Rostok
Rostok Almaniyanın şimal-şərqində yerləşən Meklenburq-Ön Pomeraniya əyalətində yerləşən ən böyük şəhərdir. Şəhərin əhalisi 200.000 nəfərə yaxındır. Almaniya Demokratik Respublikası dağılmazdan öncə şəhərin əhalisi 260.000 nəfərdən çox olsa da, Almaniyanın birləşməsindən sonra əhalinin bir çoxu işsizlik və aşağı həyat səviyyəsi səbəbi ilə Almaniyanın qərb əyalətlərinə köç edib. Rostok şəhəri Baltik dənizi sahilində yerləşir və hər il buraya çoxlu sayda turist gəlir. Varnov çayı şəhərin ortasından axaraq şəhəri iki yerə bölür. Şəhərin ən sıx infrastruktur olan bölgəsi çayın qərb sahilində yerləşir. Şəhərin ən sıx əhali olan bölgələri şəhərin qərbi və cənub-qərbindədir. Rostok şəhəri liman şəhəri olaraq tanınmaqdadır və şəhərin beynəlxalq limanı şəhərin şərqində yerləşir. Bundan başqa Rostokda Avropanın ən qədim universitetlərindən biri olan Rostok Universiteti yerləşir.
Rostok | |
---|---|
Rostock | |
54°05′ şm. e. 12°08′ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | XIII əsr |
İlk məlumat | 1161 |
Sahəsi | |
Mərkəzin hündürlüyü | 8 ± 1 m, 14 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 204 260 nəfər (2011) |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +49 381 |
Poçt indeksi | 18001, 18181, 18059 |
Nəqliyyat kodu | HRO |
Digər | |
rostock.de | |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
11-ci əsrdə Polabiya slavyanları Varnov çayı sahilində Roztok adlı yaşayış məskəninin əsasını qoyublar, şəhərin Rostok adı da buradan qaynaqlanır. 1161-ci ildə Danimarka kralı Valdemar I şəhəri tamamilə yandırdı. Daha sonra bu ərazidə alman ticarətçiləri məskən saldılar. İlkin olaraq burada üç ayrı şəhər var idi. 1218-ci ildə Meklenburq şahzadəsi tərəfindən Rostoka şəhər statusu verildi. 1251-ci ildə şəhər Hanza Liqasının üzvü oldu. 14-cü əsrdə bu şəhər 12000 nəfər əhalisi olan böyük bir şəhərə və Meklenburq ərazisindəki ən böyük liman şəhərinə çevrildi.