvələri ölkənin bütün ərazisinə nəzarət qurdu.Siyasi qanad partiyaya çevrildi, hərbi qanad isə Ruanda Vətənpərvərlər Ordusunu qurdu.
Ruanda Vətənpərvər Cəbhəsi | |
---|---|
Quruluş tarixi | dekabr 1987 |
Baş qərargah | |
İdeologiya | Populizm, millətçilik |
Saytı | rpfinkotanyi.rw/index.ph… |
RVC hazırda Ruandada hakim partiyadır. O, 2003 və 2008-ci illərdə parlament seçkilərində qazanmışdır.
Ədəbiyyat
- Wm. Cyrus Reed. The Rwandan Patriotic Front: Politics and Development in Rwanda. A Journal of Opinion, Vol. 23, No. 2, Rwanda (1995)
- Wm. Cyrus Reed. Exile, Reform, and the Rise of the Rwandan Patriotic Front. The Journal of Modern African Studies, Vol. 34, No. 3 (Sep., 1996)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.