Ross şelf buzlağı
Ross şelf buzlağı — Antarktidada yerləşın ən iri şelf buzlağıdır.,əsasən Ross ərazisində, Ross dənizi içərilərinə doğru uzanmış, qərbdən Meri Berd Torpağı, şərqdən isə Viktoriya Torpağı ilə əhatələnən buzlaq sahəsidir. Buzlağın sahəsi 487 000 km² təşkil edir. Şimaldan cənuba 850 km, şərqdən qərbə isə 800 km məsafədə izanır.
Ross şelf buzlağı | |
---|---|
ing. Ross Ice Shelf | |
Ümumi məlumatlar | |
Tipi | .ELF buzlağı |
Sahəsi | 487000 km² |
Yerləşməsi | |
79°05′11″ c. e. 178°15′55″ q. u. | |
Ölkə | Antarktida |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Buzlaq Ceyms Klark Rossun ekspedisiyası zamanı, 1841-ci ilin yanvarında aşkarlanmışdır. Buzlaq gəmilərin sahilə yan almasına imkan vermədiyindən Viktoriyanın buzlaq səddi olaraq adlandırılır. Daha sonra isə açılış edənin şərəfinə Ross sədd buzlağı olaraq adlandlrılır.
Buzlağın cənub-şərqinbdə[1] 800 metr dərinlikdə Villans gölü yerləşir[2][3].
Araşdırma tarixi
1831-ci ildə Ceyms Ross Şimal maqnit qütbünü fəth etdikdən sonra bir necə il ərzində Cənub qütbünə dəniz yolunu aşkarlamağa çalışırdı. 1841-ci ilin yanvarında İngiltərənin Erebus və «Terror» gəmisi xüsusi qorucularla Sakit okeandan ayrılan buzlaq səddini keçərək içərilərə daxil olur. Dörd gün burada üzdükdən sonra 11 yanvar tarixində ekspedisiya böyük buzlaq səddini aşkarlayırlar. Ross buzlağa baxarkən deyir: «Bəli, buradan keçmək Duvr qayalıqlarını keçməyə bərabərdir». Bir müddət sonra buzlaq ərazisində yerləşən bir çox coğrafi obyektlər Rossun adını alır. Burada ekspedisiyada iştirak edən gəmilərin şərəfinə iki vulkan adlandırılmışdır (Erebus vulkanı və Terror vulkanı).
İlk antarktik ekspedisiyalanın hədəfi cənub qütbünü kşf etmək olduğundan buzlaq əsas yol olaraq seçilmişdir. Robert Skott şelf buzlağını və onun əraz ərazilərində kifayət qədər tətqitat işləri apararaq əhəmiyyətli məlumatlar toplamışdır[4]. Şelf buzlağpnfa yerləşən Balina buxtasında Roald Amundsenin ekspefisiyasına aid Framheym bazası olmuşdur. Amundsen və Skott 1911-ci ildə cənub qütbünə gedərkən buzlağı ötüb keçmək məcburiyyətində olmuşdur. Skottun ekspedisiyası geri qayıdarkən Ross şelf buzlağında həlaknolmuşdur. 1929-1959-cu illərdə Ross buzlağında Amerikaya məxsus olan Litl-Amerika bazası fəaliyyət göstərmişdir. Hazırda isə buzlağın sərhəddində Mak-Merdo qütb stansiyası yerləşir.
Buzlaq haqüında 2006-cı ildə maraqlı fərziyyə irəli sürülmüşdür. Belə ki, buzlaq çatlaya bilər[5].
Hərəkəti
Şelf buzlağı əsasən Transantarktika dağlarında yerləşən Birdmor buzlağından qidalanır. Buzlağın şərqində buzlağın axın sürəti ilə 800 m, qərb hissədə isı 1500 metr təşkil edir. Bu isə gün ərzində buzlağın 1,5 metrdən 3 metrə hərəkət etməsi deməkdir.
Buzlaq üçbucaq formaya malikdir. Buzlaq 600 km məsafədə 15-50 metr hündürlüyə malikdir. Daxili hissədə buzlağın qalınlığı 150–200 m, sahilə yaxın hissədə isə buzlağın hündürlüyü 700 metrdir. Bəzən buzlaqdan iri aysberq parçaları ayrılır. Qeydə alınan ən iri aysberqin sahəsi 31 080 km² olmuşdur.
İstinadlar
- Drill reaches Antarctica's under-ice Lake Whillans Arxivləşdirilib 2014-08-21 at the Wayback Machine (ing.)
- Kirin Şirmeyer. Lake-drilling team discovers life under the ice Arxivləşdirilib 2014-10-07 at the Wayback Machine (ing.) nature.com'/ saytı
- Учёные обнаружили во льдах Антарктики жизнеспособные микробные экосистемы Arxivləşdirilib 2014-08-22 at the Wayback Machine (rus.) на сайте itar-tass.com, 21 августа 2014
- Scott, Robert and Leonard Huxley. Scott’s Last Expedition in Two Volumes: Vol. II. New York: Dodd, Mead and Company, 1913.
- "Ross Ice Shelf could 'collapse quickly' | The Australian". 2006-12-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-10-13.