Roza Cəfərxanova

Roza Heydər qızı Cəfərxanova (23 fevral 1927, Ordubad, Naxçıvan MSSR18 may 2010, Naxçıvan) — Azərbaycan Respublikasının xalq artisti (2000). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdüçüsü[1]

Roza Cəfərxanova
Roza Heydər qızı Cəfərxanova
Doğum tarixi 23 fevral 1927(1927-02-23)
Doğum yeri
Vəfat tarixi 18 may 2010(2010-05-18) (83 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Fəaliyyəti teatr aktrisası, aktrisa
Fəaliyyət illəri 1948–2003
Mükafatları Azərbaycan SSR əməkdar artisti Azərbaycan Respublikasının xalq artisti

Həyat və fəaliyyəti

Ordubad rayonunda anadan olub. On dörd yaşından dram dərnəyində çıxış edib. Orta məktəbi bitirdikdən sonra o vaxt Ordubadda yenicə açılmış Dövlət Dram Teatrına (1949-cu ilin əvvəllərində bağlanıb) aktrisa götürülüb. Bu teatrda Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" (Asya), "O olmasın, bu olsun" (Gülnaz), "Ər və arvad" (Minnət xanım) operettalarında, Səməd Vurğunun "Vaqif" (Gülnar), Abdulla Şaiqin "Vətən" (Gözəl), Səməd Vurğunun "Fərhad və Şirin" (Şirin), Süleyman Sani Axundovun "Eşq və intiqam" (Qəmər) dramlarının tamaşalarında oynayıb. 1945-ci ildə Naxçıvan Muxtar Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. Roza Heydər qızı Cəfərxanova 1948-ci ilin oktyabrından Naxçıvan teatrında işləyib.

15 noyabr 1984-cü ildə Azərbaycan SSR əməkdar artisti və 28 oktyabr 2000-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. 2002-ci ildə isə Prezident təqaüdçüsü olub.

Aktrisa iki yüzdən artıq lirik, dramatik və komik rolda səhnəyə çıxıb. Dram əsərlərinin tamaşalarında Pəri ("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Yetər ("Hacı Qəmbər", Nəcəf bəy Vəzirov), Cəvahir ("Nakam qız", Aleksandr Şirvanzadə), Ana ("Astana", Aleksandr Dudarev), Həyat ("Həyat", Mirzə İbrahimov), Pəri, Susanna, Dilbər, Sitarə, Sona, Solmaz, Yaxşı ("Solğun çiçəklər", "Aydın", "Sevil", "Nəsrəddin şah", "1905-ci ildə", "Od gəlini" və "Almaz", Cəfər Cabbarlı), kabato ("Xanuma", Aksenti Saqareli), Zəhra, Çin qızı ("Şeyx Sənan" və "Səyavuş", Hüseyn Cavid), Pəri ("Qız atası", Əfqan Əsgərov), İradə ("Göz həkimi", İslam Səfərli), Hökmdar ("Pompeyin Qafqaza yürüşü", Nəriman Həsənzadə), operettalarda Sənəm, Xala ("Məşədi İbad" və "Arşın mal alan", Üzeyir bəy Hacıbəyov), Züleyxa ("Ulduz", Sabit RəhmanSüleyman Ələsgərov), Səlbi ("Beş manatlıq gəlin", Məmməd Səid OrdubadiSəid Rüstəmov), Şölə xanım ("Özümüz bilərik", Şıxəli QurbanovSüleyman Ələsgərov) səhnə obrazları aktrisanın daha uğurlu yaradıcılıq işləri sayılır.

Xalq artisti Əkbər Qardaşbəyovun həyat yoldaşı olub. [2]

Filmoqrafiya

  1. Tale yükü

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.