Roza Cəlilova

Roza (Rozaliya) İsmayıl qızı Cəlilova (17 may 1929, Quba) — rəqqasə, xoreoqraf-baletmeyster, Azərbaycan Respublikasının xalq artisti (2007).

Roza Cəlilova
Rozaliya İsmayıl qızı Cəlilova
Doğum tarixi 17 may 1929(1929-05-17) (94 yaş)
Doğum yeri Quba, Azərbaycan SSR, ZSFSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti xoreoqraf, baletmeyster
Fəaliyyət illəri 1947–indiyə kimi
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı  — 2007 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1959
"Şöhrət" ordeni  — 2019 "Şərəf nişanı" ordeni  — 1959

Həyat və yaradıcılığı

Roza Cəlilova 17 may 1929-cu ildə Qubada anadan olmuşdur.[1] 1947-ci ildə Bakı Xoreoqrafiya məktəbini bitirib. İki il M. F. Axundov adına Opera və Balet Teatrının balet truppasında çalışıb. 1949-cu ildə M. Maqomaev adına Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblına keçib. 1965-ci ilə qədər ansamblın rəqs qrupunda solist kimi fəaliyyətini davam etdirib, 1965-1975-ci illərdə isə qrupa rəhbərlik edib.

Rəqqasə uzun illər xoreoqraf kimi də fəaliyyət göstəmişdir. O, 1989-cu ildə yaratdığı "Gülüstan" Mahnı və Rəqs Ansamblı ilə populyarlaşaraq xarici ölkələrdən ardıcıl dəvətlər almağa başlamışdır.

Onun repertuarında Azərbaycanın milli rəqsləri ilə bərabər bərabər ərəb, fars, hind və bir sıra başqa xalqların rəqsləri də böyük yer tutur. O, səhnə fəaliyyətinin 30 ildən artıq dövrü ərzində Kanadada, Çexoslovakiyada, Efiopiyada, Çində, ABŞ-də, Türkiyədə, İraqda, Mərakeşdə qastrol səfərlərində olmuşdur. Müxtəlif illərdə Naxçıvan, Şamaxı, Cəbrayıl, Saatlı, Lənkəran rayonlarının folklor rəqs kollektivlərinin yaradıcısı olmuşdur.

Ümumdünya festivallarının və Beynəlxalq müsabiqələrin laureatı olan Roza Cəlilova "Gülüstan" ansamblı ilə bərabər Bakı Dövlət Universiteti nəzdində olan "Sevinc" rəqs ansamblına da rəhbərlik etmişdir.

Hal-hazırda pedaqoji fəaliyyətə keçərək Azərbaycan Milli Konservatoriyasının nəzdindəki Gimnaziyada fəaliyyət göstərir.

2019-cu ildə Roza Cəlilovanın 90 illik yubileyi qeyd olunmuşdur.[2]

Mükafatları

İstinadlar

Mənbə

  • Cəlilova, R. Hər bir xalqın ən qiymətli mirasi onun milli dəyərləridir: Milli rəqslərimiz təkrarolunmazdır, özundə qədim və zəngin tarixi daşıyır: [Xalq artisti, rəqqasə Roza Cəlilovayla müsahibə] /müsahibəni apardı Pünhan //Üç nöqtə.- 2015.- 16 iyul. — S.13.
  • Arxivləşdirilib 2021-01-17 at the Wayback Machine
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.