Gülçiçəklilər
Gülçiçəklilər (lat. Rosales) — bitkilər aləminə aid bitki dəstəsi.
Gülçiçəklilər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superrosids Klad: Klad: Fabids Dəstə: Gülçiçəklilər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
İkiləpəli bitkilərin əsası, nisbətən polimorf olan gülçiçəklilərdən başlayır. Onlar inkişaf etibarilə çoxbudaqlı olub, budaqlarının çoxu ikinci inkişaf dərəcəsində dayanmışdır.
Bu sıranın fəsilə və yarımfəsilələrinə daxil olan növlərin əksəriyyətində çiçək yatağı çökək və yumurtalıq yuxarıda olur. Sıranın nisbətən sadə quruluşlu fəsilə və yarımfəsilələrinə mənsub olan növlər, ləçəklərinin sərbəst, erkəkcikləri, toxumluqları və ləçəklərinin çox olması ilə fərqlənir. Bundan sonrakı fəsilələrdə isə çox vaxt bitişik ləçəklilik və az toxumluluq aydın nəzərə çarpır.
Sıranın demək olarki, bütün nümayəndələrindən çiçək yanlığı beştiplidir, çoxunun isə çiçəyi ikicinslidir. Çiçək üzvləri dairəvi düzülmüşdür, aktinomorf və ya ziqomorfdur.
Çiçək yanlığı adətən ikiqatlıdır. Erkəkcikləri çiçək yanlığın sayı qədərdir və ya çoxdur.Gul ciceklilerde çeyirdek ,findiqça ve s.kimi meyve tipleri olur. Dişiciyi əmələ gətirən meyvəyarpaqları bir və ya bir neçədir, sərbəst və ya bitişikdir. Çiçək yatağı çox zaman genəlmiş, qabarıq və ya çökəkdir. Hər iki halda çiçək yanlığı yarpaqları və erkəkciklər çiçək yatağının kənarına bitişmiş olur.
Alça, gavalı, şaftalı, göyəm, badam və sairənin toxumluqları bir, alma, armud, əzgil və sairənin isə bir neçə olur. Meyvələri çox müxtəlifdir.
Bu sıranın bəzi nümayəndələrində, məsələn, böyürtkənkimilərdə (Rubus), çiyələkkimilərdə (Fragaria) və sairədə erkəkciklərin, bəzən də meyvəyarpaqlılarının çoxluğu və sərbəstliyin, genişliyin apokarplığı, burğu üzrə düzülüşü, çiçək yatağının qabarıqlığı kimi ibtidailik əlamətləri, gülçiçəklilər sırasının çoxmeyvəlilər sırası ilə eyni mənşəli olduğunu göstərir.
Görünür ki, meyvəlilərin qədim əcdadından böyük bir budaq ayrılaraq gülçiçəklilər sırasına başlanğıc olmuşdur.
Gülçiçəklikimilər sırasının nümayəndələri arasında ibtidailik əlamətləri olanlarla bərabər, alilik əlamətləri olanları da çoxdur. Alma, armud, əzgil, yemişan və s. çiçəklərin həşərat vasitəsilə çarpaz tozlanmaya yaxşı uyğunlaşması, yumurtalığın çiçək yatağına girib onun divarları ilə bitişərək aşağı yumurtalıqları çiçək əmələ gətirməsi, alça, gavalı, ərik, şaftalı, göyəm və s. çiçək yatağının qədəh şəkli alaraq dişicik yanlıqlı çiçək əmələ gətirməsi və s.
Bu kimi xüsusiyyətlər alilik əlamətləridir. Həmin sıranın nümayəndələri arasında yuxarı yumurtalıqdan aşağı yumurtalığa və çiçəklərində müntəzəmlikdən qeyri-müntəzəmliyə doğru keçidlər olması, onun çox təbii bir sıra olduğunu göstərir.
Sıranın demək olar ki, bütün nümayəndələrində çiçək yanlığı beştiplidir, çoxunun isə çiçəyi ikicinslidir. Çiçək üzvləri dairəvi düzülmüşdür, aktinomorf və ya ziqomorfdur. Çiçək yanlığı adətən ikiqatlıdır.
Erkəkcikləri çiçək yanlığın sayı qədərdir və ya çoxdur. Dişiciyin əmələ gətirən meyvəyarpaqları bir və ya bir neçədir, sərbəst və ya bitişikdir.
Çiçək yatağı çox zaman genəlmiş, qabarıq və ya çökəkdir. Hər iki halda çiçək yanlığı yarpaqları və erkəkciklər çiçək yatağının kənarına bitişmiş olur.
Alça, gavalı, şaftalı, göyəm, badam və s. nin toxumluqları bir, alma, armud, əzgil və s.-nin isə bir neçə olur. Meyvələri çox müxtəlifdir.
Nümayəndələri yarpaqaltlıqlı və ya yarpaqaltsızlıqsız olur. Yarpaqları əksərən burğu üzrə düzülmüşdür.
Gülçiçəkkimilər sırasına dovşankələmi (Crassulaceae), daşdələnlər (Saxifragaceae), gülçiçəklilər (Rosaceae) fəsilələri daxildir.
Bu fəsilələr ilk baxışda çox müxtəlif görünsələr də, keçid formaları ilə bir-birilə sıx əlaqədardır. Beləliklə, sıra tam genetik bir qrup təşkil edir.
Digər tərəfdən, həmin sıraya mənsub olan daşdələn fəsiləsi narçiçəkkimilər sırasına o qədər yaxındır ki, təsnifatçılardan bir çoxu daşdələn fəsiləsini və başqa fəsilələri narçiçəklilər sırasına daxil edir və onları gülçiçəklilərdən ayrılırlar.
Bəzi botaniklərə görə gülçiçəklilər narçiçəklilərlə bir sırada birləşdirilib, sonra yarımsıralara bölünməlidir.
Şəkillər
Təsnifat
Müasir fəsilələri aşağıdakılardır:
- Barbeyakimilər (Barbeyaceae)
- Çətənəkimilər (Cannabaceae)
- Dirachmaceae (Dirachmaceae)
- İydəkimilər (Elaeagnaceae)
- Tutkimilər (Moraceae)
- Gülçiçəyikimilər (Rosaceae)
- Murdarçakimilər (Rhamnaceae)
- Qarağackimilər (Ulmaceae)
- Gicitkənkimilər (Urticaceae)
İstinadlar
- Chase M. W., Reveal J. L. A phylogenetic classification of the land plants to accompany APG III (ing.). // Botanical Journal of the Linnean Society / M. F. Fay Wiley-Blackwell, Linnean Society of London, OUP, 2009. Vol. 161, Iss. 2. P. 124. ISSN 0024-4074; 1095-8339 doi:10.1111/J.1095-8339.2009.01002.X
- Angiosperm Phylogeny Group An update of the Angiosperm Phylogeny Group classification for the orders and families of flowering plants: APG III (ing.). // Botanical Journal of the Linnean Society / M. F. Fay Wiley-Blackwell, Linnean Society of London, OUP, 2009. Vol. 161, Iss. 2. P. 105–121. ISSN 0024-4074; 1095-8339 doi:10.1111/J.1095-8339.2009.00996.X